Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun 16 iyul 2024-cü il tarixində video-konfrans formatında növbəti iclası keçirilib.
İclas zamanı qrupda təmsil olunan Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Statistika Komitəsinin və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri tərəfindən 2024-cü ilin Fəaliyyət Planında icraçısı olduqları tədbirlər üzrə cari ilin 1-ci yarımili ərzində görülmüş işlərə dair hesabatlar dinlənilib.
Eyni zamanda, Fiziki infrastruktur İşçi qrupunun tərkibindəki “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrup”un fəaliyyəti, xüsusilə elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin istifadənin genişləndirilməsi, enerji doldurma məntəqələri ilə zəruri infrastrukturun yaradılması, avtonəqliyyat vasitələrinə texniki xidmət və təmiri üzrə aidiyyəti mütəxəssislərin hazırlanması, elektromobillərin texniki müayinəsi və dövlət texniki baxışından keçirilməsi, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası istiqamətində aparılmış işlər barədə məlumat verilib.
İclasın sonunda işçi qrupunun Fəaliyyət Planında əks olunmuş tədbirlərin icrasının davam etdirilməsinin vacibliyi vurğulanıb.