5. Biznesin inkişaf səviyyəsi
5.1 Bisnes sektorunda əqli əmək işçiləri
5.1.1 Elmtutumlu müəssisələrdə məşğulluq
Peşələrin Beynəlxalq Standart Təsnifatına (ISCO) uyğun olaraq 1-dən 3-ə qədər kateqoriyalardakı insanların cəminin ümumi məşğulluqda xüsusi çəkisi. İSCO-08-ə daxil olan kateqoriyalar aşağıdakılardır: 1 Menecerlər; 2 Peşəkarlar; 3 Texniki işçilər və Yardımçı peşəkarlar. İSCO-08 məlumatları mövcud olmadığı hallarda İSCO-88 məlumatlarından istifadə edilmişdir. İSCO-88-ə daxil olan kateqoriyalar aşağıdakılardır: 1 Qanunverici orqan, yüksək vəzifəli şəxslər və menecerlər; 2 Peşəkarlar; 3 Texniki işçilər və Yardımçı peşəkarlar.
Mənbə: International Labour Organization (ILO), ILOSTAT Database of Labour Statistics (2010–20).
5.1.2 İşçilərinə treninqlər təklif edən şirkətlər
Dünya Bankının hər bir ölkədə Müəssisə Sorğusunda (Enterprise Surveys) iştirak edənşirkətlərdə daimi, tam ştatlı işçiləri üçün formal təlim proqramları təklif edən şirkətlərin xüsusi çəkisi.
Mənbə: Source: World Bank, Enterprise Surveys (2010–20).
5.1.3 Biznes müəssisələrinin tədqiqatlara yönəltdiyi vəsaitlər (ÜDM-də payı)
Biznes müəssisəsi tərəfindən aparılan tədqiqat və inkişafa dair ümumi xərclərin ÜDM-də xüsusi çəkisi.
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database; Eurostat, Eurostat database; OECD, Main Science and Technology Indicators (MSTI) database, 2019 (2010–19)
5.1.4 Elmi-tədqiqat xərclərində özəl sektorun payı
Biznes müəssisəsi tərəfindən maliyyələşdirilən tədqiqat və inkişafa dair ümumi xərclərin tədqiqat və inkişaf üzrə ümumi xərclərdə xüsusi çəkisi.
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database; Eurostat, Eurostat database; OECD, Main Science and Technology Indicators (MSTI) database, 2019 (2010–19).
5.1.5 Elmi dərəcəsi olan işləyən qadınlar
Yüksək akademik dərəcəyə malik, işləyən qadınların ümumi məşğulluqda xüsusi çəkisi.
Məşğulluğu olan şəxslər əmək qabiliyyətli yaş həddində olan və müəyyən qısa müddət ərzində aşağıdakı kateqoriyalardan birinə aid bütün şəxslər hesab edilir: (1) ödənişli məşğulluq; və ya (2) özünüməşğulluq. Məlumatlar Təhsilin Beynəlxalq Standart Təsnifatına (ISCE) uyğun olaraq təsnif edilən təhsilin başa çatmış ən yüksək pilləsinə aid təhsil səviyyəsinə görə bölünür. Kanada üzrə məlumatlar ölkənin İşçi Qüvvəsi Tədqiqatının proqnozlarının 14-10-0020-01 Cədvəlinə əsaslanır.
Mənbə: International Labour Organization, ILOSTAT Database of Labour Statistics; Statistics Canada. Table 14-10-0020-01 Unemployment rate, participation rate and employment rate by educational attainment, annual, accessed February 10, 2020 (2011–20).
5.2 İnnovasiya əlaqələri
5.2.1 Universitet-sənaye tədqiqat əməkdaşlığı
Müəssisələrin və universitetlərin tədqiqat və inkişaf sahəsində əməkdaşlıq səviyyəsini ölçür. Sorğu sualına ortalama cavab: Ölkənizdə biznes və universitetlər tədqiqat və inkişaf (R&D) sahəsində nə dərəcədə əməkdaşlıq edirlər? [1 = ümumiyyətlə yox; 7 = böyük ölçüdə]
Mənbə: World Economic Forum, Executive Opinion Survey 2020 (2018–20), Appendix C of the Global Competitiveness Report 2020
5.2.2 Klasterlərin inkişafı
Klasterlərin əhatəsi.
Sorğu sualı: Ölkənizdə yaxşı inkişaf etmiş və dərin klasterlər (firmaların, təchizatçıların, əlaqədar məhsul və xidmətlərin istehsalçılarının və müəyyən bir sahədə ixtisaslaşmış qurumların coğrafi konsentrasiyası) nə dərəcədə geniş yayılmışdır? [1 = mövcud deyil; 7 = bir çox sahələrdə geniş yayılmışdır].
