İqtisadi Azadlıq İndeksi (Index of Economic Freedom)
Mülkiyyət hüquqları komponenti ölkənin hüquqi sisteminin fiziki şəxslər tərəfindən özəl mülkiyyətə azad şəkildə sahibliyə nə dərəcədə imkan verdiyini, hökumət tərəfindən effektiv şəkildə həyata keçirilən aydın qanunlarla nə dərəcədə qorunduğunu ölçən keyfiyyət göstəricisidir. Özəl mülkiyyət hüququnun ölkə qanunvericiliyi çərçivəsində nə dərəcədə qorunduğunu və bu qanunlara nə dərəcədə əməl edildiyini göstərir. Həmçinin, özəl mülkiyyətin dövlət tərəfindən müsadirə edilmə ehtimalını qiymətləndirir.
Mülkiyyətin hüquqi müdafiəsi nə qədər effektivdirsə ölkənin indeks göstəricisi bir o qədər yüksək olur. Eyni zamanda, mülkiyyətin dövlət tərəfindən müsadirəsi ehtimalı nə qədər yüksəkdirsə, ölkənin indeks göstəricisi bir o qədər aşağı olacaq.
Mülkiyyət hüquqları komponenti üzrə indeks aşağıdakı 5 alt-faktorun ədədi ortası kimi hesablanır:
Hər bir alt-faktor aşağıdakı düsturdan istifadə etməklə 0-100 ballıq intervalda normallaşdırılır:
alt-faktor indeksii = 100 * (alt-faktormax – alt-faktori) / (alt-faktormax – alt-faktormin)
Burada:
Bəzi ölkələr üzrə hər bir alt-faktor üçün müqayisə oluna bilən məlumatlar mövcud deyil. Bu hallarda olmayan alt-faktor üzrə indeks ölkənin digər alt-faktorlar üzrə nisbi persentil reytinqi əsasında hesablanmışdır.
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya İqtisadi Forumu, Qlobal Rəqabətlilik Hesabatı; Dünya Bankı, “Doing Business” və Credendo Group, Ölkələrin Risk Qiymətləndirməsi.
Məhkəmələrin effektivliyi qanunlara tam əməl olunmasını təmin edən səmərəli və ədalətli məhkəmə sistemlərinin mövcudluğunu və qanun pozuntusu hallarında müvafiq hüquqi tədbirlərin görülməsini tələb edir. Məhkəmələr nə qədər effektivdirsə, məhkəmələrin effektivliyi komponenti üzrə indeks göstəricisi bir o qədər yüksək olur. Komponent aşağıdakı 3 alt-faktorun ədədi ortası kimi hesablanır:
Hər bir alt-faktor aşağıdakı düsturdan istifadə etməklə 0-100 ballıq intervalda normallaşdırılır:
alt-faktor indeksii = 100 * (alt-faktormax – alt-faktori) / (alt-faktormax – alt-faktormin)
Burada:
Bəzi ölkələr üzrə hər bir alt-faktor üçün müqayisə oluna bilən məlumatlar mövcud deyil. Bu hallarda olmayan alt-faktor üzrə indeks ölkənin digər alt-faktorlar üzrə nisbi persentil reytinqi əsasında hesablanmışdır.
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya İqtisadi Forumu, Qlobal Rəqabətlilik Hesabatı və Dünya Bankı, “Doing Business”.
Dövlət institutlarında sistemli korrupsiya və rüşvətxorluq, vəzifədən sui-istifadə, himayədarlıq və yeyinti halları dövlətin bütövlüyünü təhlükə altına atır, xərcləri artırır və resursların qeyri-məhsuldar lobbiçilik fəaliyyətlərinə yönəldilməsi ilə iqtisadiyyatın həyat qabiliyyətliyini sarsıdır. Dövlətin bütövlüyü komponenti üzrə indeks göstəricisi nə qədər yüksəkdirsə, dövlətin bütövlüyünün bir o qədər yüksək olduğunun göstəricisidir. Komponent aşağıdakı 6 alt-faktorun ədədi ortası kimi hesablanır:
Hər bir alt-faktor aşağıdakı düsturdan istifadə etməklə 0-100 ballıq intervalda normallaşdırılır:
alt-faktor indeksii = 100 * (alt-faktormax – alt-faktori) / (alt-faktormax – alt-faktormin)
Burada:
Bəzi ölkələr üzrə hər bir alt-faktor üçün müqayisə oluna bilən məlumatlar mövcud deyil. Bu hallarda olmayan alt-faktor üzrə indeks ölkənin digər alt-faktorlar üzrə nisbi persentil reytinqi əsasında hesablanmışdır.
