Müflisləşmənin həlli metodologiyası
“Doing Business” yerli müəssisələr də daxil olmaqla müəssisənin müflisləşməsi prosedurları ilə bağlı vaxt, xərc və nəticəni, eləcə də məhkəmə tərəfindən müəssisənin müflis elan edilməsi və müəssisə fəaliyyətinin yenidən bərpası üzrə qanunvericilik bazasının gücünü öyrənir. Müflisləşmənin həlli indikatorları üzrə məlumatlar əsasən yerli müflisləşmə iştirakçısı tərəfindən cavablandırılan sorğular vasitəsilə əldə edilir və yerli qanunların və normativ aktların, eləcə də müflisləşmə sistemləri ilə bağlı ictimaiyyətə açıq məlumatların təhlili əsasında yoxlanılır. Müflisləşmənin həlli indikatoru üzrə ölkələrin reytinqi onların müəssisənin müflisləşməsinin asanlığıp üzrə ballarının sıralanması əsasında müəyyən olunur. Bu ballar müflisləşmə zamanı borcların qaytarılma dərəcəsi və müflisləşmə üzrə qanunvericilik bazasının gücü indeksi üzrə balların sadə ədədi ortasıdır.
MÜFLİSLƏŞMƏ ZAMANI BORCUN QAYTARILMASI
Müflisləşmə zamanı borcların qaytarılma dərəcəsi hər bir ölkədə müflisləşmə proseslərinə sərf olunan vaxt, xərclər və bu proseslərin nəticəsi əsasında hesablanır. Müflisləşmə proseslərinə sərf olunan vaxt, xərclər və bu proseslərin nəticəsi haqqında məlumatların ölkələr üzrə müqayisəliliyini təmin etmək üçün şirkət və xüsusi hal barədə bir sıra fərziyyələrdən istifadə olunur.
Şirkət haqqında fərziyyələr:
Fərz olunur ki, şirkət:
Xüsusi hal haqqında fərziyyələr
Şirkətin likvidlik problemləri vardır. Şirkətin 2017-ci ildəki zərəri onun xalis dəyərinin azalaraq mənfi rəqəmə düşməsinə səbəb olmuşdur. Cari tarix 2018-ci il 1 yanvardır. Növbəti gün, yəni 2 yanvar tarixində ödənilməli olan bank faizini və ya əsas məbləği ödəmək üçün vəsait yoxdur. Bu səbəbdən biznes öz borc öhdəliklərini yerinə yetirməyəcəkdir. Rəhbərlik inanır ki, 2018-ci və 2019-cu ildə də zərərlər olacaqdır. Bununla belə, rəhbərlik 2018-ci ildə daxil olan pul axınının bütün əməliyyat xərclərini, o cümlədən təchizatçılara ödənişləri, əməkhaqlarını, texniki xidmət haqlarını və vergiləri ödəmək üçün kifayət olacağını, lakin banka olan əsas borcun və ya onun faizinin ödənişi üçün kifayət etməyəcəyini gözləyir.
Kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ tam olaraq mehmanxana biznesinin bazar dəyərinə bərabərdir və şirkətin ümumi borcunun 74 faizini təşkil edir. Şirkətin borcunun digər 26 faizi isə təminatsız kreditorların (təchizatçılar, işçilər, vergi orqanları) payına düşür.
Şirkətin hər hansı qeyri-rəsmi məhkəmədənkənar qaydada borclarını restrukturizasiya etməsi üçün olduqca çoxlu sayda kreditorları var. Burada aşağıdakı variantlar vardır: şirkətin fəaliyyətə davam etməsinə icazə vermək üçün onun sağlamlaşdırılması və ya yenidəntəşkili məqsədi daşıyan məhkəmə proseduru; şirkətin ləğv olunması və ya aktivlərinin satışa çıxarılması məqsədi daşıyan məhkəmə proseduru; yaxud şirkətə qarşı məhkəmə qaydasında borcun ödənilməsi tələbinin tətbiq edilməsi proseduru (mülkiyyət hüququn itirilməsi və ya qəyyumluq).