Mənbə: World Economic Forum, Executive Opinion Survey 2020 (2018–20), Appendix C of the Global Competitiveness Report 2020
5.2.3 Xaricdən maliyyələşdirilən elmi tədqiqatlar
Xaricdən maliyyələşdirilən tədqiqat və inkişaf üzrə ümumi xərclərin ÜDM-də payı (milyardlarla, milli valyuta).
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database; Eurostat, Eurostat database; OECD, Main Science and Technology Indicators (MSTI) database, 2019 (2010–19).
5.2.4 Birgə müəssisələrin strateji əməkdaşlıq müqavilələri
Refinitiv data platformasının hər bir əqd üzrə birgə müəssisələr/strateji ittifaqlar haqqında, tərəfdaş firmaların mənşə ölkəsi haqqında təfsilatlar daxil olmaqla, məlumatları. Məlumat çıxarışı 1 yanvar 2019-cu il və 31 dekabr 2021-ci il tarixləri arasında birgə müəssisə/strateji ittifaqlar əqdləri üzrə sorğuya uyğundur. Sövdələşmədə iştirak edən hər şirkətin (hər sövdələşmə üzrə n şirkət) mənşə ölkəsinə 1/n balı verilir (bütün ölkələrin ballarının cəminin əqdlərin ümumi sayına bərabər olması məqsədilə).
Mənbə: Refinitive (an LSEG business) SDC Platinum database; International Monetary Fund World Economic Outlook Database, October 2020.
5.2.5 Patentlər ailələri
Patent ailəsi eyni ixtiranı qorumaq üçün bir və ya bir neçə ölkədə və ya yurisdiksiyada verilmiş bir-biri ilə əlaqədar patent müraciətləri toplusudur.
Ən azı iki fərqli idarədə verilmiş müraciətləri ehtiva edən patent ailələri eyni ixtiranın ən azı iki fərqli ölkədə qorunması üçün verilmiş patent müraciətləri toplusudur.
Bu hesabatda “patent ailələri məlumatları” ən azı iki əqli mülkiyyət (IP) idarəsində verilmiş ərizələri ehtiva edən patent ailələrinə istinad edir; məlumatlar PPP$ ÜDM (milyardlarla) ilə ölçülür. Patent qanunla yeni, aşkar olmayan və sənayedə tətbiq oluna bilən ixtiralar üçün ərizəçilərə verilən müstəsna hüquqların məcmusudur.
Patent məhdud müddət (adətən 20 il) və müəyyən edilmiş ərazi daxilində etibarlıdır. Patent sistemi yenilikçilərə məhdud müddət ərzində xüsusi hüquqlar verərək, bununla da onların öz innovativ fəaliyyətlərinin mükafatını əldə etməsinə şərait yaradaraq, innovasiyaları təşviq etmək məqsədi daşıyır.
Mənbə: World Intellectual Property Organization, Intellectual Property Statistics; International Monetary Fund, World Economic Outlook Database, October 2020.
5.3 Biliklərin mənimsəməsi
5.3.1 Əqli mülkiyyətdən istifadəyə görə ödənişlər
Başqa yerə daxil edilməyən, əqli mülkiyyətdən istifadəyə görə ödənişlər (ümumi ticarətin %-i), ən son üç ilin ortalaması və ya ən son məlumat. Bu cür ödənişlərin dəyəri Genişləndirilmiş Tədiyyə Balans Xidmətləri Təsnifatı EBOPS 2010-a, yəni SH koduna əsasən hesablanır:
Əqli mülkiyyətdən istifadəyə görə başqa yerdə nəzərə alınmayan ödənişlərin ümumi ticarətdə xüsusi çəkisi. Ümumi ticarət G kodlu malların və SOX kodlu kommersiya xidmətlərinin (başqa yerə daxil edilməyən dövlət mal və xidmətləri istisna olmaqla) məcmu idxalının və G kodlu malların və SOX kodlu kommersiya xidmətlərinin (başqa yerə daxil edilməyən dövlət mal və xidmətləri istisna olmaqla) məcmu ixracının cəminin 2-yə bölünməsi kimi müəyyən edilir. Beynəlxalq Valyuta Fondunun Tədiyə Balansı haqqında Təlimatının altıncı nəşrinə əsasən, “Mallar” kateqoriyası ümumi malları, ticarət dövriyyəsi üzrə malların xalis ixracını və sikkə formasında olmayan qızılı əhatə edir. “Kommersiya xidmətləri” kateqoriyasına “başqa yerə daxil edilməyən dövlət mal və xidmətləri” çıxılmaqla “xidmətlər” daxildir. Ödənişlər mülkiyyət hüquqlarından istifadəyə görə (məsələn, patentlər, ticarət nişanları, müəllif hüquqları, sənaye prosesləri və dizaynları, o cümlədən ticarət sirləri və françayzinqlər) və istehsal edilmiş orijinal və ya prototiplərdə (kitablar və əlyazmalar, kompüter proqramları, kinematoqrafik əsərlər və səs yazıları ilə bağlı müəllif hüquqları kimi) və əlaqədar hüquqlarda (canlı çıxışlar və televiziya, kabel və ya peyk yayımı kimi) təcəssüm olunmuş əqli mülkiyyətin təkrar istehsalına və ya yayılmasına (və ya həm təkrar istehsalına, həm də yayılmasına) icazə verən lisenziyalara görə rezidentlərə və qeyri-rezidentlərə verilir.
