Pillə 1: İnstitutlar

Pillə 1: İnstitutlar

1.01 Mütəşəkkil cinayətkarlığın bizneslər üçün yaratdığı xərc

Sorğuda “Ölkənizdə mütəşəkkil cinayətkarlıq (mafiya yönümlü reket və şantaj) biznes xərclərinə nə dərəcədə təsir göstərir?” sualına cavab. [1= çox təsir edir, böyük xərclər yaradır; 7=  təsir etmir, heç bir xərc yaratmır] | 2017-2018 üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Əlavə məlumat üçün Əlavə B-yə baxın.

1.02 Qətl hallarının səviyyəsi

Əhalinin hər 100.000 nəfərinə düşən bilərəkdən törədilmiş qətl hadisələrinin sayı. | 2016 və ya mövcud ən son dövr üzrə göstərici.

“Bilərəkdən törədilmiş qətl” dedikdə bir şəxsin ona qarşı qəsdən ağır yaralamaq və ya öldürmək məqsədi ilə törədilmiş cinayət nəticəsində həyatını itirməsi nəzərdə tutulur. Metodologiya haqqında əlavə məlumat bu ünvandan əldə edilə bilər: https://dataunodc.un.org/crime/intentional-homicide-victims.

Mənbə: Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayət üzrə İdarəsi (UNODC).

1.03 Terror aktı hallar

Terror hadisələrinin intensivliyini və kəskinliyini ölçür. Meyar 0 (ən çox terror aktlarının olması) və 100 (heç bir terror aktının olmaması) aralığında dəyişir. | 2013-2017-ci illər üzrə çəkili say

Bu göstəricinin iki komponenti var: Son 5 ildə terrorizm səbəbindən zərərçəkənlərin (ölən və yaralananların) sayı və terror hücumlarının sayı. Hər ilə özündən sonrakının yarısı qədər çəki verilir. Hər komponent 0-100 arasında normallaşdırılır, burada “100” “heç bir zərərçəkənin olmaması” və “heç bir terror aktının olmaması” deməkdir. Sonda onların ədədi ortası tapılır.

Mənbə: Terrorizmin Tədqiqi və Ona qarşı Mübarizə üzrə Milli Konsorsum (START).

1.04 Polis orqanlarına etimad

Sorğuda “Ölkənizdə qanunların qorunmasında və sabitliyin təmin olunmasında polis xidmətinə nə dərəcədə etibar etmək olar? [1= etibar etmək olmaz; 7=tam şəkildə etibar etmək olar]sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Əlavə məlumat üçün Əlavə B-yə baxın

1.05 Sosial kapital

Leqatum Tərəqqi İndeksinin Sosial kapital pilləsinin qiyməti. İndeksin bu pilləsi ictimai birlik və əlaqələri, cəmiyyət və ailə daxili münasibətləri, siyasətdə iştirak və institutlara etibarı ölçür. Qiymət 0 (aşağı) və 100-ə (yüksək) arasında dəyişir | 2017-ci il nəşri

Bu göstərici üç sahədə milli göstəriciləri ölçür: sosial birlik və əlaqələr (körpü tipli sosial kapital), cəmiyyət və ailədaxili münasibətlər (zəncir tipli sosial kapital),  siyasətdə iştirak və institutlara inam (əlaqə tipli sosial kapital). Metodologiya haqqında əlavə məlumat bu ünvandan əldə oluna bilər: http://prosperity.com/about/methodology.

Mənbə: Leqatum İnstitutu.

1.06 Büdcə şəffaflığı

Bu indikator hökumətin büdcə və xərclərlə bağlı ictimaiyyətə nə qədər məlumat açıqladığını göstərən Açıq Büdcə Məlumatları İndeksidir. Qiymət 0 (aşağı) və 100 (yüksək) arasında dəyişir. | 2017

Bu qiymət hökumətin büdcə məlumatlarının ictimaiyyətə açıqlanmasına aid 20 əsas kriteriyanın dəyərləndirilməsi nəticəsində tapılır. Əlavə məlumat bu linkdədir: http://www.worldbank.org/publicfinance/fmis.

Mənbə: Dünya Bankı Qrupu

1.07 Məhkəmələrin müstəqilliyi

Sorğuda “Ölkənizdə məhkəmələr dövlət orqanlarının nümayəndələrinin, vətəndaşların və ya şirkətlərin təsirlərindən nə dərəcə müstəqildir? ” sualına cavab. [1= heç azad deyil; 7=tamamilə azaddır] | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Əlavə məlumat üçün Əlavə B-yə baxın.

