Pillə 7: Qlobal Rəqabətlilik İndeksinin hesablanma metodologiyası
Qlobal Rəqabətlilik İndeksinin (QRİ) metodologiyası 2005-ci ildə Dünya İqtisadi Forumu (DİF) tərəfindən Xavier Sali-Martin ilə birgə hazırlanıb və Klaus Şvab tərəfindən 1979-cu ildə hazırlanmış metodologiyaya əsaslanır.
2018-ci ildə İndeks yeni metodologiya (“Global Rəqabətlilik İndeksi 4.0”) əsasında hesablanıb. Metodologiyada dəyişikliklər əsasən aşağıdakıları əhatə edir:
Yeni konsepsiya. Yeni metodologiyanın əsas məqsədi “Dördüncü sənaye inqilabı” konsepsiyasının İndeksə inteqrasiya edilməsidir. Belə ki, yeni indeks məhsuldarlıq və artımın yeni və formalaşmaqda olan drayverlərini özünə daxil edir. Yeni indeks dördüncü sənaye inqilabını şərtləndirən əsas amillər kimi insan kapitalı, innovasiyalar, elastiklik və çeviklik elementlərinə daha yüksək prioritetlik verir. Yeni konsepsiya ənənəvi faktorlar (İKT, fiziki infrastruktur, makroiqtisadi sabitlik, mülkiyyət hüquqları, təhsil illərinin sayı) ilə yanaşı yeni faktorları (sahibkarlıq mədəniyyəti, radikal dəyişliklər yaradan ideyalar (disruptive), maraqlı tərəflərin əməkdaşlığı, kritik düşünmə qabiliyyəti, bacarıqlara əsaslanan motivasiya sisitemi, sosial kapital) da əhatə edir. Əsas məqsəd ölkələri iqtisadi sıçrayışa nail olunmasında texnologiyalardan daha effektiv yararlanmağa çağırmaqdır.
Bütün ölkələr üçün bərabər şərtlər (“a level playing field”). İndeks 4.0 metodologiyası əvvəlki metodologiyadan fərqli olaraq pillələrə bərabər xüsusi çəki verir (əvvəlki metodologiyada ölkələrin inkişaf mərhələsindən (3 mərhələ) asılı olaraq xüsusi çəki müəyyən edilirdi). Bu onunla izah olunur ki, bir indikator üzrə yüksək qiymət digər sahələrdəki zəiflikləri kompensasiya etməməlidir. Məsələn, texnologiyalara böyük investisiyalar edən, lakin rəqəmsallaşma üzrə bacarıqların formalaşmasına investisiya etməyən ölkə yüksək məsuldarlığa nail olmayacaq. Rəqabət qabiliyyətliyinin gücləndirilməsi üçün heç bir sahə diqqətdən kənarda qalmamalıdır.
Yeni bençmark. İndeks 4.0 metodologiyası 0-dan 100-dək olmaqla yeni qiymətləndirmə şkalası təqdim edir. İndeksin hesablanması indikatordan başlamaqla qiymətin (xalın) yuxarıya doğru (komponent, alt-pillə, pillə) ümumiləşdirilməsi vasitəsilə aparılır.
Yeni pillələr və indikatorlar. İndikatorların sayı metodologiyada 114-dən 98-dək azaldılmışdır. Dəyişiklik təkcə indikatorların sayının azaldılması ilə məhdudlaşmır, yeni indikatorlar əlavə edilmiş və indikatorların pillələr üzrə yenidən qruplaşdırılması aparılmışdır. Beləliklə, indikatorlar əhəmiyyətli dərəcədə yenilənmişdir.
№ |
Əvvəlki pillələr |
Yeni pillələr |
|
I. Minimal tələblər |
I. Dəstəkləyici Mühit |
1 |
müəssisələr |
müəssisələr |
2 |
infrastruktur |
infrastruktur |
3 |
makroiqtisadi mühit |
İKT-dən istifadə |
4 |
səhiyyə və ibtidai təhsil |
makroiqtisadi sabitlik |
|
|
II. İnsan Kapitalı |
5 |
ali təhsil və təlimlər |
səhiyyə |
6 |
əmtəə bazarının səmərəliliyi |
bacarıqlar |
|
II. Səmərəliliyi artıran tələblər |
III. Bazarlar |
7 |
əmək bazarının səmərəliliyi |
əmtəə bazarı |
8 |
maliyyə bazarlarının inkişafı |
əmək bazarı |
9 |
texnoloji hazırlıq |
maliyyə sistemi |
10 |
bazarın ölçüsü |
bazarın ölçüsü |
|
III. İnnovasiya və mürəkkəbik amillər |
IV. İnnovasiya ekosistemi |
11 |
biznes fəaliyyətinin mürəkkəbliyi |
biznes dinamikliyi |
12 |
innovasiyalar |
innovasiya bacarıqları |
Yeni indeks 4.0 metodologiyası çox əhəmiyyətli nəticələri üzə çıxarır. Ölkələrin böyük əksəriyyəti rəqabətlilik müstəvisindən çox uzaqdır. Ölkələrin orta indeks göstəricisinin 60 olması göstərir ki, bir çox ölkələr uzunmüddətli artım, dayanıqlılığı təmin etmək üçün yeni islahatlar həyata keçirməli və insanlar üçün imkanları genişləndirməlidir. Bununla yanaşı, 2018-ci il hesabatı göstərir ki, institutuların zəifliyi və qeyri-işlək olması rəqabətliliyin təmin edilməsinə əsas maneə olaraq qalır.
Məlumatın mənbəyi. İndeksin hesablanmasında aşağıdakı məlumat mənbələrindən istifadə edilir:
İndeksin strukturu və hesablanması qaydası
İndeksin hesablanması məqsədilə istifadə edilən göstəricilər aşağıdakı qaydada adlandırılır.
İndeks indikatorlar üzrə qiymətlərin (xalların) aşağıdan yuxarıya doğru ümumiləşdirilməsi yolu ilə hesablanır. Hər bir indikatorun xüsusi çəkisi əlavə 1-də verilir) Hər bir ümumiləşdirmə mərhələsində ümumiləşdirilən göstərici onun alt-komponentlərinin ədədi ortasına bərabərdir. Fərdi indikatorlar ümumiləşdirilməzdən əvvəl indikatorun qiyməti 0-100 şkalasında normallaşdırılır (min-max transformasiya funksiyasından istifadə edilməklə). Normallaşdırma adətən aşağıdakı düstura uyğun aparılır.
Burada:
Əgər ilkin qiymət (“raw value”) i indikatoru üzrə ən aşağı qiymətdən aşağıdırsa, indikatorun qiyməti 0-a bərabərdir. Əgər ilkin qiymət yuxarı hədd (“frontier”) qiymətindən yuxarıdırsa indikatorun qiyməti 100-ə bərabər götürülür. İndikatordan asılı olaraq yuxarı hədd kimi siyasət hədəfi, mümkün ən yaxşı qiymət və ya statistik paylanma təhlilindən (məs, 90 və 95-ci faiz dərəcəsi) alınan ədəd götürülə bilər. Əgər hər hansı bir göstəricinin qiyməti artdıqca vəziyyət pisləşirsə (Məs. terrorizm halları, elektrik kəsintisi), yuxarıdakı düsturdan tapılan normallaşdırılmış qiymət 100-dən çıxılır və 100 yenidən ən yaxşı qiyməti təmsil edir. Müvafiq göstəricilər Cədvəl 2 və 3-dən götürülür.
