Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 05.02.2021-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda işçi qrupunun 2021-ci il üçün Fәaliyyәt Planında icrası nәzәrdә tutulan tәdbirlәrlә bağlı mәlumatlar təqdim olunmuş və icraçı qurumların birgә koordinasiya işinin tәşkilinә dair müzakirələr aparılmışdır. Bundan başqa, KOS-ların alternativ maliyyə bazarlarına çıxışının artırılması üçün infrastrukturun formalaşdırılması; startaplar üçün vergi güzəştlərinin optimallaşdırılması və vençur və kraudfanding mexanizmlərinin hüquqi çərçivəsinin və onlara zəmanət mexanizmlərinin formalaşdırılması imkanları müzakirə olunmuşdur.
Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək layihə formasına salınması və işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.
İclasa Komissiyanın Katibliyinin rəhbəri, Mərkəzi Bankın, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, “Paşa Bank” ASC-nin, “Dentons Azerbaijan” şirkətinin, “Ekvita” şirkətinin və “Ernst & Young Azerbaijan” şirkətinin nümayəndələri qatılmışdır.