"Tikinti üçün icazələrin alınması üzrə yeni elektron müraciət sistemi" mövzusunda təqdimat

Tikinti üçün icazələrin alınması üzrə aparılmış islahatlar

 

5 Aprel, 2019-cu il tarixində “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" ilə bağlı keçirilən tədbirdə  Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini, "Tikinti üçün icazələrin alınması" işçi qrupunun rəhbəri Dövlətxan Dövlətxanov, Cənab Prezident İlham Əliyevin  “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” ilə bağlı 28 dekabr 2018-ci il tarixində imzaladığı Fərmana əsasən əsasən tikintiyə və tikinti obyektinin istismarına icazələrin əldə edilməsi üzrə "Bir Pəncərə" prinsipi əsasında elektron müraciət sistemi və digər bütün yeniliklər haqqında təqdimat keçirib.