Nümunə 1: normallaşdırılmadan əvvəl Zambianın “Dəmiryollarının sıxlığı” göstəricisində ilkin qiyməti 14.45-dir və bu göstərici üçün qiymət 0-dan (ən əlverişsiz) 40-a (ən yaxşı) qədərdir. Deməli:
Cədvəl 1: İndeks 4.0 hesablanması zamanı tətbiq edilən xüsusi çəkilər
Pillə 1 |
Müəssisələr |
|
|
8.3% |
A |
Təhlükəsizlik |
14.3% |
|
|
1.1. |
Mütəşəkkil cinayətkarlığın müəssisələr üçün yaratdığı xərc 1-7 (ən yaxşı) |
|
||
1.2. |
Qətl hadisələrinin səviyyəsi |
|
||
1.3. |
Terror aktı halları |
|
||
1.4. |
Polis orqanlarına etimad 1-7 (ən yaxşı) |
|
||
B |
Sosial Kapital |
14.3% |
|
|
1.5. |
Sosial kapital 0-100 (yüksək) |
|
||
C |
Yoxlama və tarazlıq (“checks and balances”) |
14.3% |
|
|
1.6. |
Büdcə şəffaflığı 0-100 (ən yaxşı) |
|
||
1.7. |
Məhkəmələrin müstəqilliyi 1-7 (ən yaxşı) |
|
||
1.8. |
Çətin tənzimləmələrdə qanunvericiliyin səmərəliliyi 1-7 (ən yaxşı) |
|
||
1.9. |
Mətbuat azadlığı 0-100 (ən pis) |
|
||
D |
Dövlət sektorunun fəaliyyəti |
14.3% |
|
|
1.10. |
Dövlət tənzimlənməsinin yükü 1-7 (ən yaxşı) |
|
||
1.11. |
Mübahisələrin həllində qanunvericiliyin səmərəliliyi 1-7 (ən yaxşı) |
|
||
1.12. |
Elektron iştirak 0-1 (ən yaxşı) |
|
||
1.13. |
Hökumətin gələcək oriyentasiyası 1-7 (ən yaxşı) |
|
||
E |
Şəffaflıq |
14.3% |
|
|
1.14. |
Korrupsiya hallari 0-100 (ən yaxşı) |
|
||
F |
Əmlak hüquqları |
14.3% |
|
|
1.15. |
Mülkiyyət hüquqları 1-7 (ən yaxşı) |
|
||
1.16. |
Əqli mülkiyyətin qorunması 1-7 (ən yaxşı) |
|
||
1.17. |
Torpaq administrasiyasının keyfiyyəti 0-30 (ən yaxşı) |
|
||
G |
Korporativ idarəetmə |
14.3% |
|
|
1.18. |
Audit və hesabatlılıq standartların gücü 1-7 (ən yaxşı) |
|
||
1.19. |
Maraqların toqquşmasının tənzimlənməsi 0-10 (ən yaxşı) |
|
||
1.20. |
Səhmdarın idarəedilməsi 0-10 (ən yaxşı) |
|
||
Pillə 2 |
İnfrastruktur |
8.3% |
||
A |
Nəqliyyat infrastrukturu |
50.0% |
|
|
I |
Avtomobil Yolu |
25.0% |
|
|
2.1. |
Yolların əlaqəliliyi indeksi 0-100 (ən yaxşı) |
|
||
2.2. |
Yolların keyfiyyəti 1-7 (ən yaxşı) |
|
||
II |
Dəmiryolu |
25.0% |
|
|
2.3. |
Dəmiryollarının sıxlığı km/kv km |
|
||
2.4. |
Dəmiryolu xidmətlərinin səmərəliliyi 1-7 (ən yaxşı) |
|
||
III |
Hava |
25.0% |
|
|
2.5. |
Hava limanlarının əlaqəliliyi indeksi |
|
||
2.6. |
Hava nəqliyyatı xidmətinin səmərəliliyi 1-7 (ən yaxşı) |
|
||
IV |
Dəniz |
25.0% |
|
|
2.7. |
Dəniz limanlarının əlaqəliliyi indeksi 0–157.1 (ən yaxşı) |
|
||
2.8. |
Dəniz limanları xidmətlərinin səmərəliliyi 1-7 (ən yaxşı) |
|
||
B |
Kommunal infrastrukturu |
50.0% |
|
|
I |
Elektrik |
50.0% |
|
|
2.9. |
Əhalinin elektrik təchizatı səviyyəsi |
|
||
2.10. |
Elektrik enerjisinin keyfiyyəti |
|
||
II |
Su |
50.0% |
|
|
2.11. |
Əhalinin təhlükəli içməli suya məruz qalan hissəsi |
|
||
2.12. |
Su təchizatının etibarlılığı 1-7 (ən yaxşı) |
|
||
Pillə 3 |
İKT-dən istifadə |
8.3% |
||
3.1. |
Mobil telefon istifadəçiləri /100 pop. |
|
||
3.2. |
Mobil internet istifadəçiləri/100 nəfər |
|
||
3.3. |
Sabit sürətli internet xətti istifadəçiləri /100 nəfər |
|
||
3.4. |
Fiber internet istifadəçiləri sayı /100 nəfər |
|
||
3.5. |
İnternet istifadəçiləri, əhalidə payı %-lə |
|
||
Pillə 4 |
Makro-iqtisadi sabitlik |
8.3% |
||
4.1. |
İllik inflyasiya səviyyəsinin dəyişməsi, %-lə |
|
||
4.2. |
Borc dinamikası 0-100 (ən yaxşı) |
|
||
Pillə 5 |
Səhiyyə |
8.3% |
||
5.1. |
Sağlam ömür müddəti, illər |
|
||
Pillə 6 |
Bacarıqlar |
8.3% |
||
A |
Cari işçi qüvvəsi |
50.0% |
|
|
I |
Cari işçi qüvvəsinin təhsil səviyyəsi |
50.0% |
|
|
6.1. |
Məktəb təhsilinin orta müddəti |
|
||
II |
Cari işçi qüvvəsinin bacarıqları |
50.0% |
|
|
6.2. |
İşçi təlimlərinin həcmi 1-7 (ən yaxşı) |
|
||
6.3. |
Peşə təlimlərin keyfiyyəti 1-7 (ən yaxşı) |
|
||
6.4. |
Məzunların bilik və bacarıqları 1-7 (ən yaxşı) |
|
||
6.5. |
Əhali arasında rəqəmsal biliklər 1-7 (ən yaxşı) |
|
||
6.6. |
İxtisaslı işçi tapmağın asanlığı 1-7 (ən yaxşı) |
|
||
B |
Gələcək işçi qüvvəsi |
50.0% |
|
|
I |
Gələcək işçi qüvvəsinin təhsili |
50.0% |
|
|
6.7. |
Məktəb dövrünün uzunluğu |
|
||
II |
Gələcək əmək bazarı iştirakçılarının bacarıqları |
50.0% |
|
|
6.8. |
Tədrisdə kritik düşünmə 1-7 (ən yaxşı) |
|
||
6.9. |
İbtidai təhsildə şagird-müəllim nisbəti |
|
||
Pillə 7 |
Əmtəə bazarı |
8.3% |
||
A |
Daxili rəqabət |
50.0% |
|
|
7.1. |
Vergi və subsidiyaların rəqabətə zərərləri 1-7 (ən yaxşı) |
|
||
7.2. |
Bazar dominantlığının səviyyəsi 1-7 (ən yaxşı) |
|
||
7.3. |
Xidmət sahələri üzrə rəqabət 1-7 (ən yaxşı) |
|
||
B |
Açıq ticarət |
50.0% |
|
|
7.4. |
Qeyri-tarif baryerlərinin mövcudluğu 1-7 (ən yaxşı) |
|
||
7.5. |
Ticarət tarifləri, %-lə |
|
||
7.6. |
Tariflərin mürəkkəbliyi 1-7 (ən yaxşı) |
|
||
7.7. |
Klirinq prosesinin səmərəliliyi 1–5 (ən yaxşı) |
|
||
7.8. |
Xidmət ticarətinin açıqlığı 0-100 (worst) |
|
||
Pillə 8 |
Əmək bazarı |
8.3% |
||
A |
Elastiklik |
50.0% |
|
|
8.1. |
Təzminat xərcləri, həftəlik maaşla |
|
||
8.2. |
İşə götürmə və işdən çıxarma praktikası 1-7 (ən yaxşı) |
|
||
8.3. |
İşçi-işə götürən münasibətlərində əməkdaşlıq 1-7 (ən yaxşı) |
|
||
8.4. |
Əmək haqqı müəyyənləşməsinin çevikliyi 1-7 (ən yaxşı) |
|
||
8.5. |
Aktiv əmək bazarı siyasəti1-7 (ən yaxşı) |
|
||
8.6. |
İşçilərin hüquqları 0-100 (ən yaxşı) |
|
||
8.7. |
Əcnəbi işçilərin işə qəbulunun asanlığı 1-7 (ən yaxşı) |
|
||
8.8. |
Daxili əmək bazarının çevikliyi 1-7 (ən yaxşı) |
|
||
B |
Meritokratiya və Həvəsləndirmə |
50.0% |
|
|
8.9. |
Peşəkar menecmente olan etimad 1-7 (ən yaxşı) |
|
||
8.10. |
Əmək haqqı və məhsuldarlıq 1-7 (ən yaxşı) |
|
||
8.11. |
İşçi qüvvəsində qadınların iştirak səviyyəsi |
|
||
8.12. |
Əmək haqqı vergi dərəcəsi % |
|
||
Pillə 9 |
Maliyyə sitemi |
8.3% |
||
A |
Dərinlik |
50.0% |
|
|
9.1. |
Özəl sektora kredit qoyuluşlarının ÜDM-də payı, %-lə |
|
||
9.2. |
KOS-lərin maliyyələşdirilməsi 1-7 (ən yaxşı) |
|
||
9.3. |
Vençur kapitalın əlçatanlılığı 1-7 (ən yaxşı) |
|
||
9.4. |
Bazar kapitallaşmasının ÜDM-də payı, %-lə |
|
||
9.5. |
Sığorta haqlarının ÜDM-də payı, %-lə |
|
||
B |
Stabillik |
50.0% |
|
|
9.6. |
Bankların sağlamlığı 1-7 (ən yaxşı) |
|
||
9.7. |
Kredit portfelində qeyri-işlək kreditlərin çəkisi |
|
||
9.8. |
Kredit fərqi, % bəndi |
|
||
9.9. |
Bank kapitalının adekatlığı əmsalı |
|
||
Pillə 10 |
Bazarın ölçüsü |
8.3% |
||
10.1. |
ÜDM, AQP mlrd dollar |
|
||
10.2. |
İdxalın ÜDM-də payı, %-lə |
|
||
Pillə 11 |
Bazarın dinamikliyi |
8.3% |
||
A |
Administrativ tələblər |
50.0% |
|
|
11.1. |
Biznesə başlama xərclərinin adambaşına ÜMM-də payı, %-lə |
|
||
11.2. |
