Pillə 6: Bacarıqlar
Bu pillə İşçi qüvvəsinin bacarıqlarının ümumi səviyyəsi, təhsilin keyfiyyəti və kəmiyyəti məsələlərini qiymətləndirir. Təhsil keyfiyyəti anlayışının daimi inkişafı baxımından hal-hazırda mühüm keyfiyyət faktorlarına aşağıdakıları daxil etmək olar: rəqəmsal səviyyədə savadlılığı inkişaf etdirmək, şəxslərarası bacarıqlar, tənqidi və yaradıcı düşünmə bacarığı.
Təhsil əmək fəaliyyətindəki bacarıq və səriştələri özündə birləşdirir. Ali təhsilli insanlar daha fəaldır, çünki onlar yeni bilik əldə etmək, bölüşmək və tapşırıqları birgə icra etmək bacarığına malikdirlər.
6.01 Məktəb təhsilinin orta müddəti.
25 yaş və ondan yuxarı ölkə əhalisinin təhsilini tamamlanmış illərinin orta göstəricisidir. 2015 Mənbələr: UNESCO; Demoqrafiya və qlobal insan kapitalı üçün Wittgenstein mərkəzi.
6.02 İşçi təlimlərinin həcmi.
“Ölkənizdə şirkətlər hansı dərəcədə işçilərin təlimi və inkişafına investisiya ayırırlar?” sualı ilə sorğu aparılır. (1=yoxdur, 7=yüksək dərəcə) / 2017-2018 orta və son dövrdəki nəticələrin təhlili. Müvafiq mənbələr: Dünya iqtisadi formu, Rəhbərlərlə Rəy Sorğusu. Əlavə məlumat üçün hesabatın B əlavəsinə baxın.
6.03 Peşə təlimlərinin keyfiyyəti.
“Ölkənizdə peşə təlimlərinin keyfiyyətini necə qiymətləndirirsiniz?” sualı ilə sorğu aparılır. (1= dünyada ən zəiflər arasında aşağı göstərici, 7= dünyada ən güclülər arasında ən yaxşı göstərici) 2017-2018 orta və son dövrdəki nəticələrin təhlili həyata keçirilmişdir. Müvafiq mənbələr: Dünya iqtisadi formu, Rəhbərlərlə Rəy Sorğusu. Əlavə məlumat üçün hesabatın B əlavəsinə baxın.
6.04 Məzunların bilik və bacarıqları.
Aşağıdakı iki rəy sorğunun orta göstəricisidir: “Ölkənizdə orta təhsili bitirən məzunlar iş üçün tələb olunan bacarıqlara nə dərəcədə yiyələnmişdir?” və “Ölkənizdə üniversiteti bitirən məzunlar iş üçün tələb olunan bacarıqlara nə dərəcədə sahibdir?” Hər halda, cavab 1 (yoxdur) və 7 (yüksək) dərəcəsi arasında dəyişir. 2017-2018 orta və son dövrdəki nəticələrin təhlili müvafiq mənbələrdə aparılmışdır: Dünya iqtisadi formu, Rəhbərlərlə Rəy Sorğusu. Əlavə məlumat üçün hesabatın B əlavəsinə baxın.
6.05 Əhali arasında rəqəmsal bacarıqlar.
“Ölkənizdə fəal insanlar faydalı rəqəmsal bacarıqlara hansı dərəcədə malikdirlər” sorğusuna cavab axtarılmışdır (məs: kompyuter bacarıqları, kodlaşdırma, rəqəmsal oxu)? (1=yoxdur, 7=yüksək dərəcə) / 2017-2018 orta və son dövrdəki nəticələrin təhlili müvafiq mənbələr üzrə aparılmışdır: Dünya iqtisadi formu, Rəhbərlərlə Rəy Sorğusu. Əlavə məlumat üçün hesabatın B əlavəsinə baxın.
6.06 İxtisaslı işçi tapmağın asanlığı.
“Ölkənizdə şirkətlər vakansiyaları doldurmaq üçün tələb olunan ixtisaslaşmış şəxsləri hansı dərəcədə tapa bilirlər?“ sorğu aparılır. (1=yoxdur, 7=yüksək dərəcə) / 2017-2018 orta və son dövrdəki nəticələrin təhlili müvafiq mənbələr üzrə aparılmışdır: Dünya iqtisadi formu, Rəhbərlərlə Rəy Sorğusu. Əlavə məlumat üçün hesabatın B əlavəsinə baxın.
6.07 Məktəb dövrünün uzunluğu.
Məktəblinin təhsil almağa başladığı müddətdən etibarən təhsil alacağı illərin ümumi sayı (ibtidai təhsildən ali təhsilə kimi). Hər hansı bir şəxsin gələcək yaşda məktəbə daxil olma ehtimalı ilə cari göstəricinin nisbətini özündə ehtiva edir. Metodika haqqında əlavə məlumat aşağıdakı mənbədən alına bilər: http: //uis.unesco.org/en/glossary. UNESCO.
6.08 Tədrisdə kritik düşünmə.
Sorğu sualına cavab “Ölkənizdə tədris üslublarını necə qiymətləndirirsiniz?” (1+ frontal, müəllimyönümlü və yaddaşa yönəlmiş; 7=yaradıcı və tənqidi fərdi düşüncə bacarığını inkişaf etdirir) 2017-2018-ci illər dair nəticələrin təhlili. Müvafiq mənbələr: Dünya iqtisadi forumu, Rəhbərlərlə Rəy Sorğusu. Əlavə məlumatüçün hesabatın B əlavəsinə baxın.
6.09 İbtidai təhsildə şagird-müəllim nisbəti.
Bir müəllimə düşən şagirdlərin otalama sayı / 2006 Mənbə: Dünya bank qrupu.