Tərəflər haqqında fərziyyələr
Bank verdiyi kreditin mümkün qədər çox hissəsini mümkün qədər qısa müddətdə və az xərclə geri almaq istəyir. Təminatsız kreditorlar aktivlərin ayrı-ayrılıqda satışının baş verməməsi üçün qüvvədə olan qanunlarla icazə verilən bütün tədbirləri görəcəkdir. Səhmdarların əksəriyyəti şirkəti işlək vəziyyətdə və öz nəzarətləri altında saxlamaq istəyirlər. Rəhbərlik şirkəti işlək vəziyyətdə saxlamaq və öz işçilərinin işini qorumaq istəyirlər. Bütün tərəflər yerli müəssisələr və ya yerli vətəndaşlardır; heç bir xarici tərəf cəlb olunmamışdır.
Vaxt
Kreditorların verdikləri kreditin geri qaytarılmasına üçün sərf etdikləri vaxt təqvim ili ilə qeydə alınır (cədvəl 1). Doing Business tərəfindən ölçülən vaxt şirkətin defoltundan başlayaraq banka ödənilməli olan pulun tam və ya qismən ödənilməsinə qədər olan müddəti əhatə edir. Tərəflərin istifadə etdikləri potensial yubatma taktikaları, məsələn vaxtın uzadılması üçün yubadıcı müraciətlər və ya vaxtın uzadılması ilə bağlı tələblər də nəzərə alınır.
Cədvəl 1 – Müflisləşmə zamanı borcun qaytarılması ilə bağlı indikatorlar nəyi ölçür?
Borcun qaytarılması üçün tələb olunan müddət (illər) |
Təqvim illəri ilə ölçülür |
Vaxtın uzadılması üçün müraciətlər və tələblər daxil edilir |
Borcun qaytarılması üçün tələb olunan xərc (borclunun əmlakının faizi nisbətində) |
Əmlakın dəyərinin faiz nisbəti ilə ölçülür |
Məhkəmə rüsumları |
Əmlak inzibatçılarına ödənilən haqlar |
Vəkillərə ödənilən haqlar |
Qiymətləndiricilərin və auksionçuların haqları |
Digər əlaqədar xərclər |
Nəticə |
Şirkətin fəaliyyətdə olan müəssisə kimi fəaliyyətə davam etməsi və ya onun aktivlərinin hissə-hissə satışa çıxarılması |
Təminatlı kreditorlar üçün borcun qaytarılma dərəcəsi (dollar senti ilə) |
Təminatlı kreditorlara qaytarılan borc dərəcəsini dollar senti ilə ölçür. |
Qaytarılan borcun cari dəyərini |
Müflisləşdirmə prosedurlarının rəsmi xərcləri çıxılır |
Mebellərin amortizasiyası nəzərə alınır |
Şirkət üçün nəticə (fəaliyyəti davam etdirib-etdirməməsi) qaytarıla biləcək maksimum dəyərə təsir edir. |
Xərc
Məhkəmə proseslərinin xərci borclunun əmlakının dəyərinin faiz nisbəti kimi qeydə alınır. Bu xərclər sorğuya cavablar əsasında hesablanır və buraya məhkəmə haqları və dövlət rüsumları, əmlak inzibatçılarının, auksionçuların, qiymətləndiricilərin və hüquqşünasların haqları və bütün digər haqq və xərclər daxildir.
Nəticə
Kreditorlara borcların qaytarılması şirkətin müflisləşmə prosedurlarından fəaliyyətdə olan müəssisə kimi çıxmasından, yoxsa aktivlərinin hissə-hissə satışa çıxarılmasından asılıdır. Əgər şirkət fəaliyyətə davam edərsə, mehmanxananın dəyəri 100 faiz saxlanılır. Əgər şirkətin aktivləri hissə-hissə satılarsa, qaytarıla biləcək borcların maksimum məbləği mehmanxananın dəyərinin 70 faizini təşkil edə bilər.