Mənbə: World Trade Organization, Trade in Commercial Services database, values based on the classification of the sixth (2009) edition of the International Monetary Fund’s Balance of Payments and International Investment Position Manual and Balance of Payments database.
5.3.2 Yüksək texnologiyalı məhsul idxalı
Yüksək səviyyəli texnologiyalı idxalının Ümumi ticarətdə payı. Yüksək texnologiya ixracı və idxalı Standart Beynəlxalq Ticarət Təsnifatı (SITC) Redaksiya 4 və İƏİT tərifinə əsaslanan Eurostat təsnifatı ilə müəyyən edilmiş yüksək tədqiqat və inkişaf intensivliyinə malik texniki məhsullardan ibarətdir. Əmtəələr aşağıdakı sektorlara aiddir: aerokosmik; kompüterlər və ofis maşınları; elektronika - telekommunikasiya; əczaçılıq; elmi cihazlar; elektrik maşınları; kimya; qeyri-elektrik maşınlar; və silahlanma.
Mənbə: World Trade Organization, United Nations, Comtrade Database; Eurostat, Annex 5: High-tech aggregation by SITC Rev. 4, April 2009 (2015–19).
5.3.3 İKT xidmətləri idxalı
OECD-nin Genişləndirilmiş Tədiyyə Balansı Xidmətlər Təsnifatı EBOPS 2010-a uyğun olaraq, telekommunikasiya, kompüter və informasiya xidmətlərinin idxalının ümumi ticarətdə payı. Dəyərlər Beynəlxalq Valyuta Fondunun Tədiyyə Balansı və Beynəlxalq İnvestisiya Mövqeyi Təlimatının altıncı (2009) nəşrinin və Tədiyyə Balansı üzrə məlumat bazasının təsnifatına əsaslanır.
Mənbə: World Trade Organization, Trade in Commercial Services database, values based on the classification of the sixth (2009) edition of the International Monetary Fund’s Balance of Payments and International Investment Position Manual and Balance of Payments database.
5.3.4 Birbaşa xarici investisiyalar, xalis daxil olmalar
Birbaşa xarici investisiya investorun mənşəyi olan ölkədən başqa ölkədə fəaliyyət göstərən müəssisədə davamlı idarəetmə payı (səsverən səhmlərin 10 faizi və ya daha çoxu) əldə etməsidir, son üç ilin ortalaması olaraq hesablanır. BXİ tədiyyə balansında göstərildiyi kimi kapitalın, mənfəətin təkrar investisiyasının, digər uzunmüddətli kapitalın və qısamüddətli kapitalın cəmidir. Bu məlumatlar seriyası hesabat verən ölkəyə xarici investorlardan gələn xalis investisiya axınını (yeni investisiya qoyuluşlarından geri çəkilən investisiya qoyuluşları çıxılmaqla) göstərir və ÜDM-ə bölünür. Məlumatlar Dünya Bankının Dünya İnkişaf Göstəriciləri məlumat bazasından götürülmüşdür.
Mənbə: International Monetary Fund, International Financial Statistics and Balance of Payments databases, World Bank, International DebtStatistics, and World Bank and OECD GDP estimates;
5.3.5 Biznesdə (müəssisələrdə) çalışanların tədqiqatçılıq bacarıqları
Biznes müəssisələrində tədqiqatçılar (tam ştatlı) dedikdə, yeni biliklərin, məhsulların, proseslərin, metodların və sistemlərin düşünülməsi və ya yaradılması ilə məşğul olan, eləcə də bu layihələrin idarə edilməsi ilə məşğul olan peşəkarlar və onların məşğul olduqları sektorlar üzrə bölgüsü (biznes müəssisəsi, hökumət, ali təhsil və özəl qeyri-kommersiya təşkilatları) nəzərdə tutulur.
Tədqiqat və İnkişaf statistikası kontekstində, biznes-müəssisə dedikdə, əsas fəaliyyət sahəsi ictimaiyyətə iqtisadi cəhətdən əhəmiyyətli qiymətə satmaq üçün mal və ya xidmətlərin bazar istehsalı (ali təhsil istisna olmaqla) olan bütün şirkətlər, təşkilatlar və qurumlar və onlara xidmət göstərən özəl qeyri-kommersiya qurumları nəzərdə tutulur; bu sektorda özəl müəssisələr üstünlük təşkil edir.
Mənbə: UNESCO Institute for Statistics (UIS) online database; Eurostat; OECD, Main Science and Technology Indicators (MSTI) database, March 2021 (2010–19).