3. İnfrastruktur

3. İnfrastruktur

   3.1 İnformasiya-kommunikasiya texnologiyaları (İKT)

     3.1.1 İKT-nin əlçatarlığı

    İKT-nin əlçatarlığı indeksi dörd İKT göstəricisini (hər biri 25%) özündə birləşdirən kompleks indeksdir: 1) mobil şəbəkələrin əhatə dairəsində olan əhalinin xüsusi çəkisi (ən azı 3G, ən azı LTE/WiMax); (2) 100 nəfərə düşən mobil telefon abunələri; (3) hər bir İnternet istifadəçisi üçün beynəlxalq internet ötürmə qabiliyyəti (bit/s); (4) internetə çıxışı olan ev təsərrüfatlarının xüsusi çəkisi.

Mənbə: GII calculations based on the World Telecommunication/ICT Indicators Database (released January 2020) following the methodology of the ITU ICT Development Index 2017.

3.1.2 İKT-dən istifadə

    İKT-dən istifadə indeksi dörd İKT göstəricisini (hər biri 25 faiz xüsusi çəki ilə) əks etdirən kompleks indeksdir: (1) İnternetdən istifadə edən fiziki şəxslərin xüsusi çəkisi; (2) hər 100 nəfər əhaliyə stasionar (simli) geniş zolaqlı internet abunələrinin sayı; (3) hər 100 nəfərə düşən aktiv mobil geniş zolaqlı abunələrin sayı və (4) geniş zolaqlı mobil internet trafiki (qiqabayt/abunə).

Mənbə: GII calculations based on the World Telecommunication/ICT Indicators Database (released January 2020) following the methodology of the ITU ICT Development Index 2017

3.1.3 Onlayn dövlət xidmətləri

   Elektron Hökumətin İnkişafı İndeksinin Onlayn Xidmətlər İndeksi komponenti milli səviyyədə dövlət xidmətlərinin göstərilməsində hökumətlər tərəfindən İKT-dən istifadəni ölçən mürəkkəb göstəricidir. 2020-ci il üçün Onlayn Xidmət İndeksi göstəricilərini müəyyən etmək üçün 96 ölkədən 66 dili əhatə edən 215 onlayn Birləşmiş Millətlər Təşkilatının Könüllü tədqiqatçısı hər bir ölkənin milli veb-saytını, o cümlədən milli portalı, elektron xidmətlər portalını və e-iştirak portalını, habelə müvafiq hallarda təhsil, əmək, sosial xidmətlər, səhiyyə, maliyyə və ətraf mühit nazirliklərinin internet səhifələrini qiymətləndirmişdirlər. Hər bir ölkənin topladığı balların ümumi sayı 0-dan 1-ə qədər diapazonda normallaşdırılır. 

Müəyyən bir ölkə üçün onlayn indeks göstəricisi faktiki ümumi baldan ən aşağı ümumi bal çıxılmaqla alınan göstəricinin bütün ölkələr üçün ümumi bal dəyərlərinin diapazonuna nisbətinə bərabərdir.

Qeyd: Elektron hökumətin potensialı ilə bağlı təsəvvürlərin zamanla dəyişdiyini və bunun əsasında dayanan texnologiyanın təkmilləşdiyini nəzərə alaraq, bu indeks dəyərlərinin dəqiq mənası Sorğunun nəşrlərindən asılı olaraq dəyişir.

Mənbə: United Nations Public Administration Network, E-Government Survey 2020.

3.1.4 Elektron iştirak (onlayn məlumat mübadiləsi)

      E-İştirakçılıq İndeksi (EPI) Birləşmiş Millətlər Təşkilatının Elektron Hökumət Sorğusuna əlavə indeks kimi əldə edilmişdir.

Bu göstərici vətəndaşlara məlumat təqdim etməkdə (“e-məlumat mübadiləsi”), maraqlı tərəflərlə qarşılıqlı əlaqədə (“e-məsləhətləşmə”) və qərar qəbuletmə proseslərində (“e-qərarvermə”) hökumətin onlayn xidmətlərdən istifadəsinə diqqət yetirməklə sorğunun əhatə dairəsini genişləndirir.