Biznesə başlama üçün tələb olunan günlərin sayı |
|
||
11.3. |
Müflisləşmənin bərpa olunma səviyyəsi, bir dollara düşən sent |
|
||
11.4. |
Müflisləşmə üzrə normativ hüquqi baza 0-16 (ən yaxşı) |
|
||
B |
Sahibkarlıq mühiti |
50.0% |
|
|
11.5. |
Sahibkarlıq riskləri 1-7 (ən yaxşı) |
|
||
11.6. |
İdarəetmənin ötürülməsi istəyi 1-7 (ən yaxşı) |
|
||
11.7. |
İnnovativ şirkətlərin inkişafı 1-7 (ən yaxşı) |
|
||
11.8. |
Şirkətlərin riskli ideyalara meylliliyi 1-7 (ən yaxşı) |
|
||
Pillə 12 |
İnnovasiya bacarıqları |
8.3% |
||
A |
Qarşılıqlı əlaqə və müxtəliflik |
|
||
12.1. |
İşçi heyətin müxtəlifliyi 1-7 (ən yaxşı) |
|
||
12.2. |
Klaster inkişafının vəziyyəti State of cluster development 1-7 (ən yaxşı) |
|
||
12.3. |
Beynəlxalq səviyyəli birgə ixtiralar üzrə müraciətlər/milion nəfər |
|
||
12.4. |
Səhmdarların əməkdaşlığı Multi-stakeholder collaboration 1-7 (ən yaxşı) |
|
||
B |
Tədqiqat və inkişaf |
|
||
12.5. |
Elmi nəşrlər üzrə H indeksi |
|
||
12.6. |
Patent müraciətləri/milion nəfər |
|
||
12.7. |
Tədqiqat və inkişaf xərclərinin ÜDM-də payı, %-lə |
|
||
12.8. |
Tədqiqat institutlarının keyfiyyəti indeksi |
|
||
C |
Kommersiallaşma |
|
||
12.9. |
Alıcıların qərar vermə qabiliyyəti 1-7 (ən yaxşı) |
|
||
12.10. |
Ticarət nişanları üzrə müraciət ərizələri/ milion nəfər |
|
|
|
Cədvəl 2: İndeks 4.0 hesablama metodologiyası və göstəriciləri
Intervalın adı və intervalı |
Yuxarı hədd |
Ən əlverişsiz qiymət |
Transformasiya metodu |
İstiqamətləndirici prinsiplər |
|
1.5. |
Sosial kapital 0-100 (yüksək) |
100 |
0 |
- |
Göstəricinin mümkün intervalı |
1.12. |
Elektron iştirak 0-1 (ən yaxşı) |
1 |
0 |
- |
Göstəricinin mümkün intervalı |
1.14. |
Korrupsiya hadisəsi 0-100 (ən yaxşı) |
100 |
0 |
- |
Göstəricinin mümkün intervalı |
1.17. |
Torpaq administrasiyasının keyfiyyəti 0-30 (ən yaxşı) |
30 |
0 |
- |
Göstəricinin mümkün intervalı |
1.19. |
Maraqların toqquşmasının tənzimlənməsi 0-10 (ən yaxşı) |
10 |
0 |
- |
Göstəricinin mümkün intervalı |
1.20. |
Səhmdarın idarəedilməsi 0-10 (ən yaxşı) |
10 |
0 |
- |
Göstəricinin mümkün intervalı |
2.1. |
Yolların əlaqəliliyi indeksi 0-100 (ən yaxşı) |
100 |
0 |
- |
Göstəricinin mümkün intervalı |
2.3. |
Dəmiryollarının sıxlığı km/kv km |
40 |
0 |
- |
Vinsorizasiya |
2.5. |
Hava limanlarının əlaqəliliyi indeksi |
200 |
0 |
- |
Vinsorizasiya |
2.7. |
Dəniz limanlarının əlaqəliliyi indeksi 0–157.1 (ən yaxşı) |
100 |
0 |
- |
|
2.9. |
Əhalinin elektrik təchizatı səviyyəsi |
100 |
0 |
- |
Vinsorizasiya |
2.10. |
Elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin cəmi elektrik enerjisi istehsalında payı |
4 |
100 |
- |
Vinsorizasiya |
2.11. |
Əhalinin təhlükəli içməli suya məruz qalan hissəsi |
2 |
100 |
- |
Vinsorizasiya |
3.1. |
Mobil telefon istifadəçiləri /100 pop. |
120 |
0 |
- |
120-dən yuxarı qiymət internet texnologiyasının kifayə dərəcədə geniş yayıldığını, orta statistik istifadəçi üçün məhdudiyyət yaratmadığını ifadə edir. |
|
Mobil internet istifadəçilərinin cəmi mobil istifadəçilərinə nisbəti |
0.9 |
0 |
Mobil internet abunəçləri və real mobil abunəçiləri və 120 arasında ən aşağı olan nisbəti (bax.3.1) |
Vinsorizasiya |
3.3. |
Geniş zolaqlı internet xətti istifadəçiləri /100 nəfər |
50 |
0 |
- |
50-dən yuxarı qiymət geniş zolaqlı internet xəttinin kifayət dərəcədə geniş yayıldığını, orta statistik istifadəçi üçün məhdudiyyət yaratmadığını ifadə edir. |
|
fiber abunəçilərinin geniş zolaqlı internet istifadəçlərinə nisbəti |
0.9 |
0 |
Fiber internet abunəçləri və real geniş zolaqlı internet abunəçiləri və 50 arasında ən aşağı olan nisbəti (bax.3.03) |
Vinsorizasiya |
3.5. |
İnternet istifadəçiləri, əhalidə payı %-lə |
100 |
0 |
- |
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) göstəricilərinə əsaslanır |
4.1. |
İllik inflyasiya səviyyəsinin dəyişməsi, %-lə |
4 |
40 |
0 və 4 arasında istənilən ədədə 0.5 qiyməti verilir. 4-dən aşağı istinilən ədəd (4+)-a transformasiya edilir (0.5- qiymət) |
mərkəzi bankların hədəfləri və vinsorization |
4.2. |
Borc dinamikası 0-100 (ən yaxşı) |
100 |
0 |
- |
Vinsorizasiya |
5.1. |
Sağlam ömür müddəti, illər |
72 |
40 |
- |
Vinsorizasiya |
6.1. |
Məktəb təhsilinin orta müddəti |
15 |
0 |
- |
İnsan inkişafı Hesabatının göstəriclərinə əsaslanır (2016) |
6.7. |
Məktəb dövrünün uzunluğu |
18 |
0 |
- |
İnsan inkişafı Hesabatının göstəriclərinə əsaslanır (2016) |
6.9. |
İbtidai təhsildə şagird-müəllim nisbəti |
10 |
50 |
- |
Vinsorizasiya |
7.5. |
Ticarət tarifləri, %-lə |
0 |
15 |
- |
Ən yuxarı hədd üçün mümkün minimum göstərici, ən əlverişsiz göstəriciü üçün vinsorizasiya |
7.6. |
Tariflərin mürəkkəbliyi 1-7 (ən yaxşı) |
7 |
1 |
- |
|
7.7. |
Klirinq prosesinin səmərəliliyi 1–5 (ən yaxşı) |
5 |
1 |
- |
|
7.8. |
Xidmət ticarətinin açıqlığı 0-100 (worst) |
0 |
100 |
- |
|
8.1. |
Təzminat xərcləri, həftəlik maaşla |
0 |
52 |
- |
Ən yuxarı hədd üçün mümkün minimum göstərici, ən əlverişsiz göstəriciü üçün vinsorizasiya |
8.6. |
İşçilərin hüquqları 0-100 (ən yaxşı) |
100 |
0 |
- |
|
8.11. |
İşçi qüvvəsində qadınların iştirak səviyyəsi |
1 |
0.2 |
- |
|
8.12. |
Əmək haqqı vergi dərəcəsi % |
8 |
80 |
- |
|
9.1. |
Özəl sektora kredit qoyuluşlarının ÜDM-də payı, %-lə |
95 |
0 |
- |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
9.4. |
Bazar kapitallaşmasının ÜDM-də payı, %-lə |
100 |
0 |
- |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
9.5. |
Sığorta haqlarının ÜDM-də payı, %-lə |
6 |
0 |
- |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
9.7. |
Kredit portfelində qeyri-işlək kreditlərin çəkisi |
0.5 |
50 |
- |
|
9.8. |
Kredit fərqi, % bəndi |
2 |
40 |
- |
|
9.9. |
Bank kapitalı əmsalı |
17 |
0 |
Loqarifmik |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
Süt.10 |
Bazarın ölçüsü |
10 |
0 |
Loqarifmik (ÜDM+İdxal) |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
11.1. |
Biznesə başlama xərclərinin adambaşına ÜMM-də payı, %-lə |
0 |
200 |
- |
Ən yuxarı hədd üçün mümkün minimum göstərici, ən əlverişsiz göstəriciü üçün vinsorizasiya |
11.2. |
Biznesə başlama üçün tələb olunan günlərin sayı |
0.5 |
100 |
- |
|
11.3. |
Müflisləşmənin bərpa olunma səviyyəsi, bir dollara düşən sent |
92.9 |
0 |
- |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
11.4. |
Müflisləşmə üzrə normativ hüquqi baza 0-16 (ən yaxşı) |
16 |
0 |
- |
|
12.3. |
Beynəlxalq səviyyəli birgə ixtiralar üzrə müraciətlər/milion nəfər |
25 |
0 |
Loqarifmik |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