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya İqtisadi Forumu, Qlobal Rəqabətlilik Hesabatı; Dünya Ədalət Layihəsi, Qanunun Aliliyi İndeksi; Transparency International, Korrupsiya Qavrama İndeksi və TRACE International, Trace Matrisi.
Vergi yükü marjinal vergi dərəcələrini özündə əks etdirən kompozit tədbirdir, bura fərdi və korporativ (mənfəət) vergi dərəcələri, eləcə də hökumət səviyyəsində tətbiq olunan bütün birbaşa və dolayı vergilərin ÜDM-də payının faizlə ifadəsi daxildir.
Vergi yükü indikatoru üç alt-faktor əsasında hesablanır:
Bu göstəricilərin hər biri ümumi qiymətin 1/3 hissəsini təşkil edir. Əgər bu üç indikatordan hər hansı biri 0 olsa belə, müvafiq ölkənin digər iki kriteriyaya əsaslanaraq 67 kimi yüksək bal almaq imkanı vardır.
Qeyd olunan alt-indikatorlar aşağıdakı formul vasitəsilə hesablanır:
vergi yüküij = 100 – α * (faktorij)2
Burada:
Daha sonra isə üç faktorun orta qiyməti ölkə üzrə ümumi vergi yükü göstəricisi hesab edilir.
Vergi dərəcləri üzrə qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Deloitte, Beynəlxalq vergi və biznes üzrə təlimatın şərhi; Beynəlxalq Valyuta Fondu, Ölkə Hesabatı, "Seçilmiş Məsələlər və Statistik Əlavə" və Ölkə Hesabatı, “Article IV Konsultasiyası”; PricewaterhouseCoopers, Ümumdünya Vergi Xülasəsi; ölkələrin investisiya agentlikləri; digər rəsmi dövlət orqanları; “Economist” jurnalının İntellekt Bölməsi; ölkənin kommersiya və maliyyə qurumlarının məlumatları.
Ümumi vergi yükünün ÜDM-də payının faizlə nisbəti isə aşağıdakı mənbələr hesabına müəyyən olunur: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatları; Eurostat, Dövlət Maliyyə Statistikası Databazası; Afrika İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Afrika İqtisadi İcmalı; Beynəlxalq Valyuta Fondu, Ölkə Hesabatı, "Seçilmiş Məsələlər və Statistik Əlavə" və Ölkə Hesabatı, “Article IV Konsultasiyası”; Asiya İnkişaf Bankının Asiya və Sakit okean regionu üçün əsas göstəriciləri; Birləşmiş Millətlər Təşkilatının Latın Amerikası İqtisadi Komissiyası, Latın Amerikası və Kariblər üzrə İqtisadi Sorğu; Dünya Bankı tərəfindən müxtəlif ölkə hesabatları; müxtəlif xəbərlər və jurnal məqalələri və hər bir ölkənin rəsmi dövlət nəşrləri.
Dövlət xərclərinin optimal səviyyəsi iqtisadi inkişafın səviyyəsindən mədəniyyətə, coğrafiyaya qədər bir çox amillərdən asılı olaraq hər bir ölkə üzrə dəyişə bilər. Dövlət sektorunun həcminin və miqyasının daha çox böyüməsi resursların yanlış yerləşməsinə və iqtisadi səmərəliliyin azalmasına gətirib çıxarır. Araşdırmalara görə dövlət xərclərinin artması davamlı olaraq büdcə kəsirlərinin yaranmasına və iqtisadi dinamizmə mənfi təsir göstərir. Dövlət xərcləri iqtisadi azadlığa böyük təsir göstərən mühüm komponetlərdən biri hesab olunur.
