4. Kreditlər, bazar inkişafı

4. Kreditlər, bazar inkişafı

   4.1 Kreditlər

4.1.1 Startuplar və böyüyən şirkətlər üçün maliyyə əlçatanlığı

 Startuplar və böyüyən şirkətlər üçün maliyyə üzrə ekspertlərin orta qavrayış xalları (beş illik orta) (GEM Milli Ekspert Sorğusunun A bəndi). Müxtəlif sahələr üzrə ekspertlər (məqsədli seçmə, ildə minimum 36 ekspert) öz ölkələrində sahibkarlıq mühitini bəyanatlar vasitəsilə qiymətləndirirlər (1=tamamilə yanlış; 10=tamamilə doğru). 

“GEM sorğusunda ölkələrin iştirak səviyyəsi fərqlidir və bu səbəbdən ekspertlərin sayı və bu indikatora münasibətdə əsas götürülən illər ölkədən asılı olaraq dəyişir.

Mənbə: World Bank, Doing Business 2020, Comparing Business Regulation in 190 Economies.

4.1.2 Özəl sektora daxili kreditlər (ÜDM-də payı)

 Özəl sektora daxili kreditlər dedikdə, borclar, qeyri-səhm qiymətli kağızların alınması, ticarət kreditləri və digər debitor borcları kimi maliyyə korporasiyaları tərəfindən özəl sektora təqdim edilən və geri qaytarılma tələbi yaradan maliyyə resursları nəzərdə tutulur.

Maliyyə korporasiyalarına pul-kredit siyasətini tənzimləyən qurumlar və depozit pul bankları, habelə məlumatların mövcud olduğu digər maliyyə korporasiyaları (o cümlədən, köçürülə bilən depozitlərə icazə verməyən, lakin müddətli və əmanət depozitləri kimi öhdəlikləri qəbul edən korporasiyalar) daxildir. Digər maliyyə korporasiyalarına nümunə olaraq maliyyə və lizinq şirkətlərini, kreditorları, sığorta korporasiyalarını, pensiya fondlarını və valyuta şirkətlərini göstərmək olar.

Mənbə: International Monetary Fund, International Financial Statistics and data files; və World Bank; və OECD GDP estimates; extracted from the World Bank’s World Development Indicators database (2010–19).

4.1.3 Mikromaliyyə təşkilatları tərəfindən verilən kreditlər

Ölkədəki bütün mikromaliyyə təşkilatlarının ödənilməmiş kreditlərinin ÜDM-də xüsusi çəkisi.

Mənbə: Source: Microfinance Information Exchange, MIX Market database; International Monetary Fund, World Economic Outlook Database, October 2020 (2011–19)

4.2 İnvestisiyala

  4.2.1 Bazarın kapitallaşması

  Bazar kapitallaşması (həmçinin “bazar dəyəri” də adlanır) listinqdə olan yerli şirkətlər üçün səhmlərin qiyməti ilə  dövriyyədə olan səhmlərin sayının hasilidir. İnvestisiya fondları, trast fondlar və tək biznes məqsədi digər listinqdə olan şirkətlərin səhmlərini saxlamaq olan şirkətlər istisna olunur.Məlumatlar son üç ildə il sonu dəyərlərinin orta göstəricisidir.

Mənbə: World Bank, Doing Business 2020, Comparing Business Regulation in 190 Economies.

4.2.2 Vençur kapitalı üzrə sövdələşmələr – investorlar

Refinitiv data platformasının özəl vençur sövdələşmələri barədə, hər bir sövdələşmə üzrə vençur kapitalı (VK) sövdələşməsinə sərmayə qoyan firmanın yerləşdiyi yer üzrə məlumat və digər təfərrüatlar daxil olmaqla, məlumatları.

Məlumatlardan çıxarış 1 yanvar 2019-cu il və 31 dekabr 2021-ci il tarixləri arasında vençur kapitalı əqdləri üzrə sorğuya əsaslanır. Bu göstərici ölkədə son üç ilin ortalaması olaraq vençur kapitalı əqdlərin alıcılıq qabiliyyəti üzrə ÜDM-ə nisbətini əks etdirir

Mənbə: World Federation of Exchanges database; extracted from the World Bank’s World Development Indicators database (2011–19).

4.2.3 Vençur kapitalı üzrə sövdələşmələr – alıcılar

 Refinitiv data platformasının özəl vençur sövdələşmələri barədə, hər bir sövdələşmə üzrə vençur kapitalı (VK) investisiyasını qəbul edən firmanın yerləşdiyi yer üzrə məlumat və digər təfərrüatlar daxil olmaqla, məlumatları. Məlumatlardan çıxarış 1 yanvar 2019-cu il və 31 dekabr 2021-ci il tarixləri arasında vençur kapitalı əqdləri üzrə sorğuya əsaslanır və məlumatlar investisiya qoyulmuş yer üzrə toplanır. Bu göstərici ölkədə son üç ilin ortalaması olaraq vençur kapitalı əqdlərin alıcılıq qabiliyyəti üzrə ÜDM nisbətini əks etdirir.