12.5. |
Elmi nəşrlər üzrə H indeksi |
855 |
0 |
Loqarifmik |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
12.6. |
Patent müraciətləri/milion nəfər |
230 |
0 |
Loqarifmik |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
12.7. |
Tədqiqat və inkişaf xərclərinin ÜDM-də payı, %-lə |
3 |
0 |
- |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
12.8. |
Tədqiqat institutlarının keyfiyyəti indeksi |
0.43 |
0 |
Loqarifmik |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
12.10. |
Ticarət nişanları üzrə müraciət ərizələri/ milion nəfər |
10.89 |
0 |
Loqarifmik |
Ən yuxarı hədd üçün Vinsorizasiya, ən əlverişsiz göstərici üçün mümkün minimum dəyər |
Qeyd: Vinsorizasiya (“Winsorization”) ən əlverişli hədd/ən əlverişsiz həddlərin müəyyən faiz dərəcəsi həddində paylanmasıdır (autlayerlərin çıxılması)
Cədvəl 3: İndeks 4.0 hesablama metodologiyası və göstəriciləri
|
Göstərici |
Hesablanma metodu |
Ölkə |
Hesablanmış dəyər |
1.5. |
Sosial kapital |
Xətti reqressiya. Reqressiya vasitələri: Orta təhsil ili, Korrupsiya Alqılama İndeksi, Əhali arasında ümumi etibar, və ÜDM (loq). |
Bosniya və Hersoqavina Serbiya Tayvan, Çin |
53.02 45.62 54.22 |
1.12. |
Elektron iştirak |
Xətti reqressiya. Reqressiya vasitələri: Korrupsiya Alqılama İndeksi, İnternet istifadəçiləri və Açıq Bücə Məlumatları qiyməti. |
Honq Konq XİƏ Tayvan, Çin |
0.93 0.94 |
2.3. |
Dəmiryollarının sıxlığı |
Xətti reqressiya. Reqressiya vasitələri: Elektrikləşmə dərəcəsi, Yolların keyfiyyəti indeksi, Şəhərləşmə indeksi, Okeana cıxış (binar), regional dəyişənlər (BMF bölgüsü) |
Zambia |
14.45 |
2.10. |
Elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin cəmi elektrik enerjisi istehsalında payı |
Xətti reqressiya. Reqressiya vasitələri: Elektrikləşmə dərəcəsi və ÜDM (loq) |
Burundi |
26.04 |
2.11. |
Əhalinin təhlükəli içməli suya məruz qalan hissəsi |
Həmkar qrup ortalaması. Bu Dünya Bankının gəlir qrupu ilə regional dəyişənlərin birləşməsidir (BMF bölgüsü). |
Honq Konq XİƏ |
4.15 |
|
Fiber internet istifadəçi sayının (göstərici 3.04) geniş zolaqlı internet istifadəçilərinin sayına (göstərici 3.03) nisbəti |
Xətti reqressiya. |
Benin |
0.04 |
5.1. |
Sağlam ömür müddəti, illər |
Xətti reqressiya. |
Honq Konq XİƏ |
72.8 |
6.9. |
İbtidai təhsildə şagird-müəllim nisbəti |
Xətti erqressiya. Reqressiya vasitələri: İbtidai sinifə qeydiyyat sayı, Orta təhsil ümümi qeydiyyat sayı, ÜDM (loq), regional dəyişənlər (BMF bölgüsü). |
Monteneqro |
15.35 |
7.7. |
Klirinq prosesinin səmərəliliyi |
Həmkar qrup ortalaması. Bu Dünya Bankının gəlir qrupu ilə regional dəyişənlərin birləşməsidir (BMF bölgüsü). |
Kabo-Verde |
2.40 |
7.8. |
Xidmət ticarətinin açıqlığı |
Xətti reqerssiya. Reqressiya vasitələri: Regional xidməti ticarət müqavilələri, Xidmət iddxalının ÜDM-yə nisbəti, ÜDM (loq), və regional dəyişənlər (BMF bölgüsü). |
Anqola |
33.46 |
8.6. |
İşçilərin hüquqları |
Xətti reqressiya və həmkarlar qrupu ortalaması. Reqressiya vasitələri: Dünya Azad Media İndeksi, Qadınların saatlıq və aylıq maaşlarının kişilərin maaşlarına nisbəti, regional dəyişənlər ( BMF bölgüsü) |
Ermənistan |
69.78 |
9.5. |
Sığorta haqlarının ÜDM-də payı |
Xətti reqressiya. Reqressiya vasitələri: Yerli bazarda özəl sektora kredit verilməsi, ÜDM (loq), və regional dəyişənlər (BMF bölgüsü). |
Ermənistan |
0.63 |
9.7. |
Kredit portfelində qeyri-işlək kreditlərin çəkisi |
Xətti erqressiya. Reqressiya vasitələri: Yerli bazarda özəl sektora kredit verilməsi, Kredit Qəpi, ÜDM (loq), və ÜDM böyümə sürəti. |
Haiti |
10.35 |
9.9. |
Bank kapitalı əmsalı |
Xətti reqressiya. Reqressiya vasitələri: Yerli bazarda özəl sektora kredit verilməsi, ÜDM (loq), və regional dəyişənlər (BMF bölgüsü). |
Anqola |
18.35 |
12.7. |
Tədqiqat və inkişaf xərclərinin ÜDM-də payı |
|
Benin |
0.13 |
12.10. |
Ticarət nişanları üzrə müraciət ərizələri/ milion nəfər |
Həmkar qrup ortalaması. Bu Dünya Bankının gəlir qrupu ilə regional dəyişənlərin birləşməsidir (BMF bölgüsü). |
Brundi |
64.74 |
Rəhbərlərin Rəyi Sorğusu
Qlobal Rəqabətlilik Hesabatında keyfiyyət qiymətləndirməsi tələb edən və ya beynəlxalq səviyyədə müqayisəli statistik məlumatların olmadığı indikatorlar üzrə məlumatlar Dünya İqtisadi Forumunun illik Rəhbərlərin Rəyi Sorğusundan əldə edilir.
Sorğu, ənənəvi statistik metodlardan fərqli olaraq, biznes subyeklərinin sahibkarlıq iştahasını, bilik və bacarıqların zəifliyi və korrupsiya hallarının dərəcələrini ölçməklə biznes mühitinin daha dəqiq qiymətləndirilməsini təmin edir və ümumilikdə iqtisadi inkişafın drayverlərini müəyyən edir. 2018-ci il nəşri üzrə rəy sorğusu yanvar-aprel ayları aralığında keçirilmiş və 140 ölkə üzrə 16658 şirkət rəhbərlərlərini əhatə etmişdir. Məlumaların ilkin yoxlanlmasından sonra 133 ölkədən 12274 respondentin rəyi indeksin hesablanmasına daxil edilmişdir. 52 ölkədə respondentlərin 92%-i, 21 ölkədə isə ən azı 50%-i sorğunu online rejimdə cavablandırmışdır. Rəy sorğusu 42 dilə tərcümə edilmişdir.
Rəy sorğusunun strukturu, aparılması qaydası və metodologiyası. Sorğu 15 bölmə üzrə 148 sualdan ibarətdir. Bölmələr aşağıdakılardır:
Ölkə üzrə rəy sorğusu milli partnyor təşkilatlar tərəfindən aparılır, nəticələr isə Dünya İqtisad Forumu tərəfindən ümumiləşdirilir. Partnyor təşkilatlar kimi tədqiqat və ya akademik institutlar, biznes təşkilatları və digər peşəkar milli təşkilatlar seçilir.
Partnyor təşkilatlar sorğu iştirakçılarını Dünya İqtisadi Forumunun müvafiq rəhbərlik sənədindən istifadə etməklə müəyyən edir. İştirakçıların seçilməsi zamanı əsas tələb onların mənsub olduqları iqtisadiyyatı ən yaxşı şəkildə təmsil etmələri və beynəlxalq səviyyədə müqayisə edilə bilmələridir. İştirakçıların seçilməsi aşağıdakı mərhələlər üzrə aparılır:
Sorğunun aparılması formatı müxtəlifdir və birbaşa müsahibə, telefon müsahibəsi, yazılı formada (poçt vasitəsilə göndərilməklə) və onlayn şəkildə aparıla bilər. Xərc və vaxt amilləri nəzərə alınmaqla onlayn sorğudan istifadə edilməsi tövsiyə olunur.
Məlumatların emalı
Sorğu nəticələrinin ümumiləşdirilməsindən əvvəl nəticələr diqqətlə nəzərdən keçirilir. Aşağıdakı hallarda sorğu siyahıdan çıxarılır:
İkinci mərhələdə çoxdəyişənli test üsulu olan Mahalanobis məsafə metodundan istifadə edilərək məlumatlar yoxlanılır. Bu test, müəyyən bir ölkədə fərdi sorğunun ölkənin nümunəsinə aid olduğunu həmin sorğunun xüsusiyyətlərinin ölkə üzrə cavabların orta xüsusiyyətləri ilə müqayisə etməklə müəyyən edir.
