6. Bilik və texnologiya sahəsində nəticələr

6. Bilik və texnologiya sahəsində nəticələr 

6.1 Biliyin yaradılması

  6.1.1 Rezidentlər tərəfindən patent almaq üçün edilən müraciətlər (dəyər ifadəsində)

      Müəyyən bir milli və ya regional patent idarəsinə verilmiş rezident patent müraciətlərinin sayı.

Mənbə: World Intellectual Property Organization, Intellectual Property Statistics; International Monetary Fund, World Economic Outlook Database, October 2020 (2010–19).

6.1.2 PCT mənşəli patentlər

     Patent Əməkdaşlığı Müqaviləsi üzrə müraciətlərin sayı. PCT ərizəsi ÜƏMT tərəfindən idarə olunan Patent Əməkdaşlığı Müqaviləsi (PCT) vasitəsilə verilmiş beynəlxalq patent müraciətidir. PCT sistemi tək beynəlxalq patent müraciəti verməklə bir sıra ölkələrdə eyni vaxtda ixtira üçün patent mühafizəsi axtarmağa imkan verir.

Mənbə: World Intellectual Property Organization, Intellectual Property Statistics; International Monetary Fund, World Economic Outlook Database, October 2020

6.1.3 Rezidentlər tərəfindən hazırlanmış faydalı modellər

       Faydalı model (UM) patent hüququnun xüsusi formasıdır. UM-nin verilməsi şərtləri patentlərdən bir qədər fərqlidir və daha qısa mühafizə müddəti və daha az sərt patent qabiliyyəti tələbləri vardır.

Mənbə: World Intellectual Property Organization, Intellectual Property Statistics; International Monetary Fund, World Economic Outlook Database, October 2020 (2010–19).

6.1.4 Elmi-texniki məqalələr

       Elm və texnologiya sahəsində nəşr olunan məqalələrin sayı. Mühəndislik, kimya, fizika, ətraf mühit elmləri, kompüter elmləri, riyaziyyat, biokimya, molekulyar biologiya, onkologiya, kənd təsərrüfatı, hüceyrə biologiyası və daha çoxunu əhatə edən tədqiqat sahələrinə aid 182 fərqli tədqiqat kateqoriyasını əhatə edir. Məqalələrin sayları Science Citation Index Expanded (SCIE) və Social Sciences Citation Index (SSCI) tərəfindən əhatə olunan jurnallar toplusundan götürülür.

Mənbə: Clarivate, Web of Science, accessed March 15, 2021; International Monetary Fund, World Economic Outlook Database, October 2020.

6.1.5 İstinad edilən sənədlər (H-indeksi)

     H indeksi iqtisadiyyatın ən azı H sitatı almış dərc edilmiş məqalələrin sayıdır (H). Bir alimin bir məqaləsinə yüz istinadla 100 məqaləsinin hərəsinə bir isnad eyni hesab edilir. H-indeksi, müəyyən bir ildə dərc edilmiş məqalələr üzrə sonrakı illərdə alınan sitatların sayını həmin ildə dərc edilmiş məqalələrin ümumi sayına bölərək cədvəl şəklində tərtib edilir.

Mənbə: SCImago (2021) SJR – SCImago Journal & Country Rank, retrieved March 2021.

6.2 Biliyin təsiri

  6.2.1 Əmək məhsuldarlığının artması

        Məşğul adama düşən real ÜDM-in artım tempi, son üç ilin orta göstəricisi (2018, 2019, 2020). Məşğul olan adama düşən ÜDM, ÜDM-in ümumi məşğulluğa nisbətidir.

Mənbə: The Conference Board Total Economy Database™ Output, Labor and Labor Productivity, 1950–2020, April 2021 preliminary release.

6.2.2 Yeni bizneslər (şirkətlər)

        Əmək qabiliyyətli (15-64 yaş) hər 1000 nəfərə düşən yeni qeydiyyatdan keçmiş korporasiyaların sayı

Mənbə: World Bank, Doing Business 2020, Entrepreneurship Project (2009–18).

