Pillə 10- Bazarın həcmi

Pillə 10- Bazarın həcmi

10.01 Ümumi Daxili Məhsul

Alıcılıq qabiliyyəti pariteti ilə dəyərləndirilən Ümumi Daxili Məhsul, milyardlarla beynəlxalq dollarla (2011-ci ilin sabit qiymətində).│ 2017

Mənbə: Beynəlxalq Valyuta Fondu

10.02 Məhsul və xidmətlərin idxalı

İdxal olunan məhsul və xidmətlərin ÜDM-də payı, faizlə. │2017

Bu indikator xaricdən əldə edilən məhsul və xidmətlərin dəyərinin Ümumi Daxili Məhsulda faizlə çəkisini əks etdirir. İdxal məhsulun, fraxtın, sığortanın, nəqliyyatın, səyahətin, royaltinin, lisenziya haqları və kommunikasiyanın və tikinti, maliyyə, informasiya, biznes, şəxsi və dövlət xidmətləri kimi digər xidmətlərin dəyərini özündə əks etdirir. Buraya işçilərin kompensasiyası, investisiya gəlirləri (əvvəllər faktor xidmətləri adlanırdı) və transfer ödənişləri aid edilmir.

Mənbələr: Ümumdünya Ticarət Təşkilatı (ÜTT); Beynəlxalq Valyuta Fondu(BVF).