Hesabat barədə qısa məlumat

Hesabat barədə qısa məlumat

Dünya İqtisadi Forumu Dövlət-Özəl sektor Əməkdaşlığı üçün qurulmuş beynəlxalq təşkilatdır. Forum qlobal, regional və sənaye gündəliyini formalaşdırmaq üçün cəmiyyətin ən öndə gedən siyasətçi, biznesmen və digər liderlərini birləşdirir. Təşkilat hər il bir sıra regional və global görüşlər,  illik toplantlar keçirir. Görüşlərdən əlavə olaraq, təşkilat bir sıra tədqiqat hesabatları hazırlayır və üzvlərini sektorda xüsusi təşəbbüslərə cəlb edir.

Təşkilat geniş hesabatlar silsiləsi dərc edən “düşüncə mərkəzi” funksiyasını həyata keçirir. Xüsusilə, "Strateji Düşüncə Komandası" rəqabətlilik qabiliyyəti, qlobal risklər mövzusunda müvafiq hesabatların hazırlanmasını təmin edir.

Rəqabətliliyi analiz edən qrup bir sıra illik iqtisadi hesabatları hazırlayır (ilk çap tarixi verilmişdir): Qlobal Rəqabətlilik Hesabatı (1979); Qlobal İnformasiya Texnologiyaları Hesabatı (2001); Qlobal Cins Ayrıseçkiliyi Hesabatı; Qlobal Risklər Hesabatı (2006); Qlobal Səyahət və Turizm Hesabatı (2007); Maliyyə İnkişafı Hesabatı (2008); və Qlobal Ticarət Hesabatı (2008).

Qlobal Rəqabətlilik Hesabatı nədir?

  • Qlobal Rəqabətlilik Hesabatı Dünya İqtisadi Forumu tərəfindən dərc olunur. İlk dəfə 1979-cu ildə nəşr olunmuşdur və hesabatın əhatə dairəsi hər il genişlənir. Bu rəqabətlilik indeksi hökümətlərin, alimlərin və biznes liderlərinin milli iqtisadiyyatın güclü və zəif tərəflərini müqayisəli şəkildə qiymətləndirməsi, ölkədə rifahın artırılmasına necə nail olacağını öyrənmək üçün yaradılmış ən fundamental və nüfuzlu strateji mexanizmdir. Bu hesabat bir ölkənin məhsuldarlıq səviyyəsini müəyyən edən faktorlar, iqtisadi siyasəti, təşkilatlar və bu qurumların vəziyyətini göstərən məlumatların toplusudur.

Hesabatda istifadə olunan məlumatlar

  • Hesabatda ictimaiyyət üçün açıq olan statistik məlumatlar (Dünya bankı, BVF və s.) və Dünya İqtisadi Forumu tərəfindən aparılan sorğuların nəticələrindən istifadə edilir. Bu sorğular hər il partnyor qurumların (araşdırma qurumları, biznes mərkəzləri) dəstəyi ilə aparılır.

Hesabat nələri əhatə edir?

  • Qlobal Rəqabətlilik Hesabatı ölkədə əlverişli biznes şəraitinin yaradılmasında əhəmiyyətli rol oynayan faktorları analiz edir və bu, ölkənin rəqabətlilik və istehsalat səviyyəsinin müəyyən olunması  baxımından çox vacibdir.

 

  • Hesabat ölkənin güclü və zəif cəhətlərini nəzərə alaraq siyasi islahatların keçirilməsini asanlaşdırmaq üçün bəzi prioritetləri müəyyənləşdirir.

 

  • Hesabat ölkələrin rifahını artırmaq üçün onların resurslarının və kompetensiyalarının bütünlüklə necə idarə olunduğunu təhlil edir və əhalinin və əmək haqqlarının artımının davamlılığını təmin üçün əmək qüvvəsinin məhsuldarlığını vacibliyini qeyd edir.