1.08 Çətin tənzimləmələrdə qanunvericiliyin səmərəliliyi

Sorğuda “Ölkənizdə hüquqi cəhətdən özəl şirkətlərin dövlətin siyasəti və/və ya qaydalarını hüquqi müstəvidə çəkişməyə cəlb etməsi nə dərəcədə asandır?” sualına cavab [1=son dərəcə çətindir; 7=son dərəcə asandır] | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Əlavə məlumat üçün Əlavə B-yə baxın.

1.09 Mətbuat azadlığı

Jurnalistlərin fəaliyyətlərində azadlıq dərəcəsini ölçən Dünya Mətbuat Azadlığı İndeksinin göstəricisi. Göstərici 0 (yaxşı) və 100 (çox pis) arasında dəyişir. | 2018-ci il nəşri.

İndeks mətbuatın azadlığını, xəbər hazırlanması üçün tələb olunan infrastrukturun keyfiyyətini və jurnalistlərə qarşı zorakılıq həddini ölçür. O, iki mənbəyə əsaslanır: 1) jurnalistlərə və mətbuata qarşı təhqir və zorakılıq həddinə aid məlumat bazası; və 2) hər bir ölkədə plüralizm, mətbuat azadlığı, özünü-senzura, şəffaflıq və infrastruktur haqda mütəxəssis rəyi sorğusu. Əlavə məlumat bu linkdən əldə oluna bilər: https://rsf.org/en/world-press-freedom-index.

Mənbə: Sərhədsiz Müxbirlər (RSF)

1.10 Dövlət tənzimləməsi yükü

Sorğuda “Ölkənizdə inzibati tələblərə (məs: icazələr, qaydalar, hesabatlar) riayət etmək bizneslər üçün nə dərəcədə ağırdır?” sualına cavab. [1= çox ağırdır; 7= heç ağır deyil] | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Əlavə məlumat üçün Əlavə B-yə baxın.

1.11 Mübahisələrin həllində qanunvericiliyin səmərəliliyi

Sorğuda “Ölkənizdə hüquqi cəhətdən özəl şirkətlərin dövlətin siyasət və/və ya qaydalarını hüquqi müstəvidə məhkəmə çəkişməsinə cəlb etməsi nə dərəcədə asandır?” [1=son dərəcə çətindir; 7=son dərəcə asandır] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Məlumat üçün Əlavə B-yə baxın

1.12 Elektron iştirak

E-İştirak İndeksinə əsasən qiymət. Bu indeks dövlətin məlumatların vətəndaşlara çatdırılmasında elektron xidmətlərdən nə dərəcədə istifadə etməsini ölçür. Qiymət 0 və 1 (ən yaxşı) aralığında dəyişir. | 2018

E-İştirak İndeksi dövlətin məlumatların vətəndaşlara çatdırılmasında elektron xidmətlərdən nə dərəcədə istifadə etməsini (“e-informasiya paylaşımı), maraqlı tərəflərlə diskussiyanı (“e-məsləhətləşmə”) və qərar qəbul etmə prosesinə cəlb olunmanı (“e-qərar vermə”) dəyərləndirir. Metodologiya haqqında əlavə məlumat bu linkdədir: https://publicadministration.un.org.

Mənbə: Birləşmiş Millətlər Təşkilatı, İqtisadi və Sosial Məsələlər Departamenti (UNDESA)

1.13 Hökumətin gələcək orientasiyası

Aşağıdakı 4 suala Rəhbərlərlə Rəy Sorğusunda verilmiş cavabların ortası: 1) “Ölkənizdə hüquqi qanunvericilik texnoloji dəyişikliklərə (məs, e-ticarət, paylaşım iqtisadiyyatı, fintex və s.) adaptasiya olmaqda  nə dərəcədə sürətlidir?” [ 1=sürətli deyil; 7= çox sürətlidir]; 2) “Ölkənizdə hökumət sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün sabit siyasət mühitini nə dərəcədə təmin edir?”; 3) Ölkənizdə hökumət dəyişikliklərə nə dərəcədə açıqdır (məsələn, texnoloji dəyişikliklər sosial və demoqrafik tendensiyalar, təhlükəsizlik və iqtisadi problemlər)” və 4) “Ölkənizdə hökumət nə dərəcədə uzun müddətli vizyona sahibdir?” Son üç sual üçün cavab 1 (ən az) və 7 (ən çox) aralığında dəyişir. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Məlumat üçün Əlavə B-yə baxın