Dövlət xərclərinin qiymətləndirilməsi şkalası qeyri-xətti xarakterdədir, belə ki, xərclərin həddən artıq aşağı (sıfıra yaxın) səviyyələrində indeks göstəricisi aşağı olur, lakin xərclərin ÜDM-də payı 30%-dən yüksək olduqda isə çox daha pis indeks göstəricisinə gətirib çıxarır.
Dövlət xərclərinin hesablanmasında aşağıdakı formuldan istifadə edilir:
DXi = 100 – α (xərcləri)2
Burada:
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatları; Eurostat; Afrika İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Afrika İqtisadi İcmalı; Beynəlxalq Valyuta Fondu, Ölkə Hesabatı, "Seçilmiş Məsələlər və Statistik Əlavə", Ölkə Hesabatı, “Article IV Konsultasiyası” və Dünya İqtisadi İcmalı Məlumat Bazası; Asiya İnkişaf Bankı, Asiya və Sakit okean regionu üçün əsas göstəricilər; Afrika İnkişaf Bankı, AİB Statistik Məcmuəsi; hər bir ölkənin rəsmi dövlət nəşrləri; Birləşmiş Millətlər Təşkilatının Latın Amerikası İqtisadi Komissiyası, Latın Amerikası və Karib regionu üzrə İqtisadi Sorğu.
Dövlət büdcəsinin düzgün idarə olunmaması səbəbindən büdcə kəsirinin genişlənməsi və artan borc yükü ölkənin ümumi büdcə sağlamlığına ciddi zərər vurur. Nəzəri olaraq, dövlət xərclərinin borc hesabına maliyyələşdirilməsi səmərəli investisiya və eyni zamanda iqtisadi artıma müsbət təsir göstərə bilər. Buna baxmayaraq, davamlı şəkildə büdcə kəsirləri ilə müşayiət olunan dövlət borclarının artması, xüsusilə də bunun dövlət istehlakının və ya transfertlərin artması yönündə istifadə olunması əksər hallarda ümumi məhsuldarlıq artımını zəiflədir və eyni zamanda artımdan çox durğunluğa gətirib çıxarır.
Fiskal sağlamlığın hesablanması meyarı aşağıdakı iki alt-faktor əsasında hesablanır:
Ölkənin fiskal sağlamlığını hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:
alt-fakor indeksii = 100 – α (alt-faktori)2
Burada:
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi İcmalı Məlumat Bazası, Ölkə Hesabatı, "Seçilmiş Məsələlər və Statistik Əlavə" və Ölkə Hesabatı, “Article IV Konsultasiyası”; Asiya İnkişaf Bankı, Asiya və Sakit okean regionu üzrə əsas göstəricilər; Afrika İnkişaf Bankı, AİB Statistik Məcmuəsi; “Economist” jurnalının İntellekt Bölməsi, Data Tool; hər bir ölkənin rəsmi dövlət nəşrləri.
Biznesin azadlığı komponenti hüquqi-normativ və infrastruktur mühitinin biznes müəsisələrinin səmərəli fəaliyyətinə təsir dərəcəsini ölçür. 0-100 ballıq şkala üzrə qiymətləndirilir və indeks qiyməti nə qədər yüksəkdirsə, biznes mühitinin bir o qədər azad olduğunu göstərir. Komponent üzrə indeks Dünya Bankının “Doing Business” hesabatının göstəricilərinə əsaslanmaqla bərabər çəkiyə malik 13 alt-faktor ilə müəyyənləşdirilir:
Hər bir alt-faktor üzrə göstərici aşağıdakı düsturdan istifadə etməklə 0-100 ballıq şkalada ifadə olunur:
alt-faktor qiymətii = 50 *( alt-faktor üzrə orta dünya göstəricisi / alt-faktori)
Daha sonra bu göstəricilərin ədədi ortası hesablanır. Nəticədə əldə olunan indeks ölkənin digər ölkələrlə müqayisədə biznes azadlığının səviyyəsini qiymətləndirir.