Sonra hər bir sual üçün ölkə səviyyəsində təkdəyişənli outlayer testi (“Univariate outlier test”) tətbiq edilir.
Standartlaşdırılmış qiymət – ve ya "z-qiyməti" metodundan istifadə etməklə hər bir fərdi cavabın ölkə üzrə orta göstəricilərdən neçə standart kənarlaşma yayındığı müəyyən edilir. Standart kənarlaşması 3-dən artıq olan hər bir fərdi cavab siyahıdan çıxarılır.
Ölkələr üzrə orta rəqəmlərin toplanması və hesablanması qaydası. Ölkə səviyyəsində göstəricilərin hesablanması üçün sadə ədədi orta göstəricilərdən istifadə olunur. Bu səbəbdən sorğuda verilən hər bir fərdi cavaba eyni çəki verilir.
Formal olaraq ölkə üzrə indikatorun ortalama göstəricisi aşağıdakı düsturla hesablanır:
Burada:
i – göstərici (indikator);
c – ölkə;
q – ölkə üzrə orta göstərici;
qi,c,j – “c” ölkəsinin “j” adlı sorğu iştirakçısının “i” sualına cavabı;
Nj,c – “c” ölkəsində “i” sualına cavab verənləri sayıdır.
Cavabların ölkə səviyyəsində ortalamaları tapıldıqdan sonra, əhəmiyyətli statistik yayınmaların (autlayer) hesablanması üçün testlər aparılır. Biz, Sorğudan alınan göstəricilər və Qlobal Rəqablilik İndeksindəki təxminən 50 statistik göstərici arasındakı güclü əlaqədən istifadə edirik: bu statistik göstəricilər üzrə yaxşı nəticələrə malik olan ölkələr, əsasən, Sorğu üzrə də yaxşı nəticələr göstərirlər. Digər statistik göstəricilər üzrə orta nəticələrə əsaslanaraq Sorğu üzrə gözlənilən orta qiymətin proqnozlaşdırılması üçün xətti reqressiya üsulundan istifadə edilir. Proqnozlaşdırılan göstəricilərin 90 faizlik əmin intervalından kənarda olan Sorğu göstəriciləri “autlayer” hesab olunurılar. Fərdi Sorğu göstəriciləri sistematik olaraq, müşahidə olunan göstəricilərlə əminlik intervalının limitlində proqnozlaşdırılan orta Sorğu göstəricisi arasındakı fərqə mütənasib əmsal vasitəsi ilə korreksiya olunurlar.
Əlavə olaraq, Sorğu nəticələrinin zamanla nə dərəcədə etibarlı və dayanıqlı olduğunu qiymətləndirmək üçün təhlillər aparılır. Təhlilin tərkib hissəsi olaraq Sorğunun iki nəşri arasında nəticələrdə nəzərə çarpan müsbət və mənfi dəyişikliklərin tapılması üçün kvartillər-arası hədd (RH- (İQR-inter-quartile range) testi edilir. Daha dəqiq, hər bir ölkə üçün Sorğunun əsas 66 sualı üzrə ilbəil dəyişiklik əmsalı olan “d” hesablanır. Bundan sonra kvartillər-arası hədd hesablanır (yəni, 25-ci və 75-ci persentillər arası fərq). 25-ci persentil çıx KH-nın 1.5 misli və 75-ci persentil üstəgəl KH-nın 1.5 misli hüdüdlarından kənarda yerləşən “d” əmsalı potensial autlayer hesab olunur. Bu təhlil beş illik trendlərin dinamikası və Sorğu nəticələri ilə oxşar tərkibli digər göstəricilərin dəyişikliklərinin müqayisəsi kimi digər əlavə empirik testlərlə tamamlanır. Sorğu nəticələrinin reallığa uyğunluğunun yoxlanılması üçün yerli ekspertlərlə müsahibələr aparılır və ölkədə baş verən son dəyişikliklər nəzərə alınır. Bəhreyn, Oman, Tacikistan və Türkiyənin 2017-ci il üçün hesablanmış göstəriciləri bu testin, əlavə keyfiyyət araşdırmalarının nəticələrini və bu ölkələrdəki inkişafın mahiyyətini nəzərə alaraq istifadə edilməmişdir. Onlar üçün Sorğunun əvvəlki nəşrinin göstəricilərindən istifadə edilmişdir (1-ci qutuda istisnalar qeyd edilib).
Dəyişən ortalamanın və ölkə qiymətlərin hesablanması.
Bu mərhələdə dəyişən ortalamanın hesablanması aparılır. Dəyişən ortalama üsulu ən son ilin Sorğu nəticələri ilə əvvəlki ilin diskontlaşdırılmış orta nəticələrinin ağırlıqlı ortalamasının hesablanmasını nəzərdə tutur. Bu cür hesablamanın tətbiq edilməsinin bir neçə səbəbi var. Birincisi bu nəticələrin Sorğunun tərtib edildiyi hər hansı vaxt kəsiyindən asılılığını azaldır. İkincisi, bu daha çox nümunələr təqdim etməklə əldə olunan məlumatın həcmini artırır. Həmçinin, Sorğunun ilin birinci rübündə tərtib edilməsi səbəbindən 2017-ci və 2018-ci illərin birinci rübünün məlumatlarını ortalamasının hesablanması Sorğu məlumatlarını digər mənbələrdən olan və əsasən illik ortalama üsulu ilə hesabalanın məlumatlar ilə daha yaxşı uyğunlaşdırır.
Dəyişən ortalamanın hesablanması üçün bir birini üstələyən iki elementdən ibarət çəki sxemindən istifadə olunur. Bir tərəfdən Sorğudakı hər bir cavaba eyni çəki verilməyi arzu olunur və buna görə də daha çox məlumata malik ilə daha çox çəki verilir. Digər tərəfdən isə son dövrün rəqəmlərinə daha çox əhəmiyyət verilməlidir, çünki onlar daha yeni məlumatı təqdim edir. Bu səbəbdən, əvvəlki dövrün məlumatları diskontlaşdırılır. 2-ci cədvəldə hər bir ölkə üçün qiymətlərin hesablanmasında istifadə edilən çəki göstərilib.
Ölkə üzrə qiymətin hesablanması
2018-ci il üzrə Qlobal Rəqabətlilik Hesabatına daxil olan ölkələrin böyük əksəriyyəti üçün hesablama metodikasını əks etdirir.
Rəy sorğusunun hər bir
Harada ki,
Hər il üçün tətbiq edilən xüsusi çəkilər aşağıdakı kimi təyin edilir:
Burada
(2a) və (2b) bərabərliklərinin (1)-ə daxil edilməsi və nəticənin yenidən qurulması:
Bərabərlik 3-də xüsusi çəkinin 1-ci komponenti - diskontlaşmış əvvəlki orta çəkidir.İkinci komponent isə seçmə həcminin orta göstəricisidir. Bu komponentlərin hər ikisinə yarı çəkilər verilir.Bu yanaşmanın müsbət cəhətlərindən biri də odur ki, müəyyən il üzrə çox yüksək seçmə (sample) həcminin digər il üzrə seçmə həcmini kölgədə qoymasına imkan vermir
Haşiyə 1: Göstəricilərin hesablanmasına nümunə Bu nümunədə, Qlobal Rəqabətlilik İndeksinə (göstərici 8.02) daxil olan işə qəbul etmə və işdən azadetmə göstəricisini Danimarka üçün hesablayırıq. Göstərici aşağıdakı Sorğu sualından əldə edilir: “Ölkənizdə qaydalar işçilərin işə götürülməsi və işdən azad edilməsini çevik şəkildə həyata keçirməyə imkan verirmi? [1= heç imkan vermir; 7= tam imkan verir].” Bu sual yeni sual olmadığı üçün adi yanaşma tətbiq olunur (bərabərlik 1-dən istifadə edərək). Danimarkanın göstəricisi 2017-ci ildə 4.93, 2018-ci ildə isə 5.15-dir. Yuxarıda təsvir edilən çəki sxemi iki dəyərin necə birləşdirildiyini təsvir edir. Danimarkada nümunənin həcmi 2017-cı ildə 63, 2018-ci ildə isə 85 olmuşdur. Ona görədə bu sual üçün ölkənin yekun qiyməti belədir: 0,487 x 4,93 + 0.513 x 5.15=5.04 2017 2018
Alınan yekun rəqəm İndeksin hesablanmasında istifadə edilir. Baxmayaraq ki, bu nümunədə ədədlər yuvarlaqlaşdırılmışdır, hesablamalarda tam dəqiqliklə istifadə olunur. |
Pillə 8: Əmək Bazarının Səmərəliliyi
8.01. İşdən azad edilmə üzrə təzminat xərcləri
Bu göstərici işçinin işdən azad edilməsi ilə əlaqədar əvvəlcədən xəbərdarlıq və kompensasiya xərcini (həftəlik əmək haqqı olaraq) ölçür, 2017
Birillik, beşillik və onillik staja malik işçiyə ödənilən əvvəlcədən xəbərdarlıq və müqaviləyə xitam verilməsinə görə kompensasiya xərclərin ortalama məbləğidir.
