Aparılan islahatlar

Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2017-ci il tarixli 2947 nömrəli Sərəncamında nəzərdə tutulan tədbirlər üzrə 2017-ci ildə həyata keçirilən işlər

                                       (İqtisadi Azadlıq İndeksi üzrə)                   

7.2.1.1 Avropa Yeni Kompüterləşmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsu ilə diplomatik kanallar vasitəsilə yuxarıda qeyd olunan konvensiyaların idarəetmə orqanı olan Avropa İttifaqı – Avropa Azad Ticarət Asossiasiyası Birgə Komitəsinin sədrinə müvafiq müraciət ünvanlanmış və 2017-ci ilin 5 dekabr tarixində Norveçin Oslo şəhərində Birgə Komitənin keçirilmiş iclasında  Azərbaycana qeyri-formal müşahidəçi statusunun verilməsi barədə qərar qəbul olunmuşdur. Bununla əlaqədar, Azərbaycanın NCTS-yə qoşulması ilə bağlı SGS şirkəti İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Sözügedən şirkətlə görüşün keçirilməsi məsələsinə baxılması üçün İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci il 22 dekabr tarixli İN-X/O-16399/2017 nömrəli məktubla Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanmışdır.

 

2.2.1.1 Dövlətin xərcləri indeksi üzrə:

1. Fiskal konsolidasiya prosesinin davam etdirilməsi

2. Ortamüddətli xərc çərçivəsinin yaradılması                

3. Neft gəlirlərindən istifadəni tənzimləyəcək fiskal qaydaların qəbulu

 

  • “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və həmin qaydanın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihələri Maliyyə Nazirliyi tərəfindən hazırlanmış və müvafiq qaydada Nazirlər Kabinetinə təqdim olunmuşdur.
  • Maliyyə Nazirliyinin 2017-ci il 25 oktyabr tarixli  məktubu ilə  büdcə sistemi haqqında  “Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu və həmin Qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihələri, “Büdcə qaydalarına uyğun icmal büdcənin xərclərinin yuxarı həddinin hesablanması üzrə Təlimatı” və bu təlimatın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihələri Nazirlər Kabinetinə təqdim edilmişdir.
  • “Orta müddətli makro-fiskal çərçivənin hazırlanması Qaydası”nın  layihəsi hazırlanaraq İqtisadiyyat Nazirliyinin 5 iyun 2017-ci il tarixli məktubu ilə Nazirlər Kabinetinə təqdim olunmuşdur.
  • “Tənzimlənən qiymətlər  haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi, habelə həmin Qanunun tətbiqini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin  Fərman layihəsi  İqtisadiyyat Nazirliyinin 2017-ci il 1 dekabr tarixli İN-X/O-15055/2017 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.

2.2.2.1 Monetar azadlıq indeksi üzrə:

 1. İnflyasiyanın azaldılması istiqamətində, o cümlədən pul bazasının məhdudlaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi

2. Qiymətlərin daha da liberallaşdırılması (hazırda Azərbaycanda 39 adda müxtəlif məhsul üzrə qiymətləri Tarif (qiymət) Şurası tənzimləyir)

 

  • “Tənzimlənən qiymətlər  haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi, habelə həmin Qanunun tətbiqini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin  Fərman layihəsi   2017-ci il 1 dekabr tarixli İN-X/O-15055/2017 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
  • Malların müvəqqəti saxlanc və gömrük anbarlarında  saxlancı üzrə qanunvericiliyə dəyişiklik  edilməklə Azərbaycan Respublikasının Gömrük ərazisinə  gətirilən və bu ərazidən aparılan malların  saxlancına görə sərbəst tariflərin müəyyən edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Prezidentinin Adminstrasiyasına 2017-ci il 14 iyul tarixli İN-X/O-8943/2017 nömrəli məktub göndərilmiş və məsələyə baxılması xahiş olunmuşdur.