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya Bankı, “Doing Business”; “Economist” jurnalının İntellekt Bölməsi, Ölkə Ticarəti; ABŞ Ticarət Departamenti, Ölkə Ticarət Bələdçisi və hər bir ölkənin rəsmi dövlət nəşrləri.
Əməyin azadlığı komponenti ölkənin əmək bazarının normativ-hüquqi bazasının müxtəlif aspektləri üzrə kəmiyyət ölçüsüdür. Buraya minimum əmək haqqı, ixtisarlar, işdən azad etməni məhdudlaşdıran qanunlar və işdən çıxarma tələbləri, işə qəbul və iş saatları ilə əlaqədar ölçülə bilən normativ məhdudiyyətlər, eləcə də işçi qüvvəsində iştirak səviyyəsi (əmək bazarında məşğulluq imkanlarının göstəricisi kimi) daxildir.
Əməyin azadlığı komponenti bərabər çəkiyə malik (ümumi qiymətin 1/7 hissəsi) 7 kəmiyyət alt-faktoru əsasında hesablanır:
Əməyin azadlığı indeksini hesablayarkən 7 alt-faktorun hər biri aşağıdakı düsturla 0-100 aralığına gətirilir:
alt-faktor qiymətii = 50 * alt-faktor üzrə orta dünya göstəricisi / alt-faktori
Daha sonra hər bir ölkə üçün 7 alt-faktor göstəricisinin ədədi ortası tapılmaqla ölkənin digər ölkələrlə müqayisədə əmək azadlığı indeksi hesablanır.
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya Bankı, “Doing Business”; Beynəlxalq Əmək Təşkilatı, Statistika və Databazalar; Dünya Bankı, Dünya İnkişaf Göstəriciləri; “Economist” jurnalının İntellekt Bölməsi, Ölkə Ticarəti; ABŞ Ticarət Departamenti, Ölkə Ticarət Bələdçisi və hər bir ölkənin rəsmi dövlət nəşrləri.
Monetar azadlıq indeksi qiymət sabitliyi və qiymətlərə nəzarət səviyyəsinin göstəricisidir. Azad bazar üçün ideal vəziyyət mikroiqtisadi müdaxilə olmadan qiymətlərdə sabitliyin təmin edilməsidir. Monetar azadlıq komponenti iki alt-faktora əsaslanır:
Son 3 ilin orta çəkili inflyasiya göstəricisi tapıldıqdan sonra alınan kəmiyyətdən qiymətlərə nəzarət səviyyəsindən asılı olaraq 20 bala qədər çıxılır və ümumi monetar azadlıq indeksi tapılır. Hesablama aşağıdakı düsturlar əsasında həyata keçirilir:
orta çəkili inflyasiyai = θ1 * inflyasiyait + θ2 * inflyasiyait–1 + θ3 * inflyasiyait–2
monetar azadlıqi = 100 – α * √orta çəkili inflyasiyai – qiymətlərə nəzarət səviyyəsi
Burada:
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Statistikası Onlayn; Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi İcmalı və Ölkə Hesabatı, “Article IV Konsultasiyası”; “Economist” jurnalının İntellekt Bölməsi, ViewsWire və Data Tool; ABŞ Enerji İnformasiya Administrasiyası (EIA), Qısa Ölkə Təhlilləri; Dünya Bankı tərəfindən müxtəlif ölkə hesabatları; müxtəlif xəbərlər və jurnal məqalələri və hər bir ölkənin rəsmi dövlət nəşrləri.
Ticarət azadlığı mal və xidmətlərin idxal və ixracına təsir edən tarif və qeyri-tarif baryerlərin ümumi ölçüsünü göstərir. Ticarət azadlığı indeksinə verilən bal aşağıdakı iki əsas meyara əsaslanır:
Ölkəyə daxil olan mallara fərqli tarif dərəcləri müəyyən edilir. Orta çəkili ticarət tarif dərəcəsi hər bir malın idxaldakı payına əsasən hər bir tarif üçün çəkidən istifadə edir. Orta çəkili tarif dərəcəsi kəmiyyət ölçüsü olmaqla, aşağıdakı düsturdan istifadə edərək əsas ticarət azadlığı indeksini hesablayır:
ticarət azadlığıi = 100 * ( tarifmax – tarifi) / (tarifmax – tarifmin) − QTBi
Burada,
Burada minimum tarif təbii olaraq 0%, maksimum tarif həddi isə 50% müəyyən edilir.