Mənbə: Dünya Bankı Qrupu
8.02. İşəgötürmə və işdən azad etmə praktikası
“Sizin ölkənizdə qanunvericilik işçilərin işə qəbul edilməsi və işdən azad olunmasının çevikliyini nə dərəcə təmin edir? “ sualına cavab [1-ümumiyyətlə təmin etmir; 7- yüksək səviyyədə təmin edir], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının B əlavəsinə baxın.
8.03. “İşçi-işəgötürən” münasibətlərində əməkdaşlıq
“Sizin ölkənizdə işçilər və işəgötürənlər arasında mövcud olan münasibətləri necə qiymətləndirə bilərsiniz?” sualına cavab [1-əsas etibarilə gərginliyə meyllidirlər; 7-əsas etibarilə əməkdaşlığa meyllidirlər], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.04. Əmək haqlarının müəyyənləşdirməsində çeviklik
“Sizin ölkənizdə əmək haqları ümumiyyətlə necə müəyyənləşdirilir?” sualına cavab[1- mərkəzləşdirilmiş şəkildə aparılan danışıqlar əsasında; 7- hər bir şirkət özü müəyyənləşdirir], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının B əlavəsinə baxın.
8.05. Aktiv əmək bazarı siyasəti
“Sizin ölkənizdə həyata keçirilən əmək bazarısiyasəti işsiz vətəndaşlara yeni bacarıqlara sahib olub yeni iş yerlərinin tapılmasında (habelə əldə olunan bacarıqların iş yerlərinin tələblərinə uyğunlaşdırılmasına, ixtisasların artırılmasına) nə dərəcədə kömək edir?” sualına cavab [1- ümumiyyətlə kömək etmir; 7- əsas etibarilə kömək edir], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.06. İşçilərin hüquqları
Bu indikator əmək sahəsində beynəlxalq standartların müdafiə səviyyəsini əks etdirən və Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının hesabladığı Qlobal Haqlar İndeksinin adaptasiya olunmuş versiyasını əsas götürür. Qiymətləndirmə zamanı 1-7 şkalasından istifadə olunur, burada 1 - müdafiə ümumiyyətlə yoxdur, 7 - yüksək səviyyədə müdafiə mənasını kəsb edir, 2017
Əmək sahəsinin müdafiəsini ölçmək üçün vətəndaş haqları, kollektiv sazişin bağlanılması hüququ, tətilə çıxmaq hüququ, sərbəst birləşmə hüququ, habelə müvafiq hüquqi prosedurlara çıxışın təmin olunması hüququ anlayışlarından istifadə olunur. Bu indikatorun hesablanmasında işçinin işdən azad edilmə qaydaları nəzərə alınmır. Qlobal Haqlar İndeksinin hesablanma metodologiyası haqqında daha ətraflı məlumat bu linkdən əldə edilə bilər http://survey.ituc-csi.org/ITUC-Global-Rights-Index.html.
Mənbə: Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK), Dünya İqtisadi Forumu.
8.07. Əcnəbi işçilərin işə qəbulunun asanlığı
“Sizin ölkənizdə qanunvericilik əcnəbi işçi qüvvəsini işə qəbulunu nə dərəcədə məhdudlaşdırır?” sualına cavab [1- çox məhdudlaşdırır; 7- ümumiyyətlə məhdudlaşdırmır], 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.08.Daxili əmək bazarının ölkədaxili mobilliyi
“Sizin ölkənizdə insanlar sahib olduqları peşələrinə uyğun iş yerinin tapılması məqsədilə ölkənin digər regionlarına köçməsi nə dərəcədədir? ” sualına cavab [1- ümumiyyətlə köçmürlər; 7- çox miqyasda köçürlər], 2017- 2018-ci illər və ya əlçatan rəqəmlərin mövcud olduğu ən son dövr üzrə çəkili orta kəmiyyət.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.09. Peşəkar idarəetməyə əsaslanma
“Sizin ölkənizdə şirkətlərdə rəhbər vəzifələri kimlər tutur?” sualına cavab [1- adətən kompetensiyalarından asılı olmayaraq qohumlar və dostlar; 7- əsas etibarilə ixtisası və sahib olduğu kvalifikasiyalar əsasında seçilmiş peşəkar menecerlər ] 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.10. Ödəmə və məhsuldarlıq
“Sizin ölkədə əməyin ödənilməsi sistemi nə dərəcədə əməyin məhsuldarlığı ilə əlaqəlidir?” sualına cavab [1-ümumiyyətlə əlaqəli deyil; 7- yüksək səviyyədə əlaqə var] 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu; Ətraflı məlumatı almaq üçün Qlobal Rəqabətlilik Hesabatının Əlavə B-yə baxın.
8.11. İşçi qüvvəsində qadınların iştirak səviyəsi
Bu göstərici 15-64 yaşında olan muzdlu işçi və qulluqçu qadınların sayının 15-64 yaşında muzdlu işçi və qulluqçu kişilərin sayına bölünməsi vasitəsilə hesablanan nisbət və ya faizi əks etdirir, 2017
Muzdlu işçi və qulluqçu dedikdə, əmək haqqı ödənildiyi iş yerlərində çalışan insanlar nəzərdə tutulur. Adətən bu iş yerlərinə qəbul tərəflərin iradəsinə əsaslanan yazılı və ya şifahi saziş və ya qanunvericilikdə nəzərdə tutulmuş müqavilənin bağlanılması əsasında həyata keçirilir. Bu müqavilələrə əsasən muzdlu işçilərin və qulluqçuların əməyi çalışdığı müəssisənin gəlirlərindən asılı olmayaraq ödənilir.
Mənbə: Beynəlxalq Əmək Təşkilatı (BƏT), Dünya İqtisadi Forumu.
8.12. Əmək haqqı vergi dərəcəsi
Əmək haqqından tutulan gəlir vergisi və sosial ödənişlər kommersiya gəlirinin faizi kimi hesablanan və müəssisələr tərəfindən müvafiq səviyyədə (federal, federasiya subyekti və ya yerli) tutulan icbari əmək haqqı ödənişləridir/vergiləridir, 2016
Bu göstəriciyə dövlət tərəfindən icbari qaydada müəyyənləşdirilən və işəgötürənin özəl pensiya fonduna və ya işçilərin sığorta fonduna ödədiyi məbləğ daxildir. Bu göstərici haqqında daha ətrafı məlumat bu linkdən əldə edilə bilər http://www.doingbusiness.org/Methodology-Paying-Taxes.
Mənbə: Dünya Bankı Qrupu
Pillə 9: Maliyyə sistemi
Bu pillə maliyyə sisteminin dərinliyi, kredit, səhm, istraz, sığorta və digər maliyyə alətlərinin əlçatanlığı, maliyyə sistemində izafi risklərin və opportunist davranışların azaldılması məsələlərini əhatə edir.
İnkişaf etmiş maliyyə sistemi məsuldarlığı inkişafını 3 istiqamətdə təşviq edir: i) yığımları məsuldar inversiyalara yönəldir, ii) kapitalın mümkün yüksək gəlirli investisiya layihələrinə istiqamətləndirilməsini təmin edir (borcalanların monitorinqi, məlumat assimetriyasını azaldılması vasitəsilə), ii) səmərəli ödəniş sistemini təmin edir. Bununla yanaşı, investisiya və məsuldarlıq üzərində uzunmüddətli neqativl təsir yaradan maliyyə böhranlarının qarşısının alınması üçün maliyyə institutlarının tənzimlənməsi zəruridir.
9.01. Özəl sektora daxili kredit qoyuluşlarının ÜDM-də payı
Özəl sektoru təmin edən maliyyə resurslarının ümumi dəyəri (ÜDM-də faizlə dəyəri)/ 2014-2016 dəyişən ortalama
Bu göstərici kreditlərin cəmi, qeyri-səhm qiymətli kağızların satın alınması, ticari kreditlər və maliyyə qurumlarının geri ödəmə şərtilə firma və ev təsərrüfatlarına verdiyi digər debitor borcları kimi hesablanır.
Mənbə: Dünya Bankı qrupu
9.02. KOS-ların maliyyələşdirilməsi
Ölkənizdə kiçik və orta ölçülü müəssisələr (KOM) maliyyə sektoru vasitəsilə öz biznes fəaliyyətləri üçün lazım olan maliyyəyə hansı ölçüdə sahib ola bilirlər? [1 = heç də; 7 = böyük ölçüdə] | 2017- 2018 ortalama və ya mövcud ən son dövr
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın Əlavə B hissəsinə baxın.
9.03. Vençur kapitalının əlçatanlığı
Anket sorğusuna cavab: "Ölkənizdə innovativ və həmçinin riskli layihələri olan start-up sahibkarları üçün maliyyələşməni təmin edəcək sərmayeçi tapmaq nə qədər asandır?" [1 = olduqca çətin; 7 = çox asandır] | 2017-2018 orta ağırlıqlı və ya mövcud ən son dövr
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın Əlavə B hissəsinə baxın.
