Başlama vaxtı: 29.09.2026 15:30
Bitmə vaxtı: 29.09.2026 17:00
29 sentyabr 2026-cı il tarixdə saat 15:30-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun onlayn formatda növbəti iclası keçiriləcəkdir.
Tədbirdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə, İqtisadiyyat nazirliklərinin, Mərkəzi Bankın əməkdaşları və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak edəcəklər.
İclasda “Biznesin müflisləşməsi” indikatoru üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlər, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumatların verilməsi planlaşdırılır.
Həmçinin görüşdə sözügedən Yol Xəritəsinin icrası çərçivəsində hazırlanmış “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi ilə bağlı müzakirələrin də aparılması nəzərdə tutulur.