Borcun qaytarılma dərəcəsi
Borcun qaytarılma dərəcəsi məhkəmə yolu ilə şirkətin yenidən təşkil olunması, ləğv olunması, şirkətə qarşı məhkəmə qaydasında borcun ödənilməsi tələbinin tətbiq edilməsi (mülkiyyət hüququnun itirilməsi və ya qəyyumluq) icraatları ilə təminatlı kreditorlara qaytarılan dollar senti kimi qeydə alınır. Hesablama zamanı müflisləşmə prosesinin nəticəsi nəzərə alınır: şirkətin fəaliyyətdə olan müəssisə kimi fəaliyyətə davam etməsi və ya onun aktivlərinin hissə-hissə satışa çıxarılması. Daha sonra məhkəmə proseslərinin xərcləri çıxılır (borclunun əmlakının dəyərinin hər bir faiz nöqtəsi üçün 1 sent). Nəhayət, müflisləşmə proseslərində pulun istifadə oluna bilməyəcəyi müddət nəticəsində itirilən dəyər, həmçinin mehmanxana mebellərinin amortizasiyası səbəbindən dəyər itkisi nəzərə alınır. Beynəlxalq uçot təcrübəsinə uyğun olaraq, mebellərin illik amortizasiya dərəcəsi 20 faiz götürülür. Mebellərin aktivlərin ümumi dəyərinin dörddə birini təşkil etdiyi fərz olunur. Borcun qaytarılma dərəcəsi mərkəzi banklardan və “Economist” jurnalının İntellekt Bölməsindən əldə olunan məlumatlar əlavə olunmaqla, Beynəlxalq Valyuta Fondunun “Beynəlxalq Maliyyə Statistikası”nda 2017-ci ilin sonu üzrə qeyd edilən kredit dərəcələri əsasında vəsaitin qalan hissəsinin cari dəyərini bildirir.
Əgər hər hansı ölkədə ötən beş il ərzində hər il üzrə məhkəmə proseduru, şirkətin ləğv olunması, şirkətə qarşı məhkəmə qaydasında borcun ödənilməsi tələbinin tətbiq edilməsi (mülkiyyət hüququnun itirilməsi və ya qəyyumluq) icraatlarının keçirilməsi ilə bağlı başa çatdırılmış heç bir hal olmazsa, həmin ölkə vaxt, xərc və nəticə indikatorları üzrə “təcrübə yoxdur” kimi qiymətləndirilir. Bu, o deməkdir ki, kreditorların rəsmi məhkəmə prosesi ilə öz pullarını qaytarmaq imkanı yoxdur. “Təcrübə yoxdur” kimi qiymətləndirilən ölkələr üçün borcun qaytarılma dərəcəsi 0 bal ilə qiymətləndiriləcəkdir. Bundan əlavə, “təcrübə yoxdur” kimi qiymətləndirilən ölkələr, qanunvericilik bazasında müflisləşmə prosesləri (ləğv olunma və ya yenidən təşkil olunma) ilə əlaqədar müddəalar olsa belə, müflisləşməsi üzrə qanunvericilik çərçivəsinin gücü indeksi üzrə də 0 balla qiymətləndiriləcəkdir.
Müflisləşmə üzrə qanunvericilik çərçivəsinin gücü indeksi
Cədvəl 2 – Müflisləşmə üzrə qanunvericilik çərçivəsinin gücü indikatorları nəyi ölçür?
İflas prosesinə başlanması indeksi (0–3) |
Borclular və kreditorlar üçün ləğv olunma və yenidən təşkil olunma imkanının olması (0–2) |
İflas prosesinə başlanmasısının standartları (0–1) |
Borclunun aktivlərinin idarə olunması indeksi (0–6) |
Müflisləşmə zamanı müqavilələrin davam etdirilməsi və imtina olunması (0–2) |
Üstün və aşağı dəyərləndirilmiş əməliyyatlardan imtina (0–2) |
İflas prosesinə başlanmasından sonrakı mərhələdə maliyyələşmə (0–2) |
Yenidən təşkil olunma prosesləri indeksi (0–3) |
Yenidən təşkil olunma planının təsdiqi və məzmunu (0–3) |
Kreditorun iştirak indeksi (0–4) |
Kreditorun ləğv olunma və yenidən təşkil olunma proseslərində iştirakı və bu zaman onun hüquqları (0–4) |
Müflisləşmə üzrə qanunvericilik çərçivəsinin gücü indeksi (0–16) |
İflas prosesinə başlanması, borclunun aktivlərinin idarə olunması, yenidən təşkil olunma prosesləri və kreditorun iştirak indekslərinin cəmi |
Müflisləşmə üzrə qanunvericilik çərçivəsinin gücü indeksi dörd digər indeksə əsaslanır: iflas prosesinə başlanması indeksi, borclunun aktivlərinin idarə olunması indeksi, yenidən təşkil olunma prosesləri indeksi və kreditorun iştirak indeksi (cədvəl 2).