9.04. Bazar kapitallaşmasının ÜDM-də payı
Siyahiya alınan bütün yerli şirkətlərin ümumi dəyəri (ÜDM-də faizlə dəyəri)/ 2014-2016 dəyişən ortalama
Birjada listinqdə olan bütün yerli şirkətlərin səhm qiymətlərini öz mövcud səhmlərinin sayına vurmaqla hesablanır. İnvestisiya fondları, vahid vəqflər və şirkətlər (hansı ki, yeganə biznes məqsədləri listinqdə olan digər şirkətlərin səhmlərini əldə saxlamaqdır) buraya daxil edilmir. Məlumatlar il sonu dəyərləridir.
Mənbə: Dünya Birjaları Federasiyası.
9.05. Sığorta haqlarının ÜDM-də payı
Həyat və qeyri-həyat sığortası haqlarının həcmi (ÜDM-də faizlə dəyəri)/ 2013-2015 dəyişən ortalama
Həyat və qeyri-həyat sığortası ödənişlərinin həcmləri cəmini ÜDM-ə bölməklə hesablanır. Ödənişin həcmi sığorta şirkətinin əvvəlki təqvim ili ərzində qazandığı (mülk/ölüm halı) və ya aldığı (həyat/sağlamlıq durumu) bilavasitə ödənişlərdir.
Mənbə: Dünya Bankı Qrupu.
9.06. Bankların sağlamlığı
Anket sorğusuna cavab: "Ölkənizdə bankların sağlamlığını necə qiymətləndirirsiniz?" [1 = olduqca aşağı, bankların kapitallaşma ehtiyacı var; 7 = olduqca yüksək] 2017-2018 ortalama və ya mövcud ən son dövr.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın Əlavə B hissəsinə baxın.
9.07. Kredit portfelində qeyri-işlək kreditlərin payı
Ölkədəki bankların qeyri-işlək kreditlərin məbləğinin onları cəmi kredit portfeli məbləğinə bölünməsi. | 2016
Qeyri-işlək kreditlərə faiz və əsas məbləğ üzrə ödənişlərin 90 gün və ya daha uzun müddətə gecikən kreditlər aiddir. Qeyri-işlək kredit təkcə bu kredit üzrə gecikdirilmiş ödəniş məbləğini deyil cəmi kredit məbləğini ifadə edir.
Mənbə: Beynəlxalq Valyuta Fondu (BVF).
9.08. Kredit fərqi
Kreditin ÜDM-ə nisbəti və bu əmsalın uzunmüddətli tendensiya arasındakı fərqi ölçür. | 2016
Ən sonuncu "Özəl sektora daxili kredit (ÜDM-də faizlə dəyəri)" və onun tendensiyası arasındakı fərqi hesablayır. Beynəlxalq Hesablaşmalar Bankından gələn metodologiyadan sonra, tendensiya qiyməti Hodrick-Prescott filtrinin "Özəl sektora daxili kredit (ÜDM-də faizlə dəyəri)" indikatorunun 15 illik müddətinə tətbiq edilməsi ilə hesablanır. Metodologiya haqqında daha ətraflı məlumatı https://www.bis.org/publ/qtrpdf/r_qt1403g.htm ünvanından əldə edə bilərsiniz.
Mənbə: Dünya İqtisadi Forumu; Dünya Bankı qrupunun məlumatlarına əsaslanan hesablamalar.
9.09. Bankların kapital adekvatlığı əmsalı
Bankların kapital adekvatlığ əmsalı. | 2013-2015 dəyişən ortalama
Bu göstərici bankların kapital adekvatlığını ölçür. Bu, bankların tənzimləyici kapitalının (səhmdar kapitalının, açıqlanmış və açıqlanmamış ehtiyatlar, yenidən qiymətləndirmə ehtiyatları, ümumi ehtiyatlar və digər alətlər) onların risk-dərəcəsi üzrə ölçülmüş aktivlərinə nisbətini ifadə edir.
Mənbə: Dünya Bankı Qrupu.
Pİllə 10- Bazarın həcmi
10.01 Ümumi Daxili Məhsul
Alıcılıq qabiliyyəti pariteti ilə dəyərləndirilən Ümumi Daxili Məhsul, milyardlarla beynəlxalq dollarla (2011-ci ilin sabit qiymətində).│ 2017
Mənbə: Beynəlxalq Valyuta Fondu
10.02 Məhsul və xidmətlərin idxalı
İdxal olunan məhsul və xidmətlərin ÜDM-də payı, faizlə. │2017
Bu indikator xaricdən əldə edilən məhsul və xidmətlərin dəyərinin Ümumi Daxili Məhsulda faizlə çəkisini əks etdirir. İdxal məhsulun, fraxtın, sığortanın, nəqliyyatın, səyahətin, royaltinin, lisenziya haqları və kommunikasiyanın və tikinti, maliyyə, informasiya, biznes, şəxsi və dövlət xidmətləri kimi digər xidmətlərin dəyərini özündə əks etdirir. Buraya işçilərin kompensasiyası, investisiya gəlirləri (əvvəllər faktor xidmətləri adlanırdı) və transfer ödənişləri aid edilmir.
Mənbələr: Ümumdünya Ticarət Təşkilatı (ÜTT); Beynəlxalq Valyuta Fondu(BVF).
Pillə 11: Biznesin dinamikliyi
11.01 Biznesə başlama xərci
Xərclərin iqtisadiyyatda adambaşına düşən gəlirlərdə faizlə payı kimi ifadə edilmişdir. | 2017-ci il
Xərclər, qanunla tələb olunan və ya praktikada tez-tez istifadə edilən xidmətlərə görə ödənilən bütün rəsmi ödənişləri və hüquqi və ya peşəkar xidmət haqqlarını əhatə edir. Əgər qanunla tələb olunursa, şirkət hesablarının satın alınması və leqallaşdırılması haqqı da buraya daxil edilir. Əlavə dəyər vergisi qeydiyyatı ayrıca bir prosedur hesab edilsə də, əlavə dəyər vergisi şirkət yaradılması xərcinin bir hissəsi deyil. Metodologiya haqqında daha ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz.
http://www.doingbusiness.org/Methodology/Starting-a-Business.
Mənbə: Dünya Bankı Qrupu.
11.02 Bisnesə başlama üçün tələb olunan günlərin sayı
Biznesin qanuni fəaliyyətə başlaması üçün prosedurları tamamlamağa lazım olan təqvim günlərinin sayı. | 2017
İndikator şirkət yaradılması sahəsində fəaliyyət göstərən hüquqşünasların və ya notariusların qeyd etdiklərinə əsasən praktikada minimal dövlət orqanları müdaxiləsi və heç bir qeyri-rəsmi ödəniş olmadan proseduru başa çatdırmaq üçün tələb olunan müddətlərin median göstəricisini əks etdirir. Əgər prosedur əlavə xərc çəkməklə sürətləndirilə bilərsə, xərcdən asılı olmayaraq ən sürətli prosedur götürülür. Metodologiya haqqında daha ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz. http://www.doingbusiness.org/Methodology/Starting-a-Business.
Mənbə: Dünya Bankı Qrupu.
11.03 Muflisləşmənin bərpa olunma səviyyəsi
Məhkəmə yolu ilə yenidən təşkil etmə, ləğvetmə və ya borc icraatı (girov və ya restitusiya) prosedurları vasitəsilə təminatlı səhmdarların kompensasiya olunma səviyyəsi, 1 dollara düşən sent kimi hesablanır. | 2017-ci il.
Hesablama, biznesin icraatdan davam edən fəaliyyət kimi yaranması yaxud aktivlərin hissə-hissə satılmasından asılı olmayaraq, nəticəni nəzərə alır. Daha sonra icraat xərcləri çıxılır (borclunun əmlakının dəyərinin hər bir faiz bəndi üçün 1%). Nəhayət, vəsaitin müflisləşmə icraatı səbəbindən saxlanıldığı müddət ərzində itirdiy dəyər nəzərə alınır, buraya otel mebellərinin köhnəlməsindən qaynaqlanan dəyər itkiləri də daxil edilir. Metodologiya haqqında daha ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz.
http://www.doingbusiness.org/Methodology/ResolvingInsolvency.
Mənbə: Dünya Bankı Qrupu.
11.04 Muflisləşmə üzrə normativ hüquqi baza
Ləğvetmə və yenidən təşkil prosesində tətbiq olunan hüquqi çərçivənin adekvatlığı və bütövlüyünü ölçən indeks göstəricisi. İndeks 0 və 16 aralığında dəyişir, indeksin yüksək qiymətləri həyat qabiliyyəti olan firmaların bərpası, həyat qabiliyyəti olmayanların isə ləğvi üçün daha yaxşı dizayn olunmuş müflisləşmə qanunvericiliyini göstərir. | 2017-ci il.
İndeks icraata başlama indeksi, borclunun aktivlərinin idarə olunması indeksi, yenidən təşkilin icraatı indeksi və kreditor iştirakı indeksləri üzrə göstəricilərin cəmi kimi hesablanır.
Mənbə: Dünya Bankı Qrupu.