Daha sonra aşağıdakı şkalaya uyğun olaraq 5, 10, 15, 20 ballıq QTB əsas xaldan çıxılır:
20 – çoxlu sayda mal və xidmətlərdə QTB geniş şəkildə istifadə edilir və/və ya beynəlxalq ticarətə əhəmiyyətli dərəcədə mane olur;
15 – çoxlu sayda mal və xidmətlərdə QTB geniş yayılmışdır və/və ya potensial beynəlxalq ticarətə əksərən mane olur;
10 – müəyyən mal və xidmətləri qorumaq məqsədilə QTB istifadə edilir və beynəlxalq ticarətə müəyyən qədər mane olur;
5 –NTB geniş yayılmamışdır, bəzi mal və xidmətləri qorumaq məqsədi daşıyır və/və ya beynəlxalq ticarətə məhdud təsirə malikdir;
0 – beynəlxalq ticarətin məhdudlaşdırılmasında QTB tətbiq edilmir.
Cərimə (penalty) tətbiq edilməsi nəzərdə tutulan QTB-lərin kateqoriyarı aşağıdakılardır:
Kəmiyyət məhdudiyyətləri − idxal kvotaları; ixrac məhdudiyyətləri; könüllü ixrac məhdudiyyətləri; idxal-ixrac embarqoları və qadağalar və digər.
Qiymət məhdudiyyətləri – antidempinq rüsumları; kompensasiya rüsumları; sərhəd vergisi tətbiqi; dəyişən vergilər/yığımlar; tarif dərəcəsi kvotaları.
Tənzimləyici məhdudiyyətlər – Lisenziyalaşdırma; yerli tərkib və qarışdırmaya dair tələblər; sanitar və fitosanitar tələblər; təhlükəsizlik və sənaye standartları üzrə tənzimləmə; qablaşdırma, etiketləmə və ticarət nişanı tənzimləmələri; reklam və media tənzimləmələri.
Gömrük məhdudiyyətləri – avans ödənişləri tələbləri; gömrük qiymətləndirmə prosedurları; gömrük təsnifatı ( HS-harmonikləşdirilmiş sistem üzrə) prosedurları; gömrük rəsmiləşdirmə prosedurları.
Birbaşa hökumət müdaxilələri – subsidiyalar və digər yardımlar; hökumətin sənaye siyasəti; hökumət tərəfindən maliyyələşdirilən tədqiqat və digər texnologiya siyasəti; rəqabət siyasəti; dövlətin satınalma siyasəti; dövlət ticarəti, hökumət monopoliyası və inhisarçı françayzinq.
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: Dünya Bankı, Dünya İnkişaf Göstəriciləri; Ümumdünya Ticarət Təşkilatı, Ticarət Siyasəti İcmalı; ABŞ Ticarət Nümayəndəliyi Ofisi, Xarici Ticarət Baryerləri üzrə Milli Ticarət Qiymətləndirmə Hesabatı; Dünya Bankı, “Doing Business”; ABŞ Ticarət Departamenti, Ölkə Ticarət Təlimatı; “Economist” jurnalının İntellekt Bölməsi, Ölkə Ticarəti; Dünya İqtisadi Forumu, Qlobal Ticarət İmkanları Hesabatı və hər bir ölkənin rəsmi dövlət nəşrləri.
İqtisadi cəhətdən azad ölkədə investisiya kapitalının hərəkətinə hər hansı maneə olmamalıdır. Fiziki şəxslər və firmalar öz resurslarını müəyyən fəaliyyət sahələrinə yatırmaq və ya ordan götürüb məhdudiyyət olmadan ölkə daxilində və xaricində istifadə etmək icazəsi olmalıdır. Ümumilikdə ideal bir ölkə investisiya azadlığı indeksi üzrə maksimum 100 bal ala bilər və bu tam ideal bir investisiya mühitinin olduğunu göstərir.