6.2.3 Proqram təminatı xərclərinin ÜDM-də payı

       Kompüter proqram təminatı xərcləri əməliyyat sistemləri, verilənlər bazası sistemləri, proqramlaşdırma alətləri, kommunal xidmətlər və proqramlar kimi alınmış və ya icarəyə götürülmüş  proqram təminatlarının ümumi dəyərini əhatə edir. Bu, daxili proqram təminatının inkişafı və xaricdən sifariş edilmiş( outsourced) xüsusi proqram təminatının inkişafı üçün xərcləri istisna edir.

Mənbə: IHS Markit, Information and Communication Technology Database.

6.2.4 ISO 9001 keyfiyyət sertifikatları

       ISO 9001, təşkilatın həm müştəriyə, həm də qüvvədə olan qanuni və tənzimləyici tələblərə cavab verən məhsul və xidmətləri təqdim etmək qabiliyyətini nümayiş etdirməli olduğu zaman keyfiyyət idarəetmə sisteminə dair tələbləri müəyyən edir.

Mənbə: International Organization for Standardization (ISO), ISO Survey of Certifications to Management System Standards, 2019; International Monetary Fund, World Economic Outlook database, October 2020.

6.2.5 Yüksək texnologiyalı istehsal

        Yüksək texnologiyalı və orta-yüksək texnologiyalı məhsulun Ümumi istehsal məhsulda payı, OECD-nin Texnologiya İntensivliyi Tərifinin təsnifatı əsasında.

Mənbə: United Nations Industrial Development Organization (UNIDO), Industrial Statistics Database INDSTAT 2, 2020; OECD, Directorate for Science, Technology and Industry, Economic Analysis and Statistics Division,  “ISIC Rev. 3 Technology Intensity Definition: Classification of Manufacturing Industries into Categories Based on R&D Intensities” (2010–18).

6.3 Biliklərin yayılması

 6.3.1 Əqli mülkiyyətdən daxilolmalar

      Əqli mülkiyyətdən istifadəyə görə ödənişlər, ümumi ticarətin payı kimi ifadəsi. Dəyər son üç ilin ortalaması və ya en son ilin göstəricisi kimi hesablanır. Daxilolmalar dedikdə rezidentlər və qeyri-rezidentlər arasında mülkiyyət hüquqlarından (patentlər, ticarət nişanları, müəllif hüquqları, sənaye prosesləri və dizaynları, o cümlədən kommersiya sirri və françayzinqlər) və əqli mülkiyyətin təkrar istehsalı və ya yayılması üçün lisenziyalardan irəli gələn gəlirlər nəzərdə tutulur.

Mənbə: World Trade Organization, Trade in Commercial Services database, values based on the classification of the sixth (2009) edition of the International Monetary Fund’s Balance of Payments and International Investment Position Manual and Balance of Payments database (2010–19).

6.3.2 İstehsal və ixracın mürəkkəbliyi

       İqtisadi Mürəkkəblik İndeksi ölkələrin ixrac səbətinin müxtəlifliyinə və mürəkkəbliyinə əsaslanan reytinqdir. Yüksək mürəkkəbliyi olan ölkələr bir sıra mürəkkəb, ixtisaslaşmış imkanlara sahibdirlər və buna görə də yüksək şaxələnmiş kompleks məhsullar istehsal edə bilirlər.

Mənbə: The Atlas of Economic Complexity, Growth Lab at Harvard University.

6.3.3 Yüksək texnologiyaların ixracı

       Ümumi ticarətdə yüksək texnologiya ixracının payı

Mənbə: World Trade Organization, United Nations, Comtrade database; Eurostat, Annex 5: High-tech aggregation by SITC Rev. 4, April 2009 (2015–19).

6.3.4 İKT xidmətlərinin ixracı

      EBOPS 2010-un Genişləndirilmiş Ödəniş Balansının Xidmətləri Təsnifatına uyğun olaraq telekommunikasiya, kompüter və informasiya xidmətlərinin ümumi ticarətin faizi kimi ifadəsi.

Mənbə: World Trade Organization, Trade in Commercial Services database, values based on the classification of the sixth (2009) edition of the International Monetary Fund’s Balance of Payments and International Investment Position Manual and Balance of Payments database (2019).