Pillə 12: İnnovasiya qabiliyyəti

Pillə 12: İnnovasiya qabiliyyəti

Bu pillə tədqiqat və inkişafın keyfiyyət və kəmiyyəti; ölkədə əməkdaşlığın, yaradıcılığın, müxtəlifliklərin və məsələyə münasibətlərin müxtəlif fikir və ideyaları yeni mallara çevirmək qabiliyyəti və xidmətlərinin dərəcəsini əhatə edir.

Daha çox məlumat əldə edən və yenilikçi ideyaları ilə yeni biznes modelləri təklif edən ölkələr daha yaxşı əməkdaşlıq və fənlərarası inteqrasiya yaratmaq üçün daha yüksək qabiliyyətə malikdir.

12.01. İşçi heyətinin müxtəlifliyi
 "Sizin ölkənizdə işçi qüvvəsinin müxtəlifliyi nə dərəcədədir?” (məsələn, etnik, dini, cinsi və s.) [1= yoxdur; 7 = böyük ölçüdə] /2017-2018-ci illər mövcud mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın B əlavəsinə baxın.
12.02 Klaster inkişafının vəziyyəti (“State of cluster development”)
"Sizin ölkənizdə yaxşı inkişaf etmiş və dərin klasterlər (firmaların coğrafi konsentrasiyaları, təchizatçılar, istehsalçıları xüsusi məhsul, xidmətlər və müəyyən bir sahədə ixtisaslaşmış təşkilatlar) nə dərəcədə geniş yayılmışdır?” [1 = mövcud olmayan; 7=bir çox sahədə geniş yayılmışdır] 2017-2018-ci illər mövcud mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın B əlavəsinə baxın.
12.03. Beynəlxalq səviyyəli birgə ixtiralar üzrə müraciətlər/milyon nəfər
Hesablamada bütün birgə patent müraciətərinin cəmi götürlür (belə patentlər ən azı bir xarici ixtiraçı ilə birgə aparılmalı və dünyada ən əsas 5  patent şirkətlərindən ən azı 2-də sənədləşdirilməlidir): Avropa Patent Bürosu (APB), Yaponiya Patent Bürosu (YPB), Koreya İntellektual Əmlak Ofisi (KİƏO), Çin Xalq Respublikasının İnkişaf üzrə Dövlət İntellektual İdarəsi (ÇXRİDİİ) və ABŞ Patent və Ticarət nişanı İdarəsi (ABŞPTİ)/. Məlumatlar PATSAT məlumat bazasından götürülmüşdür. Belə ki, rəqəmsal hesablar və milyon nəfərin müraciətlərini ifadə edən erkən məlumat və ixtiralar bazası tərəfindən əldə edilmişdir. Log transformasiyası 0-dan 100-ə qədər şkala üzrə normallaşdıqdan əvvəl təchiz olunur.

12.04  Tərəfdaşların əməkdaşığı (“Multistakeholder collaboration”)

“Sizin ölkənizdə şirkətlərdə insanlar hansi səviyyədə əməkdaşlıq edirlər və ideyalarını bölüşürlər?” (1= heç bir səviyyədə, 7= yüksək səviyyədə); “Sizin ölkənizdə şirkətlər hansı səviyyədə fikir mübadiləsi aparır və innovativ ideyaları bölüşürlər?” (1= heç bir səviyyədə, 7= yüksək səviyyədə); “Sizin ölkənizdə iş adamları və universitetlər tədqiqat və inkişaf sahəsində hansı səviyyədə əməkdaşlıq edirlər?” (1= heç bir səviyyədə, 7= mütəmadi əməkdaşlıq edirlər); 2017-2018-ci illər ərzində orta göstərici və ya ən yaxın dövr üçün əlçatan mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Əlavə məlumatüçün hesabatın B əlavəsinə baxın.