11.05 Sahibkarlıq riski.
Sorğuda "Sizin ölkənizdə insanlar sahibkarlıq riskinə nə dərəcədə meyillidir?" [1 = heç meyilli deyillər; 7 = çox meyillidirlər] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Daha ətraflı məlumat üçün Əlavə B-yə baxın.
11.06 İdarəetmənin ötürülməsi istəyi
Sorğuda "Sizin ölkənizdə yüksək vəzifəli idarəedicilər səlahiyyəti öz tabeliklərində olan şəxslərə nə dərəcədə ötürürlər?" [1 = heç ötürmürlər; 7 = böyük ölçüdə ötürürlər] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Daha ətraflı məlumat üçün Əlavə B-yə baxın.
11.07 İnnovativ şirkətlərin inkişafı.
Sorğuda "Sizin ölkənizdə, innovativ fikirləri olan yeni şirkətlər sürətlə inkişaf edirlərmi?" [1 = heç inkişaf etmirlər; 7 = çox sürətlə inkişaf edirlər] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Daha ətraflı məlumat üçün Əlavə B-ə baxın.
11.08 Şirkətlərin riskli ideyalara meyilliliyi
Sorğuda “Sizin ölkənizdə şirkətləri riskli və ya radikal biznes ideyalarına nə dərəcədə meyillidirlər?" [1 = heç meyilli deyillər; 7 = çox meyillidirlər] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Daha ətraflı məlumat üçün Əlavə B-ə baxın.
Pillə 12: İnnovasiya qabiliyyəti:
Bu pillə tədqiqat və inkişafın keyfiyyət və kəmiyyəti; ölkədə əməkdaşlığın, yaradıcılığın, müxtəlifliklərin və məsələyə münasibətlərin müxtəlif fikir və ideyaları yeni mallara çevirmək qabiliyyəti və xidmətlərinin dərəcəsini əhatə edir.
Daha çox məlumat əldə edən və yenilikçi ideyaları ilə yeni biznes modelləri təklif edən ölkələr daha yaxşı əməkdaşlıq və fənlərarası inteqrasiya yaratmaq üçün daha yüksək qabiliyyətə malikdir.
12.01. İşçi heyətinin müxtəlifliyi
"Sizin ölkənizdə işçi qüvvəsinin müxtəlifliyi nə dərəcədədir?” (məsələn, etnik, dini, cinsi və s.) [1= yoxdur; 7 = böyük ölçüdə] /2017-2018-ci illər mövcud mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın B əlavəsinə baxın.
12.02 Klaster inkişafının vəziyyəti (“State of cluster development”)
"Sizin ölkənizdə yaxşı inkişaf etmiş və dərin klasterlər (firmaların coğrafi konsentrasiyaları, təchizatçılar, istehsalçıları xüsusi məhsul, xidmətlər və müəyyən bir sahədə ixtisaslaşmış təşkilatlar) nə dərəcədə geniş yayılmışdır?” [1 = mövcud olmayan; 7=bir çox sahədə geniş yayılmışdır] 2017-2018-ci illər mövcud mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın B əlavəsinə baxın.
12.03. Beynəlxalq səviyyəli birgə ixtiralar üzrə müraciətlər/milyon nəfər
Hesablamada bütün birgə patent müraciətərinin cəmi götürlür (belə patentlər ən azı bir xarici ixtiraçı ilə birgə aparılmalı və dünyada ən əsas 5 patent şirkətlərindən ən azı 2-də sənədləşdirilməlidir): Avropa Patent Bürosu (APB), Yaponiya Patent Bürosu (YPB), Koreya İntellektual Əmlak Ofisi (KİƏO), Çin Xalq Respublikasının İnkişaf üzrə Dövlət İntellektual İdarəsi (ÇXRİDİİ) və ABŞ Patent və Ticarət nişanı İdarəsi (ABŞPTİ)/. Məlumatlar PATSAT məlumat bazasından götürülmüşdür. Belə ki, rəqəmsal hesablar və milyon nəfərin müraciətlərini ifadə edən erkən məlumat və ixtiralar bazası tərəfindən əldə edilmişdir. Log transformasiyası 0-dan 100-ə qədər şkala üzrə normallaşdıqdan əvvəl təchiz olunur.
12.04 Tərəfdaşların əməkdaşığı (“Multistakeholder collaboration”)
“Sizin ölkənizdə şirkətlərdə insanlar hansi səviyyədə əməkdaşlıq edirlər və ideyalarını bölüşürlər?” (1= heç bir səviyyədə, 7= yüksək səviyyədə); “Sizin ölkənizdə şirkətlər hansı səviyyədə fikir mübadiləsi aparır və innovativ ideyaları bölüşürlər?” (1= heç bir səviyyədə, 7= yüksək səviyyədə); “Sizin ölkənizdə iş adamları və universitetlər tədqiqat və inkişaf sahəsində hansı səviyyədə əməkdaşlıq edirlər?” (1= heç bir səviyyədə, 7= mütəmadi əməkdaşlıq edirlər); 2017-2018-ci illər ərzində orta göstərici və ya ən yaxın dövr üçün əlçatan mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Əlavə məlumatüçün hesabatın B əlavəsinə baxın.
12.05 Elmi nəşrlər
İnkes üzrə bal ölkə səviyyəsində nəşrlərin sayı və onların sitatlarını ifadə edir. H-indeksi digər nəşrlərdə “h” dəfə sitat olunan çap edilmiş nəşrləri ölçür. H-indeksi həm nəşrlərin sayını, həm də nəşrlərə görə sitat sayını əks etdirir. Yalnız məqalələr, icmallar və konfrans sənədləri nəzərdən keçirilir. Nəşrlər Scopus tərəfindən izlənilənlər vasitəsi ilə müəyyənləşdirilir, öz əksini tapmış ədəbiyyatın abstrakt və sitat məlumat bazasıdır: elmi jurnallar, kitablar və konfransın materialları. Log tranformasiyası 0-dan 100-ə qədər bir miqyasda normallaşdırılmadan əvvəl əsas qiymətləndirməyə tətbiq edilir.
12.06. Patent üçün müraciətlər/milyon nəfər.
Hesablamada bütün patent müraciətərinin cəmi götürlür (belə patentlər dünyada ən əsas 5 patent şirkətlərindən ən azı 2-də sənədləşdirilməlidir): Avropa Patent Müəssisəsi, Yaponiya Patent Müəssisəsi, Koreya İntelektual Mülkiyyət müəssisəsi, Çin Xalq Respublikasının Dövlət İntellektual Mülkiyyət Müəssisəsi, Birləşmiş Ştatların Patent və Ticarət nişani Müəssisəsi. Məlumatlar PATSTAT proqramı əsasında ölkələrin hər milyon sayna əsasən müəyyənləşdirilir. Köçürülərmələr təxmini hesabdan 0-dan 100 şkalasına kimi normal hala salınır. Mənbələr: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı.
12.07. Tədiqat və inkişaf xərclərinin ÜDM-də payı, faizlə
Elmi araşdırmalar və onların inkişaf etdirilməsi üçün nəzərdə tutulan xərclər mədəniyyət, cəmiyyət və digər sahələrdə biliklərin genişləndirilməsinə və həmin biliklərin tətbiqi ilə bağlı yaradıcı işlərə sərf olunan cari və kapital xərclərdir. Tədqiqat və inkişaf əsas tədqiqat, tətbiqi tədqiqat və təcrübi inkişafı əhatə edir.
12.08. Tədqiqat institutlarının keyfiyyəti indeksi
Elmi-tədqiqat müəssisələri göstəriciləri indeksləşdirir ki, bu da özəl və ictimai elmi-tədqiqat müəssisələrinin əhəmiyyətini və vəziyyətini ölçür. İndeks “Scimago İnstution Rankings”-ə daxil olmuş ölkənin bütün elmi-tədqiqat müəssisələrinin “inverse ranks” cəmi kimi hesablanır.
12.09 Alıcıların qərar vermə qabiliyyəti
"Sizin ölkənizdə alıcılar nə əsasında satınalma qərarları qəbul edir?” alıcının sorğuya cavabı [1=yalnız ən aşağı qiymətə əsaslanaraq, 7=inkişaf etmiş əsasda performans atributu] /2017-2018-ci illərdə orta göstərici. Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın B əlavəsinə baxın.
12.10 Ticarət nişanları üzrə müraciətlər/milyon nəfər.
Bir milyon əhaliyə düşən ticarət nişanlarının sayı üzrə göstərici. /2014-2016-cı illər üzrə dəyişilən ticarət nişanlarının Madrid sistemi ilə sayı hər milyon nəfərə əsasən müəyyən edilir. Müraciətin adı müraciət edən şəxsin namizədliyi ilə müəyyən edilir. Bir neçə ərizəçi olduqda, yalnız birincisi məqbul hesab edilir. Bu göstərici "ekvivalent say" konsepsiyasına əsaslanır. Yəni, ərizə bir Regional lP ofis üzvlərinin sayına görə bir neçə dəfə hesablanır. Log tranformasiyası 0-dan 100-ə qədər miqyaslı normallaşdırılmadan əvvəl dəqiqləşdirilməmiş hesaba transformasiya tətbiq olunur. Mənbə: Dünya İntellektual Mülkiyyət Təşkilatı (DİMT).