İflas prosesinə başlanması indeksi
İflas prosesinə başlanması indeksi üç komponentdən ibarətdir:
İndeks üzrə qiymətləndirmə 0–3 bal aralığında dəyişir və daha yüksək göstərici müflisləşdirmə icraatlarına əlçatanlığın daha yüksək olmasını bildirir. Məsələn, Bolqarıstanda borclular həm ləğv olunma, həm də yenidən təşkil olunma icraatlarını (1 bal) başlada biləcəyi halda, kreditorlar yalnız ləğv olunma icraatlarını (0.5 bal) başlada bilər. İflas prosesinin başlanması üçün ya likvidlik, ya da balans hesabatı yoxlamasından istifadə oluna bilər (1 bal). Bu balların cəmlənməsi nəticəsində Bolqarıstan iflas prosesinin başlanması indeksi üzrə 2.5 bal əldə edir.
Borclunun aktivlərinin idarə olunması indeksi
Borclunun aktivlərinin idarə olunması indeksi altı komponentdən ibarətdir:
Bu indeks üzrə qiymətləndirmə 0–6 bal aralığında dəyişir və daha yüksək qiymət maraqlı tərəflərin nöqteyi-nəzərindən borclunun aktivlərinin daha səmərəli dəyərləndirilməsini bildirir. Məsələn, Mozambikdə borclular iflas prosedurları müddətində əsas müqavilələrin icrasına davam edə (1 bal) və çox yüklü müqavilələrdən imtina edə (1 bal) bilərlər. Müflisləşdirmə qaydaları üstün (1 bal) və aşağı dəyərləndirilmiş (1 bal) əqdlərdən imtina etməyə imkan verir. Lakin müflisləşdirmə qaydalarında iflas prosesinə başlanmadan sonrakı maliyyə vəsaitlərinə icazə verən (0 bal) və ya bu cür maliyyəyə üstünlük verən (0 bal) heç bir müddəa yoxdur. Bu balların cəmlənməsi nəticəsində Mozambik borclunun aktivlərinin idarə olunması indeksi üzrə 4 bal əldə edir.
Yenidən təşkil olunma prosesləri indeksi
Yenidən təşkil olunma prosesləri indeksi üç komponentdən ibarətdir:
Bu indeks üzrə qiymətləndirmə 0–3 bal arasında dəyişir və daha yüksək göstərici beynəlxalq qaydada qəbul olunmuş təcrübələrə daha çox uyğunluğu əks etdirir. Məsələn, Nikaraquada məhkəmə qaydasında yenidən təşkil olunma prosesi yoxdur və bu səbəbdən yenidən təşkil olunma prosesləri göstəricisi üzrə 0 bal əldə edir. Başqa bir nümunə kimi, Estoniyada yenidən təşkil olunma planı ilə hüquqlarına təsir olunan kreditorlara səs verməyə icazə verilir (1 bal). Yenidən təşkil olunma planı üzrə kreditorlar qruplara bölünür, hər qrup ayrı-ayrılıqda səs verir və eyni qrupdan olan kreditorlar bərabər hüquqlara malik olur (1 bal). Lakin razılaşmayan kreditorlara qaytarılan məbləğin onların ləğv olunma zamanı almış olacaqlarına bərabər olmasını tələb edən heç bir müddəa yoxdur (0 bal). Bu balların cəmlənməsi nəticəsində Estoniya yenidən təşkil olunma prosesləri indeksi üzrə 2 bal əldə edir.