İndeks xarici investisiyalar üzərində normativ məhdudiyyətləri qiymətləndirir və aşağıda müəyyənləşdirilmiş məhdudiyyətlərə görə müvafiq xallar maksimum mümkün 100 xaldan çıxılır.
İnvestisiya məhdudiyyətləri:
Xarici investisiyanın milli analizi (National treatment of foreign investment)
Xarici investisiya kodu
Torpaq mülkiyyəti üzrə məhdudiyyətlər
Sektorial investisiya məhdudiyyətləri
Ədalətli kompensasiya olmadan investisiyaların müsadirə edilməsi
Xarici valyuta nəzarəti
Kapitalın hərəkətinə nəzarət
Bundan əlavə, təhlükəsizlik problemləri, əsas investisiya infrastrukturunun olmaması, investisiya prosesinə dolayı şəkildə maneə yaradan və investisiya azadlığını məhdudlaşdıran digər dövlət siyasətlərinə görə 20-ə qədər bal çıxıla bilər.
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: hər bir ölkənin rəsmi dövlət nəşrləri; ABŞ Dövlət Departamenti, İnvestisiya Mühiti Hesabatları; “Economist” jurnalının İntellekt Bölməsi, Ölkə Ticarəti; ABŞ Ticarət Nümayəndəliyi Ofisi, Xarici Ticarət Baryerləri üzrə Milli Ticarət Qiymətləndirmə Hesabatı; Dünya Bankı, İnvestisiyaların Sərhəddən Keçməsi; İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ticarətdə Məhdudiyyətlilik İndeksi Xidmətləri və ABŞ Ticarət Departamenti, Ölkə Ticarət Təlimatı.
Maliyyə azadlığı dövlət nəzarətindən asılılıq və maliyyə sektorunda müdaxilənin ölçüsü olaraq bank səmərəliliyinin göstəricisidir. Bankların, sığortaçılar və kapital bazarları kimi digər maliyyə institutlarının dövlətə məxsus olması rəqabəti azaldır və ümumiyyətlə kreditə çıxış imkanlarını aşağı salır.
Dövlət müdaxiləsinin minimum səviyyəsi ilə xarakterizə olunan ideal bankçılıq və maliyyə mühitində müstəqil mərkəzi bank idarəçiliyi və maliyyə institutlarının tənzimlənməsi müqavilə öhdəliklərinin yerinə yetirilməsi və saxtakarlıq hallarının qarşısının alınması ilə məhdudlaşır. Kredit bazar şərtləri ilə ayrılır və maliyyə institutları dövlətə məxsus olmur. Maliyyə institutları fərdi şəxslər və şirkətlər üçün müxtəlif növ maliyyə xidmətləri göstərirlər. Banklar kreditlərin verilməsi, əmanətlərin qəbulu və xarici valyutada əməliyyatların həyata keçirilməsində sərbəst olurlar. Xarici maliyyə institutları sərbəst şəkildə fəaliyyət göstərir və yerli institutlarla eyni qaydalara tabe olurlar.
Maliyyə azadlığı indeksi iqtisadiyyatın maliyyə azadlığını beş geniş sahəyə nəzər salmaqla hesablayır:
90—Minimal dövlət müdaxiləsi. Maliyyə institutlarının tənzimlənməsi minimal səviyyədə olsa da müqavilə öhdəliklərinin yerinə yetirilməsi və saxtakarlıq hallarının qarşısının alınmasından kənara çıxa bilər.
80—Formal dövlət müdaxiləsi. Maliyyə instutlarının dövlətə məxsusluğu ümumi sektor üzrə aktivlərin kiçik hissəsini təşkil edir. Maliyyə institutları maliyyə xidmətlərini təklif edərkən demək olar ki, heç bir məhdudiyyətlə üzləşmir.