Bir ölkənin E-İştirakçılıq İndeksi həmin ölkədə tətbiq edilən e-iştirakçılıq mexanizmlərinin bütün digər ölkələrlə müqayisəsini əks etdirir. Bu indeksin məqsədi hər hansı spesifik təcrübəni önə çəkmək deyil, əksinə, bütün ölkələrin faydalana bilməsi üçün müxtəlif ölkələrdə hökumət və vətəndaşlar arasında, eləcə də vətəndaşlar arasında qarşılıqlı əlaqəni təşviq etmək üçün onlayn vasitələrdən necə istifadə edildiyini  göstərməkdir . Bu İndeks dövlət qurumlarının internet səhifələrinə iştirak xidmətlərinin mövcudluğu və uyğunluğuna əsaslanan keyfiyyət əsaslı qiymətləndirmə olduğundan, ölkələrin müqayisəli reytinqi yalnız məlumatlandırma məqsədi daşıyır və vətəndaşların iştirakçılığının təşviqi ilə bağlı geniş yayılmış trendlərin göstəricisi kimi çıxış edir. İndeks 0-1 aralığında dəyişməklə, 1 bal elektron iştirakçılığın yüksək səviyyədə olduğunu göstərir.

Riyazi olaraq, EPI müəyyən bir ölkə üçün ümumi balı götürərək, sorğuda hər hansı bir ölkə üçün ən aşağı ümumi balı çıxararaq və bütün ölkələr üçün ümumi balların diapazonuna bölmək yolu ilə normallaşdırılır.

Mənbə: United Nations Public Administration Network, E-Government Survey 2020.

   3.2 Ümumi infrastruktur

   3.2.1 Elektrik enerjisi istehsalı

   Stansiyadakı bütün əvəzləyici dəstlərin terminallarında ölçülən elektrik enerjisi istehsalı.

Bu göstərici hidroenerji, kömür, neft, qaz və nüvə enerjisi istehsalı ilə yanaşı, geotermal, günəş, külək, qabarma-çəkilmə enerjisi və dalğa enerjisi, eləcə də yanan bərpa olunan mənbələr və tullantılardan enerji istehsalını əhatə edir. İstehsala yalnız elektrik enerjisi istehsal etmək üçün nəzərdə tutulmuş zavodların, eləcə də kombinə edilmiş istilik və elektrik stansiyalarının məhsulu daxildir. 

Gigavatt-saat ilə göstərilən elektrik enerjisi istehsalı həcmi əhali sayına görə miqyaslanır.

Mənbə: International Energy Agency (IEA) World Energy Balances, July 2020 edition and February 2021 edition (selected economies) (2018–19).

3.2.2 Logistika performansı

      Logistika performansının çoxölçülü qiymətləndirilməsi məqsədi daşıyan Logistika Performansı İndeksı (LPİ) altı əsas nəticə komponenti üzrə məlumatları gömrük performansı, infrastruktur keyfiyyəti və daşınma vaxtının dəqiqliyi də daxil olmaqla vahid ümumi ölçüdə birləşdirərək 160 ölkənin reytinqini müəyyən edir. Reytinqdə istifadə olunan məlumatlar logistika mütəxəssisləri arasında fəaliyyət göstərdikləri xarici ölkələrlə bağlı suallardan ibarət sorğu əsasında əldə edilir. LPİ-nin altı komponenti bunlardır: (1) Gömrük: gömrük və sərhəd rəsmiləşdirilməsinin səmərəliliyi; (2) İnfrastruktur: ticarət və nəqliyyat infrastrukturunun keyfiyyəti; (3) Beynəlxalq daşımalar: rəqabətli qiymətə daşınmaların təşkilinin asanlaşdırılması; (4) Xidmətlərin keyfiyyəti: logistika xidmətlərinin səriştəsi və keyfiyyəti; (5) İzləmə: yükləri izləmək imkanı; və (6) Dəqiqlik: planlaşdırılmış və ya gözlənilən çatdırılma müddətlərində yüklərin alıcılara çatdırılma müddəti.  Buna görə də Logistika Performansı İndeksi (LPİ) həm keyfiyyət, həm də kəmiyyət tədbirlərindən ibarətdir və bu ölkələr üçün logistika baxımından əlverişliliyinin qiymətləndirilməsinə kömək edir.

Mənbə: World Bank and Turku School of Economics, Logistics Performance Index 2018; Arvis et al., 2018, Connecting to Compete 2018: Trade Logistics in the Global Economy – The Logistics Performance Index and its Indicators.

