Pillə 4- Makroiqtisadi sabitlik
Bu pillə İnflyasiya səviyyəsi və dayanıqlı fiksal siyasəti qiymətləndirir.
Orta və proqnozlaşdırıla bilən inflyasiya və sabit dövlət büdcəsi qeyri-müəyyənlikləri azaldır, sərmayə gəlirlərinin ehtimalını yaradır və biznesin etibarlılığını artırır – bunlar isə hamısı məcmu halda məhsuldarlığı artırır.
Kapitalin sürətlə hərəkət etdiyi dünyada, iqtisadi təsirlərin tənzimlənə bilməməsi, makroiqtisadi sabitliyə olan inamın itirildiyi halda kapitalın qaçışına səbəb ola bilər.
4.01 İllik inflyasiya səviyyəsinin dəyişməsi
İllik faiz dəcəsi İstehlakçı qiymət indeksinə (orta illik) uyğun dəyişir. 2016-2017-ci il üçün dəyişkən orta göstərici
Yüksək inflyasiyanın və deflyasiyanın mənfi təsirlərini daxil etmək üçün inflyasiya U şəkilli funksiya vasitəsilə normallaşdırılır.İnflyasiya faizi 0.5 və 4 aralığında olan ölkələr mümkün ən yüksək 100 qiymətini alır. Bu intervaldan kənarda qiymətlər optimal dəyərlə faktiki artırılmış dəyər arasında xətti olaraq azalır.
Mənbə: Beynəlxalq Valyuta Fondu (BVF)
4.02 Borc dinamikası
İndeks dövlət borcunun ÜDM-ə nisbəti əmsalının dəyişməsini ölçür.
Bu göstərici kateqoriyası borc dəyişikliyinin minimum və maxsimum normallaşdırılmasına əsaslanır. Borc dəyişmələrini 0-dan 100-dək olan şkalada ifadə etmək üçün hər bir ölkə müəyyən bir kateqoriyaya təyin edilir, kateqoriya isə limitləri müəyyən edir. Katiqoriya 3 kriteriyaya bölünür:ümumi kredit reytinqi, 2017-ci ildə dövlət borcunun ÜDM-ə nisbəti və ölkənin təsnifat dərəcəsi (1 – inkişaf etmiş ölkə olduqda, 0- ölkə zəif inkişaf etmiş ölkə olduqda).
Ölkənin ümumi kredit reytinqi hər ölkə üzrə Fitch, Standard and Poor’s (S&P) və Moody’s təşkilatlarının verdiyi reytinqləri ədədi ortası kimi hesablanır.
Ölkələrin reytinqlər üzrə təsnifləşdirilməsi:
Təsnifləşdirmə |
S&P |
Moody’s |
Fitch |
Investisiya reytinqi 1 |
AAA-dan A-dək |
Aaa-dan A1-dək |
AAA-dan A-dək |
Investisiya reytinqi 2 |
(A-) dan (BBB-) dək |
Baa3-dən Baa1-dək |
(A-) dan (BBB+) dək |
Spekulyativ reytinq |
(BB+) dan (CCC+)dək |
Ba3 – dən Caa2-dək |
(BBB-) dən (B-) dək |
Default reytinqi |
SD |
Caa1-dən C-dək |
CC və RD |
Yuxarıdakı kriteryalar əsnasında 12 hal müəyyən edilir:
ii) Əgər ölkənin orta reytinqi "investisiya reytinqi 1" və borcun ÜDM-ə nisbəti əmsalı 60% -dən aşağı olarsa, onun normallaşdırılmış borc dəyişikliyi 100-ə bərabərdir.
ii) Əgər ölkənin orta reytinqi "investisiya reytinqi 1" olduğu halda və borcun ÜDM-ə nisbəti əmsalı 110% -dən aşağı olduqda, onun normallaşdırılmış borc dəyişikliyi 90 ilə 100 arasında hesablanır.
