1. İnstitutlar

1. İnstitutlar

1.1 Siyasi mühit

    1.1.1 Siyasi və əməliyyat sabitliyi

      Biznes əməliyyatlarına təsir edən siyasi, hüquqi, əməliyyat və ya təhlükəsizlik risklərinin ehtimalını və dərəcəsini ölçən indeks. Ballar illik müəyyənləşdirilir və standartlaşdırılır.

Mənbə: IHS Markit, Country Risk Scores, aggregated for end Q1, Q2, Q3 and Q4 2020.

     1.1.2 Hökumətin effektivliyi

      Bu göstərici dövlət xidmətlərinin keyfiyyətini, dövlət qulluğunun keyfiyyətini və onun siyasi təzyiqlərdən azad olma dərəcəsini, siyasətin formalaşmasının və həyata keçirilməsinin keyfiyyətini, habelə hökumətin bu siyasi proqramlara sadiq qalmasını əks etdirir. Göstəricilər standartlaşdırılmışdır.

Mənbə: World Bank, Worldwide Governance Indicators

1.2 Tənzimləyici mühit

1.2.1 Tənzimləmə keyfiyyəti

      Bu göstərici hökumətin özəl sektorun inkişafına imkan verən və təşviq edən düzgün siyasət və qaydaları formalaşdırmaq və tətbiq etmək qabiliyyətini əks etdirir. Göstəricilər standartlaşdırılmışdır.

Mənbə: World Bank, Worldwide Governance Indicators

1.2.2 Qanunun aliliyi

      İştirakçıların ictimai qaydalara nə dərəcədə etibar etmələri və onlara əməl etmələri, xüsusən də müqavilələrin icrasının keyfiyyəti, mülkiyyət hüquqları, polis və məhkəmələr, habelə cinayət və zorakılıq ehtimalı ilə bağlı təsəvvürlərini əks etdirən indeks. Ballar standartlaşdırılıb.

Mənbə: World Bank, Worldwide Governance Indicators

1.2.3 İşdən çıxarılma xərcləri

   İşdən çıxarılma xərcləri, ixtisara düşən işçinin işdən çıxarılması zamanı ödənilməli olan, əvvəlcədən bildiriş tələblərinin xərclərinin və işdən çıxarılma ödənişlərinin dəyərini ölçür, əmək haqqı həftələr ilə ifadə edilir.

Əmək stajı 1 il, 5 il və 10 il olan işçiyə münasibətdə xəbərdarlıq müddəti və işdənçıxarma müavinətin ilə bağlı orta göstərici nəzərə alınır. Bir ay 4 həftə və növbəti həftənin 1/3 hissəsi  kimi qeyd olunur. İşdənçıxarma müavinətinin orta dəyəri 8 həftə və ya daha az müddət üçün əmək haqqı miqdarında  olarsa, xərclərin orta dəyəri 8 kimi müəyyən edilir, lakin həftələrin faktiki sayı dərc edilir. Müvinətin orta dəyəri 8 həftədən çox müddət üçün əməkhaqqı miqdarına bərabər olarsa, yekun bal həftələrin sayı kimi müəyyən edilir.

Mənbə: World Bank, Doing Business 2020, Comparing Business Regulation in 190 Economies.

1.3 Biznes mühiti

1.3.1 Biznesin aparılması üçün şərait

       Hökumətlərin biznesi idarə etmək üçün sabit siyasət mühitini təmin etmə dərəcəsi. Sorğu sualına orta cavab: Ölkənizdə hökumət biznesin idarə edilməsi üçün sabit siyasət mühitini nə dərəcədə təmin edir? [1 = ümumiyyətlə yox; 7 = böyük ölçüdə]. 

Mənbə:  World Bank, Doing Business 2020, Comparing Business Regulation in 190 Economies

1.3.2 Sahibkarlıq (girişimcilik) siyasəti və mədəniyyəti

 Sahibkarlıq siyasəti və sahibkarlıq mədəniyyəti üzrə ekspertlərin orta qavrama balları (beş illik orta göstərici) (GEM Milli Ekspert Sorğusunun B, C və I3 və I4 bəndləri). Müxtəlif sahələr üzrə ekspertlər (məqsədli seçmə, ildə minimum 36 ekspert) öz ölkələrində sahibkarlıq şəraitini bəyanatlar vasitəsilə qiymətləndirirlər (1= tamamilə yanlış; 10 = tamamilə doğru).  

“GEM sorğusunda ölkələrin iştirak səviyyəsi fərqlidir və bu səbəbdən ekspertlərin sayı və bu indikatora münasibətdə əsas götürülən illər ölkələrdən asılı olaraq dəyişir.

Mənbə:  World Bank, Doing Business 2020, Comparing Business Regulation in 190 Economies.