Pillə 9: Maliyyə sistemi
Bu pillə maliyyə sisteminin dərinliyi, kredit, səhm, istraz, sığorta və digər maliyyə alətlərinin əlçatanlığı, maliyyə sistemində izafi risklərin və opportunist davranışların azaldılması məsələlərini əhatə edir.
İnkişaf etmiş maliyyə sistemi məsuldarlığı inkişafını 3 istiqamətdə təşviq edir: i) yığımları məsuldar inversiyalara yönəldir, ii) kapitalın mümkün yüksək gəlirli investisiya layihələrinə istiqamətləndirilməsini təmin edir (borcalanların monitorinqi, məlumat assimetriyasını azaldılması vasitəsilə), ii) səmərəli ödəniş sistemini təmin edir. Bununla yanaşı, investisiya və məsuldarlıq üzərində uzunmüddətli neqativl təsir yaradan maliyyə böhranlarının qarşısının alınması üçün maliyyə institutlarının tənzimlənməsi zəruridir.
9.01. Özəl sektora daxili kredit qoyuluşlarının ÜDM-də payı
Özəl sektoru təmin edən maliyyə resurslarının ümumi dəyəri (ÜDM-də faizlə dəyəri)/ 2014-2016 dəyişən ortalama
Bu göstərici kreditlərin cəmi, qeyri-səhm qiymətli kağızların satın alınması, ticari kreditlər və maliyyə qurumlarının geri ödəmə şərtilə firma və ev təsərrüfatlarına verdiyi digər debitor borcları kimi hesablanır.
Mənbə: Dünya Bankı qrupu
9.02. KOS-ların maliyyələşdirilməsi
Ölkənizdə kiçik və orta ölçülü müəssisələr (KOM) maliyyə sektoru vasitəsilə öz biznes fəaliyyətləri üçün lazım olan maliyyəyə hansı ölçüdə sahib ola bilirlər? [1 = heç də; 7 = böyük ölçüdə] | 2017- 2018 ortalama və ya mövcud ən son dövr
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın Əlavə B hissəsinə baxın.
9.03. Vençur kapitalının əlçatanlığı
Anket sorğusuna cavab: "Ölkənizdə innovativ və həmçinin riskli layihələri olan start-up sahibkarları üçün maliyyələşməni təmin edəcək sərmayeçi tapmaq nə qədər asandır?" [1 = olduqca çətin; 7 = çox asandır] | 2017-2018 orta ağırlıqlı və ya mövcud ən son dövr
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın Əlavə B hissəsinə baxın.
9.04. Bazar kapitallaşmasının ÜDM-də payı
Siyahiya alınan bütün yerli şirkətlərin ümumi dəyəri (ÜDM-də faizlə dəyəri)/ 2014-2016 dəyişən ortalama
Birjada listinqdə olan bütün yerli şirkətlərin səhm qiymətlərini öz mövcud səhmlərinin sayına vurmaqla hesablanır. İnvestisiya fondları, vahid vəqflər və şirkətlər (hansı ki, yeganə biznes məqsədləri listinqdə olan digər şirkətlərin səhmlərini əldə saxlamaqdır) buraya daxil edilmir. Məlumatlar il sonu dəyərləridir.
Mənbə: Dünya Birjaları Federasiyası.
9.05. Sığorta haqlarının ÜDM-də payı
Həyat və qeyri-həyat sığortası haqlarının həcmi (ÜDM-də faizlə dəyəri)/ 2013-2015 dəyişən ortalama
Həyat və qeyri-həyat sığortası ödənişlərinin həcmləri cəmini ÜDM-ə bölməklə hesablanır. Ödənişin həcmi sığorta şirkətinin əvvəlki təqvim ili ərzində qazandığı (mülk/ölüm halı) və ya aldığı (həyat/sağlamlıq durumu) bilavasitə ödənişlərdir.
Mənbə: Dünya Bankı Qrupu.
9.06. Bankların sağlamlığı
Anket sorğusuna cavab: "Ölkənizdə bankların sağlamlığını necə qiymətləndirirsiniz?" [1 = olduqca aşağı, bankların kapitallaşma ehtiyacı var; 7 = olduqca yüksək] 2017-2018 ortalama və ya mövcud ən son dövr.
Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərlə Rəy Sorğusu. Daha ətraflı məlumat üçün bu hesabatın Əlavə B hissəsinə baxın.
9.07. Kredit portfelində qeyri-işlək kreditlərin payı
Ölkədəki bankların qeyri-işlək kreditlərin məbləğinin onları cəmi kredit portfeli məbləğinə bölünməsi. | 2016
Qeyri-işlək kreditlərə faiz və əsas məbləğ üzrə ödənişlərin 90 gün və ya daha uzun müddətə gecikən kreditlər aiddir. Qeyri-işlək kredit təkcə bu kredit üzrə gecikdirilmiş ödəniş məbləğini deyil cəmi kredit məbləğini ifadə edir.
Mənbə: Beynəlxalq Valyuta Fondu (BVF).
9.08. Kredit fərqi
Kreditin ÜDM-ə nisbəti və bu əmsalın uzunmüddətli tendensiya arasındakı fərqi ölçür. | 2016
Ən sonuncu "Özəl sektora daxili kredit (ÜDM-də faizlə dəyəri)" və onun tendensiyası arasındakı fərqi hesablayır. Beynəlxalq Hesablaşmalar Bankından gələn metodologiyadan sonra, tendensiya qiyməti Hodrick-Prescott filtrinin "Özəl sektora daxili kredit (ÜDM-də faizlə dəyəri)" indikatorunun 15 illik müddətinə tətbiq edilməsi ilə hesablanır. Metodologiya haqqında daha ətraflı məlumatı https://www.bis.org/publ/qtrpdf/r_qt1403g.htm ünvanından əldə edə bilərsiniz.
Mənbə: Dünya İqtisadi Forumu; Dünya Bankı qrupunun məlumatlarına əsaslanan hesablamalar.
9.09. Bankların kapital adekvatlığı əmsalı
Bankların kapital adekvatlığ əmsalı. | 2013-2015 dəyişən ortalama
Bu göstərici bankların kapital adekvatlığını ölçür. Bu, bankların tənzimləyici kapitalının (səhmdar kapitalının, açıqlanmış və açıqlanmamış ehtiyatlar, yenidən qiymətləndirmə ehtiyatları, ümumi ehtiyatlar və digər alətlər) onların risk-dərəcəsi üzrə ölçülmüş aktivlərinə nisbətini ifadə edir.
Mənbə: Dünya Bankı Qrupu.