iii) Əgər ölkənin orta reytinqi "investisiya reytinqi 1" kimi təsnif edildikdə və borcun ÜDM-ə nisbəti əmsalı 110% -dən çox olduqda, onun normallaşdırlmış borc dəyişikliyi 80 və 90 arasında hesablanır;
iv) Əgər ölkənin orta kredit reytinqi "investisiya reytinqi 2" kimi təsnif edildikdə və borcun ÜDM-ə nisbəti əmsalı 110% -dən aşağı olduqda, onun normalladrılmış borc dəyişikliyi 70 və 80 arasında hesablanır;
v) Əgər ölkənin orta kredit reytinqi "investisiya reytinqi 2" kimi təsnif edildikdə və borcun ÜDM-ə nisbəti əmsalı 110% -dən yuxarı olduqda, onun normallaşdırılmış borc dəyişikliyi 60 və 70 arasında hesablanır;
vi) Əgər ölkənin orta kredit reytinqi "spekulyativ", borcun ÜDM-ə nisbəti əmsalı 110% -dan aşağı və ölkələrin təsnifatı "qabaqcıl" olduqda, onun normallaşdırılmış borc dəyişikliyi 50-60 arasında hesabanır;
vii) Əgər ölkənin orta kredit reytinqi "spekulyativ", borcun ÜDM-ə nisbəti əmsalı 110% -dan yuxarı və ölkələrin təsnifatı "inkişaf edən" olduqda, onun normallaşdırılmış borc dəyişikliyi 40-50 arasında hesabanır;
vii) Əgər ölkənin orta kredit reytinqi "spekulyativ", borcun ÜDM-ə nisbəti əmsalı 110% -dan yuxarı və ölkələrin təsnifatı "inkişaf edən" olduqda, onun normallaşdırlmış borc dəyişikliyi 40-50 arasında hesabanır;
viii) Əgər ölkənin orta kredit reytinqi "spekulyativ", borcun ÜDM-ə nisbəti əmsalı 60% -dən aşağı və ölkələrin təsnifatı "inkişaf edən" olduqda, onun normallaşdırlmış borc dəyişikliyi 40-50 arasında hesabanır;
viii) Əgər ölkənin orta kredit reytinqi "spekulyativ", borcun ÜDM-ə nisbəti əmsalı 60% -dən aşağı və ölkələrin təsnifatı "inkişaf edən" olduqda, onun normallaşdırlmış borc dəyişikliyi 40-50 arasında hesabanır;
ix) Əgər ölkənin orta kredit reytinqi "spekulyativ", borcun ÜDM-ə nisbəti əmsalı 60% -dən yuxarı və ölkələrin təsnifatı "inkişaf edən" olduqda, onun normallaşdırılmış borc dəyişikliyi 30-40 arasında hesabanır;
x) Əgər ölkənin orta kredit reytinqi "default" olduqda, onun normallaşdırlmış borc dəyişikliyi 0-30 arasında hesabanır;
xi) Əgər ölkə hər hansı reytinq agentliyindən kredit reytinqi almayıbsa və borcun ÜDM-ə nisbəti əmsalı 60% -dən aşağı olduğu təqdirdə, önun normallaşdırılmış borc dəyişikliyi 40 və 50 arasında hesablanır;
xii) Əgər ölkə hər hansı reytinq agentliyindən kredit reytinqi almayıbsa və borcun ÜDM-ə nisbəti əmsalı 60% -dən yuxarı olduqda, onun normallaşdırlmış borc dəyişikliyi 30 və 40 arasında hesablanır.
Müəyyən edilmiş interval daxilində borc dinamikası indiktorunun dəyərini müəyyənləşdirmək üçün normallaşdırılmış borc dəyişikliyi qiyməti hesablanır (minimum – 0, maksimum 20). Hesablama prosesinin bir hissəsi olaraq, borc dəyişikliyi 20% və ya daha yüksək olduqda, hər bir bəndin minimum həddinə bərabər bir qiymət verilir; borc dəyişikliyi 0% və ya aşağı olduqda bəndin maksimum həddinə bərabər qiymət verilir; və borc dəyişikliyi 0% və 20% arasında olduqda, iki göstərici arasındakı qiymət hesablanır.
Mənbə: Dünya İqtisadi Forumu: hesablamalr isə Beynəlxalq Valyuta Fondu və Fitch, Moody’s, və Standard and Poor’s reyting agentliklərinin məlumatlarından istifadə edilmişdir.