Partnyor şəxslər və təşkilatlar

Qlobal Rəqabətlilik Hesabatı:  Partnyor şəxslər və təşkilatlar

 

Dünya İqtisad Forumunun Azərbaycanda yerli partnyoru Azərbaycan Marketinq Cəmiyyətidir. Cəmiyyət, Dünya İqtisadi Forumu tərəfindən müəyyən edilmiş metodologiya əsasında, ölkədə Rəhbərlərlə Rəy Sorğusunu həyata keçirir.

Cəmiyyət 2000-ci ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycanda marketinq elminin yayılması, ümumi anlayışlarının, metodlarının və marketinqlə bağlı dünya təcrübəsinin təbliğ edilməsidir.

Cəmiyyət bir çox beynəlxalq və hökumət orqanları, yerli QHT, və şirkətlərlə müştərək şəkildə layihələr və tədqiqatlar həyata keçirmişdir, sosial sahibkarlıqla, o cümlədən marketinq tədqiqatları, investisiya layihələri və biznes planların hazırlanması ilə məşğul olaraq bir çox müəssisələrin biznes tərəfdaşıdır.

Cəmiyyətin Rəhbərlərlə Rəy Sorğusunun həyata keçirilməsinə məsul əməkdaşları:

  • Fuad Aliyev, Məsləhətçi
  • Ashraf Hajiyev, Koordinator