70—Məhdud dövlət müdaxiləsi. Kreditlərin ayrılmasına dövlət təsir göstərir və kreditlərin fərdi olaraq verilməsində demək olar ki, heç bir məhdudiyyət olmur. Maliyyə institutları müəyyən dərəcədə dövlətə məxsusdur. Xarici maliyyə institutları bəzi məhdudiyyətlərlə üzləşirlər.
60—Orta səviyyədə dövlət müdaxiləsi. Bank və maliyyə tənzimlənməsi bir qədər ağırdır. Dövlət maliyyə institutlarına sahiblik və nəzarəti ümumi sektor üzrə aktivlərin əhəmiyyətli hissəsi üzrə həyata keçirir. Maliyyə institutları maliyyə xidmətlərini təklif edərkən bəzi məhdudiyyətlərlə üzləşirlər.
50—Əhəmiyyətli dərəcədə dövlət müdaxiləsi. Kreditlərin verilməsinə dövlət əhəmiyyətli dərəcədə təsir göstərir və kreditlərin fərdi olaraq ayrılması mühüm maneələrlə üzləşir. Maliyyə institutları maliyyə xidmətlərini təklif edərkən əhəmiyyətli dərəcədə məhdudiyyətlərlə qarşılaşırlar. Xarici maliyyə institutları bəzi məhdudiyyətlərə məruz qalırlar.
40—Güclü dövlət müdaxiləsi. Mərkəzi bank dövlət təsirinə məruz qalır, onun maliyyə institutlarını idarə etməsi ağır şərtlər daxilindədir və onun müqavilə öhdəliklərini yerinə yetirmə və saxtakarlıq hallarının qarşısını alma imkanları zəifdir. Dövlət maliyyə institutlarına aktiv şəkildə sahiblik və nəzarəti ümumi sektor üzrə aktivlərin çox böyük hissəsi üzrə həyata keçirir.
30—Ekstensiv dövlət müdaxiləsi. Kreditlərin ayrılmasına dövlət ekstensiv şəkildə təsir göstərir. Dövlət maliyyə instutlarının əksəriyyətinə sahibdir və ya idarə edir və ya dominant mövqedədir. Maliyyə institutları ağır məhdudiyyətlərə məruz qalırlar və bankların formalaşması mühüm maneələrlə qarşı-qarşıya qalır. Xarici maliyyə institutları əhəmiyyətli məhdudiyyətlərə məruz qalırlar.
20—Ağır dövlət müdaxiləsi. Mərkəzi bank müstəqil deyil və onun maliyyə institutlarına idarəçiliyi repressivdir. Xarici maliyyə institutlarının mövcudluğunun qarşısı alınır və ya yüksək dərəcədə məhdudlaşdırılır.
10—Repressivə yaxın. Kreditlərin ayrılmasına dövlət tərəfindən nəzarət edilir. Bankların formalaşması məhdudlaşdırılır. Xarici maliyyə institutlarının mövcudluğu qadağandır.
0—Repressiv. İdarəçilik və tənzimləmə özəl maliyyə institutlarının fəaliyyət göstərməsinin qarşısını almağa yönəldilir. Özəl maliyyə institutları mövcud deyil.
Qiymətləndirmə aşağıdakı mənbələrə əsasən aparılır: “Economist” jurnalının İntellekt Bölməsi, Ölkə Ticarəti və Ölkə Maliyyəsi; Beynəlxalq Valyuta Fondu, Ölkə Hesabatı, "Seçilmiş məsələlər” və Ölkə Hesabatı, “Article IV Konsultasiyası”; İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İqtisadi Sorğu; hər bir ölkənin rəsmi dövlət nəşrləri; ABŞ Ticarət Departamenti, Ölkə Ticarət Təlimatı; ABŞ Ticarət Nümayəndəliyi Ofisi, Xarici Ticarət Baryerləri üzrə Milli Ticarət Qiymətləndirmə Hesabatı; ABŞ Dövlət Departamenti, İnvestisiya Mühiti Hesabatları; Dünya Bankı, Dünya İqtisadi Göstəriciləri; bank işi və maliyyə mövzusunda müxtəlif qəzet və jurnal məqalələri.