Qlobal Rəqabətlilik İndeksinin əhəmiyyəti

Gələcəkdə iqtisadi inkişafın təmin edilməsi yaradıcı yanaşmaları zəruri edir. Dünya İqtisadi Forumu bu istiqamətdə ölkələri istiqamətləndirmək, gələcək yönümlü həll üsulları barədə üzvlərini məlumatlandırmaq və tənzimləyicilərin rastlaşacağı problemlərə aydınlıq gətirmək istiqamətində fəaliyyət göstərir . Qlobal Rəqabət İndeksinin nəticələrini təqdim edən illik əsasda dərc olunan hesabat dövlət və özəl sektordan olan liderlərin inkişafın əsas yönlərini daha yaxşı anlamaları üçün ədalətli düzgün informasiya verir. Bu indeks dünya ölkələri ilə rəqabət qabiliyyətini müqayisə etmək üçün ölkələr arasında geniş istifadə olunur. Bir ölkənin sıralamada yüksəlməsi, düşməsi və ya öz sırasında qalmağa davam etməsi kimi məlumatlar ilə bu indeks böyük maraq doğurur. Hesabata təxminən 140 ölkə üzrə reytinqləri müəyyən edir.

Global rəqabətlilik İndeksinin faydası. İndeks ölkə hökumətlərinin diqqətini məsuldarlığın, artımın, gəlir səviyyəsinin və rifahın üzunmüddətli faktorlarına yönəldir və ayrı-ayrı ölkələr üzrə islahatların nəticələrini monitorinq və müqayisə etməyə imkan yaradır. İndeksin faydasının əsas istiqamətləri aşağıdakılardır:

  • Xallar reytinqə nisbətən daha önəmlidir. Reytinq vacib göstərici olsa da, indiktorlar üzrə xallar daha çox informativdir. Belə ki, inditkatorlar üzrə xallar artdığı halda, reytinq azala bilər (digər ölkələrin də göstəricilərinin kollektiv şəkildə yaxşılaşması hesabına). Bu baxımdan, xalların dinamikası daha dolğun təsvvür yaradır: ümumilikdə iqtisadiyyat inkişaf edirmi? İndikatorlar, sütunlar və alt-indekslər üzrə göstəriclər yaxşılaşırmı?
  • Sistemli və struktur islahatlar önəmlidir. Ayrı-ayrı indikatorlar üzrə gösəriclər əhəmiyyətli olsa da bütün göstəriclər (sütunlar, alt-idenkslər) üzrə proqres daha önəmlidir.
  • Prioritetlərin müəyyən edilməsi.  Hökumət və özəl sektorun resursları məhdud olduğundan islahatların prioritetləşdirilməsinə ehtiyac vardır.  Rəqabətlilik indeksi ən ciddi zəifliklərin aşkarlanmasıı və prioritetlərin müəyyən edilməsi üçün vacib aləti təmin edir. Hansı sütunların xallarında geriləmə baş verir? Hansı sütunların digərlərindən geri qalır?
  • Rəqabətliliyin drayverlərinin başa düşülməsi.  İndeks ölkələr onların indekslərinə təsir edən fatkorları daha dərindən başa düşməyə, inkişaf drayverlərini müəyyənləşdirməyə və bunlara müvafiq layihə və proqramlar hazırlamağa imkan verir.
  • Özəl sektorun inkişafının dəstəklənməsi. İndeks özəl sektorda zəiflikləri aşkarlamağa və bunun əsasında hökumətin müdaxiləsi vacib olan sahələri müəyyənləşdirməyə kömək edir.
  • Özəl sektor və dövlətin əməkdaşlığının gücləndirilməsi.  İndeks, dövlət və özəl sektor arasında müzakirənin gündəliyini müəyyənləşdirməyə və müxtəlif tərəfləri vahid məqsəd ətrafında səfərbər edir və strukturlu dialoqu  təmin edir.  Belə dialoq hökumət və özəl sektorun cari hədəflərə deyil uzunmüddətli məqsədlər üzərində fokuslaşmasını şərtləndirir.
  • Koordinasiyanın təmin edilməsi. Bir sıra sahələr hökumət qurumları habeleə özəl sektor arasında koordinasiyalı fəaliyyət və məlumat mübadiləsi tələb edir. Bu baxımdan  İndeks müxtəlif qurumlar arasında koordinasiyanı təmin etməklə daha sürətli nəticələrin əldə edilməsinə şərait yaradır.
  • İnstitusional mexanizmlər. İndeks prioritetlərin müəyyən edilməsi, koodinasiyası və icrası üçün daimi institusional mexanizmlərin yaradılmasını şərtləndirə bilər.  Məs. Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və  Komissiyanın Katibliyinin yaradıması belə institusional mexanizmlərə aid edilə bilər.