12.05  Elmi nəşrlər

İnkes üzrə bal ölkə səviyyəsində nəşrlərin sayı və onların sitatlarını ifadə edir. H-indeksi digər nəşrlərdə “h” dəfə sitat olunan çap edilmiş nəşrləri ölçür. H-indeksi həm nəşrlərin sayını, həm də nəşrlərə görə sitat sayını əks etdirir. Yalnız məqalələr, icmallar və konfrans sənədləri nəzərdən keçirilir. Nəşrlər Scopus tərəfindən izlənilənlər vasitəsi ilə müəyyənləşdirilir, öz əksini tapmış ədəbiyyatın abstrakt və sitat məlumat bazasıdır: elmi jurnallar, kitablar və konfransın materialları. Log tranformasiyası  0-dan 100-ə qədər bir miqyasda normallaşdırılmadan əvvəl əsas qiymətləndirməyə tətbiq edilir.

12.06. Patent üçün müraciətlər/milyon nəfər.

Hesablamada bütün patent müraciətərinin cəmi götürlür (belə patentlər dünyada ən əsas 5  patent şirkətlərindən ən azı 2-də sənədləşdirilməlidir): Avropa Patent Müəssisəsi, Yaponiya Patent Müəssisəsi, Koreya İntelektual Mülkiyyət müəssisəsi, Çin Xalq Respublikasının Dövlət İntellektual Mülkiyyət Müəssisəsi, Birləşmiş Ştatların Patent və Ticarət nişani Müəssisəsi. Məlumatlar PATSTAT proqramı əsasında ölkələrin hər milyon sayna əsasən müəyyənləşdirilir. Köçürülərmələr təxmini hesabdan 0-dan 100 şkalasına kimi normal hala salınır. Mənbələr: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı. 

12.07. Tədiqat və inkişaf xərclərinin ÜDM-də payı, faizlə
Elmi araşdırmalar və onların inkişaf etdirilməsi üçün nəzərdə tutulan xərclər mədəniyyət, cəmiyyət və digər sahələrdə biliklərin genişləndirilməsinə və həmin biliklərin tətbiqi ilə bağlı yaradıcı işlərə sərf olunan cari və kapital xərclərdir. Tədqiqat və inkişaf əsas tədqiqat, tətbiqi tədqiqat və təcrübi inkişafı əhatə edir. 
12.08. Tədqiqat institutlarının keyfiyyəti indeksi
Elmi-tədqiqat müəssisələri göstəriciləri indeksləşdirir ki, bu da özəl və ictimai elmi-tədqiqat müəssisələrinin əhəmiyyətini və vəziyyətini ölçür. İndeks “Scimago İnstution Rankings”-ə daxil olmuş ölkənin bütün elmi-tədqiqat müəssisələrinin “inverse ranks” cəmi kimi hesablanır. 

12.09  Alıcıların qərar vermə qabiliyyəti

"Sizin ölkənizdə alıcılar nə əsasında satınalma qərarları qəbul edir?” alıcının sorğuya cavabı [1=yalnız ən aşağı qiymətə əsaslanaraq, 7=inkişaf etmiş əsasda performans atributu] /2017-2018-ci illərdə orta göstərici. Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın B əlavəsinə baxın.

12.10 Ticarət nişanları üzrə müraciətlər/milyon nəfər.

Bir milyon əhaliyə düşən ticarət nişanlarının sayı üzrə göstərici. /2014-2016-cı illər üzrə dəyişilən ticarət nişanlarının Madrid sistemi ilə sayı hər milyon nəfərə əsasən müəyyən edilir. Müraciətin adı müraciət edən şəxsin namizədliyi ilə müəyyən edilir. Bir neçə ərizəçi olduqda, yalnız birincisi məqbul hesab edilir. Bu göstərici "ekvivalent say" konsepsiyasına əsaslanır. Yəni, ərizə bir Regional lP ofis üzvlərinin sayına görə bir neçə dəfə hesablanır. Log tranformasiyası 0-dan 100-ə qədər miqyaslı normallaşdırılmadan əvvəl dəqiqləşdirilməmiş hesaba transformasiya tətbiq olunur. Mənbə: Dünya İntellektual Mülkiyyət Təşkilatı (DİMT).