Mənbə: Refinitiv (a London Stock Exchange Group (LSEG) business) Eikon (private equity screener) accessed April 23, 2021; International Monetary Fund, World Economic Outlook Database, October 2020 (2018–20).

4.2.4 Alınan vençur kapitalı

    Refinitiv data platformasının özəl vençur sövdələşmələrinin pul dəyəri barədə, hər bir sövdələşmə üzrə vençur kapitalı (VK) investisiyasını qəbul edən firmanın yerləşdiyi yer üzrə məlumat və digər təfərrüatlar daxil olmaqla, məlumatları. Məlumatlardan çıxarış 1 yanvar 2019-cu il və 31 dekabr 2021-ci il tarixləri arasında vençur kapitalı əqdləri üzrə sorğuya əsaslanır və məlumatlar investisiya qoyulmuş yer üzrə toplanır. Bu göstərici ölkədə son üç ilin ortalaması olaraq vençur kapitalı əqdlərin cari ABŞ dolları (milyardlarla) ilə bildirilmiş dəyərinin alıcılıq qabiliyyəti üzrə ÜDM-ə nisbətini əks etdirir.

Mənbə: Refinitiv (an LSEG business) Eikon (private equity screener) accessed April 23, 2021; International Monetary Fund, World Economic Outlook Database October 2020 (2018–20).

4.3 Bazarın miqyası və diversifikasiya

4.3.1 Orta çəkili tarif dərəcəsi   

            Orta çəkili tarif dərəcəsi, hər tərəfdaş ölkədən idxal olunan məhsulun xüsusi çəkisi üzrə tətbiq olunan effektiv tarifdir. Məlumatlar altı–səkkiz rəqəmli səviyyədə Harmonik Ticarət Sistemindən istifadə etməklə təsnif edilir. Tarif xəttinin məlumatları əmtəə qruplarını və idxal çəkilərini müəyyən etmək üçün Standart Beynəlxalq Ticarət Təsnifatının (SITC) 3-cü redaksiya kodlarına uyğunlaşdırılmışdır.

           Bütün mümkün hallarda xüsusi tarif dərəcələri ekvivalent advalor dərəcələrinə çevrilmiş və orta çəkili tarif dərəcələrinin hesablanmasına daxil edilmişdir. Altı və səkkiz rəqəmli səviyyədə faktiki tətbiq edilmiş tarif dərəcələrinə münasibətdə hər bir əmtəə qrupunda olan məhsullar üzrə orta göstərici hesablanmışdır. Faktiki dərəcə barədə məlumat olmadıqda, ölkədə ən çox istifadə edilən tarif dərəcəsi istifadə edilmişdir. Məlumatlar Dünya Bankının Dünya İnkişaf Göstəriciləri məlumat bazasından götürülmüşdür.

Mənbə: World Bank, based on data from United Nations Conference on Trade and Development’s (UNCTAD) Trade Analysis Information System (TRAINS) database and the World Trade Organization’s (WTO) Integrated Database (IDB) and Consolidated Tariff Schedules (CTS) Database; extracted from World Bank’s World Development Indicators database (2013–19).

4.3.2 Yerli sənayenin diversifikasiyası

  Ölkənin yerli sənayesi üzrə Herfindahl-Hirschman İndeksi (HHİ) ümumi istehsal məhsulunda alt sektorların kvadratik paylarının cəmi kimi müəyyən edilir.

Herfindahl-Hirschman İndeksi (HHI) konsentrasiya ölçüsüdür və ölkənin sənaye sisteminin müxtəlif sənaye alt sektorları üzrə şaxələndirilmə (və ya əksinə, bir neçə sənaye alt sektorunda  təmərküzləşmə) dərəcəsini müəyyən etməyə kömək edir.

Mükəmməl səviyyədə diversifikasiya olunmuş sənaye sistemi olan ölkənin indeksi sıfıra yaxın olduğu halda, yalnız bir sənaye alt sektorunda fəal olan ölkənin indeksi birə bərabər olacaq (ən az şaxələndirilmiş).

Mənbə: United Nations Industrial Development Organization (UNIDO), Industrial Statistics Database, two-digit level of International Standard Industrial Classification (ISIC) Revision 3 (INDSTAT 2 2021); EQUIP (Enhancing the Quality of Industrial Policies) Tool 4: Diversification – Domestic and Export Dimensions, 2015 (2011–19).

4.3.3 Daxili bazarın həcmi

Daxili bazarın ölçüsü ölkə ÜDM-nin PPP qiymətləndirməsinə əsaslanan ÜDM-idir, cari beynəlxalq dollarlarla (milyardla) ölçülür.

Mənbə: International Monetary Fund, World Economic Outlook Database, October 2020.