Kreditorun iştirak indeksi
Kreditorun iştirak indeksinin dörd komponenti var:
Bu indeks üzrə qiymətləndirmə 0–4 bal arasında dəyişir və daha yüksək göstərici kreditorların iştirakı səviyyəsinin daha çox olduğunu göstərir. Məsələn, İslandiyada məhkəmə iflas üzrə nümayəndəni kreditorların razılığı olmadan təsdiq edir (0 bal). İflas üzrə nümayəndə borclunun aktivlərinin satışı barədə birtərəfli qaydada qərar verir (0 bal). Hər hansı kreditor iflas üzrə nümayəndəsi tərəfindən saxlanılan uçot sənədlərini yoxlaya bilər (1 bal). Bundan əlavə, hər hansı kreditor iflas üzrə nümayəndənin bütün iddiaları təsdiq etməklə bağlı qərarına etiraz etmək imkanına malikdir (əgər bu cür qərar kreditorun hüquqlarına təsir edirsə) (1 bal). Bu balların cəmlənməsi nəticəsində İslandiya kreditorun iştirak indeksi üzrə 2 bal əldə edir.
Müflisləşmə üzrə qanunvericilik çərçivəsinin gücü indeksi
Müflisləşmə üzrə qanunvericilik çərçivəsinin gücü indeksi iflas prosesinin başlanması indeksi, borclunun aktivlərinin idarə olunması indeksi, yenidən təşkil olunma prosesləri indeksi və kreditorun iştirak indeksi üzrə balların cəmidir. Bu indeks 0–16 bal aralığında dəyişir və daha yüksək göstərici müflisləşmə üzrə qanunvericilik bazasının fəaliyyət qabiliyyətli şirkətlərin sağlamlaşdırılmasına və fəaliyyət qabiliyyəti olmayan şirkətlərin ləğv edilməsinə imkan verəcək şəkildə daha təkmil olduğunu göstərir.
İslahatlar
Müflisləşmənin həlli ilə bağlı indikatorlar qrupu hər il müflisləşmə üzrə qanunvericilik bazasının səmərəliliyi və keyfiyyəti ilə əlaqədar dəyişiklikləri qeydə alır. Məlumatlar üzərində olan təsirlərdən asılı olaraq, müəyyən dəyişikliklər islahatlar kimi təsnif edilir və əhəmiyyətli dəyişikliklərin həyata keçirildiyini təsdiqləmək üçün hesabatın 2017/2018-ci il bölməsində “Doing Business” islahatları üzrə xülasədə verilir. İslahatlar biznes fəaliyyətini asanlaşdıran və biznes fəaliyyətini çətinləşdirən dəyişikliklər olmaqla iki qrupa bölünür. “Müflisləşmənin həlli” göstəricisi islahat olub-olmamasının müəyyən edilməsi məqsədi ilə üç meyardan istifadə edir.
Birinci, müflisləşmə üzrə qanunvericilik çərçivəsinin gücü indeksi üzrə ölkənin balına təsir edən hər hansı qanunvericilik və normativ dəyişikliklər islahat kimi təsnif edilir. Müflisləşmə üzrə qanunvericilik çərçivəsinin gücünə təsir edən islahatlara nümunə kimi iflas prosesinin başlanma standartında dəyişiklikləri, ilk dəfə yenidən təşkil olunma prosedurlarının müəyyən olunmasını, habelə iflas prosesinə başlanmasından sonrakı kreditləri və onların üstünlüyünü tənzimləyən tədbirləri qeyd etmək olar. Müflisləşmə üzrə qanunvericilik çərçivəsinin gücünə təsir edən dəyişikliklər əhəmiyyətinə və miqyasına görə fərqlənə, bununla belə islahat hesab oluna bilər. Məsələn, iflas prosesinə başlanmasından sonrakı kreditin təminatının yerinə yetirilməsi və ona müəyyən üstünlüklər verilməsi bu indeksdə potensial olaraq 2 bal artıma imkan verən bir islahat olsa da, iflas prosesinə başlanması standartının dəyişdirilərək balans hesabatı üzrə yoxlama yerinə likvidlik üzrə yoxlama kimi müəyyən edilməsi bu indeksdə 0.5 bal artıma imkan verən bir islahatı əks etdirir.