1.14 Korrupsiya halları

Korrupsiyanın Qavranılma İndeksinə görə qiymət. Bu indeks dövlət sektorunda korrupsiyanın qavranılmasını ölçür. Bu mürəkkəb göstəricidir və qiymət 0 (çox) və 100 (korrupsiyadan azad) aralığında dəyişir. | 2016

İndeks bizneslə əlaqəli şəxslərin və ölkənin ekspertlərinin dövlət sektorunda olan korrupsiyanın həddi haqda görüşlərini bildirən bir neçə müxtəlif mənbədən olan məlumatları ümumiləşdirir. Əlavə məlumat bu linkdədir: http://transparency.org/cpi.

Mənbə: Transparency International

1.15 Mülkiyyət hüquqları

Sorğuda “Ölkənizdə maliyyə aktivləri də daxil olmaqla mülkiyyət hüquqlarının qorunması nə dərəcədə güclüdür?” [1=çox zəif; 7= çox güclü] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Məlumat üçün Əlavə B-yə baxın

1.16 Əqli mülkiyyətin qorunması

Sorğuda “Ölkənizdə əqli mülkiyyətin qorunması nə dərəcədə güclüdür?” [1=çox zəif; 7=çox güclü] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Məlumat üçün Əlavə B-yə baxın

1.17 Torpaq administrasiyasının keyfiyyəti

Torpaq administrasiyasının keyfiyyəti indeksinə görə qiymət. Bu indeks infrastrukturun etibarlılığını, məlumatların şəffaflığını, coğrafi əhatə dairəsini, torpaq mübahisələrinin həllini və mülkiyyət hüquqlarının əlçatanlığının nə dərəcədə bərabər olmasını ölçür. Qiymət 0 və 30 (ən yaxşı) aralığında dəyişir. | 2017

Metodologiya haqqında əlavə məlumat bu linkdədir: http://www.doingbusiness.org/Methodology.

Mənbə: Dünya Bankı Qrupu

1.18 Audit və hesabatlılıq standartlarının gücü

Sorğuda “Ölkənizdə maliyyə auditi və hesabatlarının standartları nə dərəcədə təsirlidir?” [1=çox zəif; 7=çox təsirli] sualına cavab.| 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Məlumat üçün Əlavə B-yə baxın

1.19 Maraqlar münaqişəsinin tənzimlənməsi

Maraqlar münaqişəsinin tənzimlənməsi indeksi üzrə göstərici. Bu indeks direktorların şirkətin aktivlərini şəxsi maraqları üçün istifadə etməyindən səhmdarların nə dərəcədə qorunduğunu ölçür. Qiymət 0 və 10 (ən yaxşı) aralığında dəyişir. | 2017

İndeks maraqlar münaqişəsini tənzimləyən qaydaları üç istiqamətdə qiymətləndirir: 1) əlaqəli tərəflər arasında əməliyyatlarda şəffaflıq; 2) səhmdarların direktorları sui-istifadə hallarında məhkəməyə verə bilmək gücü; 3) səhmdarların məhkəmə prosesində sübutları əldə edə bilməsi və xərclərin bölüşdürülməsinə nail olmaları. Metodologiya haqqında əlavə məlumat bu linkdədir: http://www.doingbusiness.org/Methodology.

Mənbə Dünya Bankı Qrupu

1.20 Səhmdar idarəetməsi

Səhmdar  idarəetməsi indeksi üzrə göstərici. Bu indeks səhmdarların korporativ idarəetmədə hüquqlarını ölçür. Qiymət 0 və 10 (ən yaxşı) aralığında dəyişir. | 2017

İndeks yaxşı idarəetmənin üç istiqamətini qiymətləndirir: 1) Mühüm korporativ qərarların verilməsində səhmdarların hüquqları və rolu; 2) səhmdarları İdarə Heyətinin həddindən artıq nəzarətindən və məhdudiyyətlərindən qoruyan sistem; 3) mülkiyyət payları, kompensasiyalar, audit və maliyyə məsələlərində korporativ şəffaflıq. Metodologiya haqqında əlavə məlumat bu linkdədir: http://www.doingbusiness.org/Methodology.

Mənbə Dünya Bankı Qrupu