Hesabatı hazırlayan təşkilat barədə məlumat

Hesabatı hazırlayan təşkilat barədə qısa məlumat

2021-ci ildən etibarən Qİİ ÜƏMT tərəfindən Portulans İnstitutu, müxtəlif korporativ və akademik tərəfdaşlar və Qİİ-nin Məsləhət Şurasının əməkdaşlığı ilə birgə nəşr olunur.

ÜƏMT- Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradılması haqqında 1967-ci il Konvensiyasına uyğun olaraq, ÜƏMT ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək əqli mülkiyyəti (ƏM) bütün dünyada təşviq etmək və qorumaq üçün yaradılmışdır. Hazırkı baş direktor vəzifəsinə 1 oktyabr 2020-ci ildə başlayan Sinqapurun Əqli Mülkiyyət İdarəsinin keçmiş rəhbəri Sinqapurlu Daren Tanqdır. Təşkilata hal-hazırda 193 üzv ölkə var, bu ölkələr təşkilatın istiqamətini, büdcəsini və fəaliyyətini müəyyən edirlər. Təşkilatın gördüyü işlərə daxildir:

  • dəyişən dünyada balanslaşdırılmış beynəlxalq ƏM qaydalarını formalaşdırmaq üçün siyasət forumu təmin etmək
  • sərhədlər boyu ƏM-in qorunması və mübahisələrin həlli üzrə qlobal xidmətlər göstərmək
  • ƏM sistemlərini birləşdirmək və bilikləri bölüşmək üçün texniki infrastruktur yaratmaq
  • bütün ölkələrə iqtisadi, sosial və mədəni inkişaf üçün ƏM-dən istifadə etmək imkanı verən əməkdaşlıq və potensialın gücləndirilməsi proqramlarının təmin etmək
  • ƏM haqqında məlumat üçün dünyada istinad mənbəyi olmaq

 

Portulans İnstitutu- 2019-cu ildə qurulan Portulans İnstitutu Vaşinqtonda yerləşən müstəqil, qeyri-kommersiya, tərəfsiz tədqiqat və təhsil institutudur. İnstitutun missiyalarına daxildir :

  • İnsanlar, texnologiya və innovasiyaların davamlı və inklüziv böyüməyə necə töhfə verdiyinə dair icmalararası bilik və dialoqu inkişaf etdirmək.
  • Müstəqil, ciddi ölçülər və məlumatlara əsaslanan tədqiqatlar hazırlamaqla siyasətçiləri məlumatlandırmaq.
  • Firavan ümumi gələcək üçün insanlara, texnologiyaya və innovasiyaya sərmayə qoyan biznes gündəmini reallaşdırmaq üçün özəl sektor liderləri ilə əməkdaşlıq qurmaq
  • İnsan-mərkəzli dayanıqlı iqtisadi tərəqqiyə təsir edən, yuxarıda qeyd olunan məsələlər üzrə tədbirlər və konfranslara ev sahibliyi etmək və birgə təşkil etmək.

 

Məsləhət Şurası- 2011-ci ildə Qlobal İnnovasiya İndeksinin əsasını təşkil edən tədqiqatlar üzrə məsləhətlər vermək, onun inkişaf mərhələlərində sinerji yaratmaq və onun mesajlarının və nəticələrinin yayılmasına kömək etmək üçün yaradılmışdır. Məsləhət Şurası innovasiyalar sahəsində təcrübəyə malik aparıcı beynəlxalq praktikantlardan ibarət qrupdur. Onun üzvləri müxtəlif coğrafi və institusional mənşəlidirlər.