2. İnsan kapitalı və tədqiqatlar

2. İnsan kapitalı və tədqiqatlar

 2.1 Təhsil

    2.1.1 Təhsilə xərclər

     Dövlətin (yerli, regional və mərkəzi) təhsilə ümumi xərcləri (cari, kapital və transfertlər), ÜDM-də faizlə ifadə edilir. Buraya beynəlxalq mənbələrdən   hökumətə transferlər hesabına maliyyələşdirilən xərclər də daxildir.

Mənbə:  Source: UNESCO Institute for Statistics (UIS) online database and Eurostat (2010–19).

     2.1.2 Orta təhsildə şagird başına görə dövlət xərcləri

      Orta təhsil səviyyəsində bir şagirdə düşən orta ümumi (cari, kapital və transfertlər) dövlət xərcləri, adambaşına düşən ÜDM-də faizlə ifadə edilir.

 Mənbə:  UNESCO Institute for Statistics (UIS) online database (2010–19).

     2.1.3 Təhsilin davametmə müddəti 

     Məktəbə qəbul yaşında olan bir insanın ibtidai və ali təhsil səviyyələrində keçirə biləcəyi illərin ümumi sayı. Müəyyən bir yaşda olan uşaq üçün məktəbdə gözlənilən ömürün uzunluğu ibtidai və ali təhsil səviyyələri üçün yaşa görə xüsusi qəbul nisbətlərinin cəmi kimi hesablanır.

Mənbə:  UNESCO Institute for Statistics (UIS) online database (2010–20).

    2.1.4 Oxu, riyaziyyat və elm üzrə qiymətləndirmə (PISA şkalası)    

     PISA 15 yaşlıların oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik bacarıqlarından istifadə etmək bacarığını ölçür. PISA-nın nəticələri bütün dünyada əldə edilən təlim nəticələrinin keyfiyyətini və bərabərliyini göstərir. Göstərici hər bir ölkə üçün oxu, riyaziyyat və təbiət fənləri üzrə orta baldan istifadə etməklə qurulur. PISA balları ölkədəki bütün test iştirakçıları arasında müşahidə edilən nəticələrdəki dəyişikliyə görə müəyyən edilir. Qiymətləndirmə hər 3 ildən bir aparılır, ən son qiymətləndirmə 2018-də keçirilmişdir. 2018 buraxılışında Azərbaycan üzrə sadəcə Bakı şəhəri qiymətləndirilmişdir.

Mənbə:  OECD Programme for International Student Assessment (PISA) (2015–18).

    2.1.5 Şagird-müəllim nisbəti, orta təhsil

    Orta məktəbdə oxuyan şagirdlərin sayının orta məktəb müəllimlərinin sayına nisbəti (tədris tapşırığından asılı olmayaraq). Şagird-müəllim nisbətinin yüksək olması onu göstərir ki, hər bir müəllim çoxlu sayda şagirdə cavabdeh olmalıdır. Başqa sözlə, şagird-müəllim nisbəti nə qədər yüksəkdirsə, şagirdlərin müəllimlərə nisbi çıxışı bir o qədər aşağı olur.

Mənbə:  UNESCO Institute for Statistics (UIS) online database (2010–20).

2.2 Ali təhsil

     2.2.1 Ali məktəblərdə təhsil alanlar

    Yaşından asılı olmayaraq ümumi ali təhsilə qəbulun ali təhsil səviyyəsinə rəsmi uyğun gələn yaş qrupunun əhalisinə nisbəti. Ali təhsil, qabaqcıl tədqiqat ixtisasına malik olub-olmamasından asılı olmayaraq, bir qayda olaraq, qəbulun minimum şərti kimi, orta təhsil pilləsində təhsili uğurla başa vurmağı tələb edir.

Mənbə:  UNESCO Institute for Statistics (UIS) online database (2010–20).

   2.2.2 Təbiət və texniki elmlər (mühəndislik) məzunları

      Təbiət elmləri, riyaziyyat, statistika, informasiya və texnologiya, istehsalat, mühəndislik və tikinti sahəsində ali təhsil pilləsinin bütün məzunlarının bütün ali təhsil məzunlarının faizi kimi payı.

Mənbə UNESCO Institute for Statistics (UIS) online database; Eurostat database; və OECD, Main Science and Technology Indicators (MSTI) database, March 2021 (2010–20).

   2.2.3 Xaricdən gələn tələbə sayı

      Müəyyən bir ölkədə təhsil alan xaricdən gələn tələbələrin sayı, həmin ölkədə ali təhsil səviyyəsinə daxil olanların ümumi faizi kimi.

Mənbə: UNESCO Institute for Statistics (UIS) online database (2010–19).

2.3 Tədqiqat və işləmələr

   2.3.1 Tədqiqatçılar

     R&D tədqiqatçıları yeni biliklərin konsepsiyası və ya yaradılması ilə məşğul olan peşəkarlardır. Onlar tədqiqat aparır və konsepsiyaları, nəzəriyyələri, modelləri, texnikaları, cihazları, proqram təminatı və ya əməliyyat metodlarını təkmilləşdirir və ya inkişaf etdirirlər.

Mənbə: UNESCO Institute for Statistics (UIS) online database; və Eurostat; və  OECD, Main Science and Technology Indicators (MSTI) database, March 2021 (2010–19).

   2.3.2 Tədqiqat və işləmələrə çəkilən xərclər (GERD)

       Müəyyən bir dövr ərzində ÜDM-ə nisbətdə Tədqiqat və işləmələrə çəkilən xərclər. “Daxili R&D məsrəfləri” maliyyə mənbəyindən asılı olmayaraq, müəyyən dövr ərzində iqtisadiyyatın statistik vahidi və ya sektorunda həyata keçirilən elmi-tədqiqat və inkişaf üçün bütün xərclərdir.

Mənbə: UNESCO Institute for Statistics (UIS) online database; Eurostat, Eurostat database; OECD, Main Science and Technology Indicators (MSTI) database, 2021 (2010–19).

   2.3.3 Tədqiqat və işləmələrlə investisiya yatıran top 3-də olan qlobal şirkətlər.

      Qlobal səviyyədə olan ilk üç şirkətin R&D-yə orta xərcləri. Əgər ölkədə üçdən az qlobal şirkət siyahıya alınmışdırsa, bu rəqəm siyahıya alınmış iki şirkətin cəminin ortasıdır və ya sadəcə bir siyahıya alınmış şirkət varsa həmin şirkətin cəmidir.

Mənbə: The 2020 EU Industrial R&D Investment Scoreboard.

   2.3.4 Universitetlərin reytinqi, ilk 3-də olan universitetlərin orta göstəricisi

       Ölkə üzrə ilk üçdə olan universitetlərin orta balı. QS reytinqində dünyanın ən yaxşı 1000 universitetinin siyahısında üçdən az universitet varsa, sadalanan universitetlərin ballarının cəmi üçə bölünür və beləliklə, siyahıda olmayan universitetlər üçün sıfır balı nəzərdə tutulur.

Mənbə: QS Quacquarelli Symonds Ltd, QS World University Ranking, Top Universities