Pillə 11: Biznesin dinamikliyi

Pillə 11: Biznesin dinamikliyi

11.01 Biznesə başlama xərci

Xərclərin iqtisadiyyatda adambaşına düşən gəlirlərdə faizlə payı kimi ifadə edilmişdir. | 2017-ci il             

Xərclər, qanunla tələb olunan və ya praktikada tez-tez istifadə edilən xidmətlərə görə ödənilən bütün rəsmi ödənişləri və hüquqi və ya peşəkar xidmət haqqlarını əhatə edir. Əgər qanunla tələb olunursa, şirkət hesablarının satın alınması və leqallaşdırılması haqqı da buraya daxil edilir. Əlavə dəyər vergisi qeydiyyatı ayrıca bir prosedur hesab edilsə də, əlavə dəyər vergisi şirkət yaradılması xərcinin bir hissəsi deyil. Metodologiya haqqında daha ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz.

http://www.doingbusiness.org/Methodology/Starting-a-Business.

Mənbə: Dünya Bankı Qrupu.  

11.02 Bisnesə başlama üçün tələb olunan günlərin sayı

Biznesin qanuni fəaliyyətə başlaması üçün prosedurları tamamlamağa lazım olan təqvim günlərinin sayı. | 2017

İndikator şirkət yaradılması sahəsində fəaliyyət göstərən hüquqşünasların və ya notariusların qeyd etdiklərinə əsasən praktikada minimal dövlət orqanları müdaxiləsi və heç bir qeyri-rəsmi ödəniş olmadan proseduru başa çatdırmaq üçün tələb olunan müddətlərin median göstəricisini əks etdirir. Əgər prosedur əlavə xərc çəkməklə sürətləndirilə bilərsə, xərcdən asılı olmayaraq ən sürətli prosedur götürülür. Metodologiya haqqında daha ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz. http://www.doingbusiness.org/Methodology/Starting-a-Business.

Mənbə: Dünya Bankı Qrupu.  

11.03 Muflisləşmənin bərpa olunma səviyyəsi

Məhkəmə yolu ilə yenidən təşkil etmə, ləğvetmə və ya borc icraatı (girov və ya restitusiya) prosedurları vasitəsilə təminatlı səhmdarların kompensasiya olunma səviyyəsi, 1 dollara düşən sent kimi hesablanır. | 2017-ci il.

Hesablama, biznesin icraatdan davam edən fəaliyyət kimi yaranması yaxud aktivlərin hissə-hissə satılmasından asılı olmayaraq, nəticəni nəzərə alır. Daha sonra icraat xərcləri çıxılır (borclunun əmlakının dəyərinin hər bir faiz bəndi üçün 1%). Nəhayət, vəsaitin müflisləşmə icraatı səbəbindən saxlanıldığı müddət ərzində itirdiy dəyər nəzərə alınır, buraya otel mebellərinin köhnəlməsindən qaynaqlanan dəyər itkiləri də daxil edilir. Metodologiya haqqında daha ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə edə bilərsiniz.

http://www.doingbusiness.org/Methodology/ResolvingInsolvency.

Mənbə: Dünya Bankı Qrupu.

11.04 Muflisləşmə üzrə normativ hüquqi baza

Ləğvetmə və yenidən təşkil prosesində tətbiq olunan hüquqi çərçivənin adekvatlığı və bütövlüyünü ölçən indeks göstəricisi. İndeks 0 və 16 aralığında dəyişir, indeksin yüksək qiymətləri həyat qabiliyyəti olan firmaların bərpası, həyat qabiliyyəti olmayanların isə ləğvi üçün daha yaxşı dizayn olunmuş müflisləşmə qanunvericiliyini göstərir. | 2017-ci il.

İndeks icraata başlama indeksi, borclunun aktivlərinin idarə olunması indeksi, yenidən təşkilin icraatı indeksi və kreditor iştirakı indeksləri üzrə göstəricilərin cəmi kimi hesablanır.

Mənbə: Dünya Bankı Qrupu.

11.05 Sahibkarlıq riski.

Sorğuda "Sizin ölkənizdə insanlar sahibkarlıq riskinə nə dərəcədə meyillidir?" [1 = heç meyilli deyillər; 7 = çox meyillidirlər] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Daha ətraflı məlumat üçün Əlavə B-yə baxın.

11.06 İdarəetmənin ötürülməsi istəyi

Sorğuda "Sizin ölkənizdə yüksək vəzifəli idarəedicilər səlahiyyəti öz tabeliklərində olan şəxslərə nə dərəcədə ötürürlər?" [1 = heç ötürmürlər; 7 = böyük ölçüdə ötürürlər] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Daha ətraflı məlumat üçün Əlavə B-yə baxın.

11.07 İnnovativ şirkətlərin inkişafı.

Sorğuda "Sizin ölkənizdə, innovativ fikirləri olan yeni şirkətlər sürətlə inkişaf edirlərmi?" [1 = heç inkişaf etmirlər; 7 = çox sürətlə inkişaf edirlər] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Daha ətraflı məlumat üçün Əlavə B-ə baxın.

 

11.08 Şirkətlərin riskli ideyalara meyilliliyi

Sorğuda “Sizin ölkənizdə şirkətləri riskli və ya radikal biznes ideyalarına nə dərəcədə meyillidirlər?" [1 = heç meyilli deyillər; 7 = çox meyillidirlər] sualına cavab. | 2017-2018-ci illər üzrə çəkili orta və ya mövcud ən son dövr üzrə göstərici.

Mənbə: Dünya İqtisadi Forumu, Rəhbərlərin Rəyi Sorğusu. Daha ətraflı məlumat üçün Əlavə B-ə baxın.