Tikintiyə icazələrin verilməsi

Tikintiyə icazələrin verilməsi indikatoru üzrə metodologiya

“Doing Business” tikinti sənayesində anbar tikmək üçün bir şirkətdən tələb olunan bütün prosedurları, o cümlədən həmin prosedurların həyata keçirilməsi üçün sərf olunan vaxt və xərcləri qeydə alır. Bundan əlavə, “Doing Business” tikintidə keyfiyyətə nəzarət indeksini ölçməklə, tikinti ilə bağlı normativ tələblərin keyfiyyətini, keyfiyyətə nəzarət və təhlükəsizlik mexanizmlərinin səviyyəsini, məsuliyyət və sığorta sistemlərini, peşəkar sertifikatlaşdırma tələblərini qiymətləndirir.  Məlumatlar tikintidə lisenziyalaşdırma üzrə mütəxəssislərə, o cümlədən memarlara, inşaat mühəndislərinə, tikinti üzrə ixtisaslaşmış hüquqşünaslara, tikinti şirkətlərinə, kommunal xidmət təminatçılarına, tikinti ilə bağlı normativ tələblər, o cümlədən təsdiq və icazələrin verilməsi, yoxlamaların aparılması ilə məşğul olan dövlət rəsmilərinə təqdim olunan sorğu vasitəsilə toplanır.    

Tikintiyə icazələrin əldə edilməsinin asanlığı üzrə ölkənin reytinqi tikintiyə icazələrin verilməsi üzrə həmin ölkələrə verilən ballarla ölçülür. Bu ballar ayrılıqda hər bir alt indikator üzrə balların ədədi ortasıdır.

 

Tikintiyə icazələrin verilməsinin səmərəliliyi

“Doing Business” sorğuda hər bir prosedura sərf edilən vaxt və xərcin hesablanması məqsədilə anbarın tikintisi prosesini ayrı-ayrı prosedurlara bölür (Şəkil 2).

Şəkil 1. Anbar tikmək üçün tələb olunan prosedurların sayı, sərf olunan vaxt və xərclər


Bu prosedurlara aşağıdakılar daxildir, lakin bunlarla məhdudlaşmaya bilər:

  • Memar və mühəndis tərəfindən bina planlarının hazırlanmasına başlamaq üçün tələb olunan bütün plan və tədqiqatları əldə etmək(məsələn, topoqrafik plan, məkan üzrə xəritələr və ya torpaq testləri);
  • Bütün müvafiq layihə sənədlərini (məsələn, tikinti planları, məkan xəritələri və şəhərsalma şəhadətnamələri) əldə etmək və səlahiyyətli orqana təqdim etmək;
  • Kənar üçüncü tərəf supervayzerləri, mühəndisləri və ya müfəttişləri işə cəlb etmək (zəruri olduqda);
  • Lazımi rəsmiləşdirmə, lisenziya, icazə və sertifikatları almaq;
  • Tikintinin başlanması, başa çatması və yoxlamalar üçün bütün lazımi bildirişləri göndərmək;
  • Bütün zəruri yoxlamaları tələb etməkkeçirmək (cəlb edilmiş özəl, üçüncü tərəfin müfəttişi tərəfindən tamamlandığı hallar istisna olmaqla).

“Doing Business “ su və kanalizasiya sisteminə qoşulmaq üçün lazımi prosedurları da qeydə alır. Anbarın girov kimi istifadə edilməsi və ya başqa bir müəssisənin mülkiyyətinə keçirilməsinin mümkün olması üçün qeydiyyata alınması ilə bağlı prosedurlar da nəzərə alınır.

Ölkələr üzrə müqayisəliliyin təmin olunması məqsədi ilə tikinti şirkəti, anbar layihəsi və kommunal əlaqələr üzrə bir sıra fərziyyələrdən istifadə olunur.

Tikinti şirkəti haqqında fərziyyələr

Fərz edilir ki, tikinti şirkəti (“BuildCo”):

  • hüquqi statusuna görə məhdud məsuliyyətli cəmiyyətdir (və ya müvafiq ölkədəki ekvivalent statusa malik müəssisədir);
  • ölkənin iqtisadi cəhətdən ən böyük şəhərində fəaliyyət göstərir