3.2.3 Ümumi kapital formalaşması (investisiyaların ÜDM-ə nisbəti)

   Ümumi kapitalın formalaşması cari yerli valyutada ümumi investisiyanın cari yerli valyuta ilə ÜDM-ə nisbəti kimi ifadə edilir. İnvestisiya və ya ümumi kapitalın formalaşması 1993-cü il Milli Hesablar Sistemi (MSS) əsasında, ümumi əsas kapitalın formalaşması ilə inventar və alışlarda dəyişikliklərin cəmi dəyərindən vahid və ya sektor üzrə qiymətliləri çıxılmaqla ölçülür.

Mənbə: International Monetary Fund, World Economic Outlook Database, October 2020.

3.3 Ekoloji dayanıqlıq

   3.3.1 ÜDM'in enerji istehlakına nisbəti

Alıcılıq qabiliyyəti pariteti (PPP) ilə ümumi daxili məhsul (2015 PPP $ ÜDM) üzrə ümumi enerji təchizatı (ÜET).

Ümumi enerji təchizatı (ÜET) istehsal dəyəri + idxal − ixrac − beynəlxalq dəniz bunkerləri − beynəlxalq aviasiya bunkerləri +/– səhm dəyişikliklərindən ibarətdir. ÜDM/ÜET enerji məhsuldarlığının göstəricisidir.

Mənbə: International Energy Agency (IEA) World Energy Balances, July 2020 edition (2018–19).

3.3.2 Ətraf mühitin mühafizəsi

 2020 Ekoloji Performans İndeksi (EPİ) ətraf mühitin sağlamlığı və ekosistemin canlılığını əhatə edən müxtəlif kateqoriyalar üzrə 180 ölkəni sıralayır. Bu göstəricilər ölkələrin müəyyən edilmiş ekoloji siyasət hədəflərinə nail olmağa nə qədər yaxın olduqlarını ölçən göstərici təqdim edir. 

EPİ ətraf mühitin mühafizəsi sahəsində öndə olan və geridə qalan ölkələri vurğulayan və dayanıqlı gələcəyi hədəfləyən ölkələr üçün praktiki təlimat rolunu oynayan göstəricilər sistemini əhatə edir. İndeks 0-100 bal arasında dəyişməklə, 100 bal ən yaxşı performans göstəricisi hesab olunur.

Mənbə: Yale University and Columbia University, 2020 Environmental Performance Index.

3.3.3 ISO 14001 ekoloji sertifikatları

 ISO 14001 bir təşkilatın ekoloji performansını yaxşılaşdırmaq üçün istifadə edə biləcəyi ətraf mühitin idarə edilməsi sisteminə dair tələbləri müəyyən edir. ISO 14001 ekoloji öhdəliklərini ekoloji dayanıqlılığa töhfə verən sistem şəklində idarə etməyə çalışan bir təşkilat tərəfindən istifadə üçün nəzərdə tutulmuşdur. 

ISO 14001 təşkilata ətraf mühitin idarə edilməsi sisteminin nəzərdə tutulan nəticələrinə nail olmaqda kömək etməklə, ətraf mühit, təşkilatın özü və maraqlı tərəflər üçün dəyər yaradır. Təşkilatın ətraf mühit siyasətinə uyğun olaraq, ətraf mühitin idarə edilməsi sisteminin nəzərdə tutulan nəticələrinə ekoloji performansın təkmilləşdirilməsi, uyğunluq öhdəliklərinin yerinə yetirilməsi və ətraf mühit məqsədlərinə nail olunması daxildir. ISO 14001 miqyasından, növündən və mahiyyətindən asılı olmayaraq istənilən təşkilata şamil edilir və təşkilatın fəaliyyət dövrü perspektivindən nəzarət edə və ya təsir edə biləcəyini müəyyən etdiyi fəaliyyətlərinin, məhsullarının və xidmətlərinin ekoloji aspektlərinə şamil edilir. ISO 14001-də xüsusi ekoloji performans meyarları qeyd edilmir və ətraf mühitin idarə edilməsini sistemli olaraq təkmilləşdirmək üçün tam və ya qismən istifadə edilə bilər. ISO 14001-ə uyğunluq bəyanatı, onun bütün tələbləri təşkilatın ətraf mühitin idarə edilməsi sisteminə daxil edilmədiyi və istisnasız şəkildə yerinə yetirilmədiyi hallarda qəbul edilməzdir. Məlumatlar milyard PPP $ ÜDM ilə hesablanır.

Mənbə: International Organization for Standardization, ISO Survey of Certifications to Management System Standards, 2019; International Monetary Fund, World Economic Outlook Database, October 2020.