Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun 24.07.2023-cü il tarixdə saat 15:00-da video-konfrans formatında növbəti iclası keçirilmişdir.
Onlayn platforma üzərindən təşkil edilən iclasda Ədliyyə və İqtisadiyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Mərkəzi Bankın, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak ediblər.
İclasda Yol Xəritəsinin 1.1.1-ci (Kommersiya mübahisələri üzrə məhkəmə çəkişməsinin müxtəlif mərhələləri üçün vaxt çərçivələrinin tətbiqinin zəruriliyini müəyyən etmək məqsədilə monitorinqlərin aparılması və nəticəsindən asılı olaraq müvafiq təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi) və 3.1.1.3-cü (Kommersiya mübahisələri üzrə 2022-ci ildə qəbul edilmiş qərarların monitorinqinin aparılması və həmin qərarların kifayət qədər əsaslandırılıb-əsaslandırılmaması sahəsində vəziyyətin qiymətləndirilərək nəticələrinə dair hesabatın Komissiyaya təqdim olunması) yarımbəndləri üzrə görülmüş işlər və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məsələləri müzakirə edilmişdir.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.