İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərişıq ASC elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydaları və təkmilləşdirlimiş elektron müraciət sisteminin təqdimat mərasimini keçirib. Elektron müraciətlərin sayının artırılması məqsədilə “Azərişıq” ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sistemi (MİOS) daha da təkmilləşdirlib və əlçatanlıq təmin edilib, məmur vətəndaş təması minimuma endirilib. MİOS-un ən üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir. Sahibkar elektron Hökumət Portalı üzərindən elektron və ya ASAN imza ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşdirilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılb. Elektrik təchizati şəbəkələrinə (ETŞ) qoşulma üzrə yeni qaydalar təqdimatı zamanı bildirilib ki, həyata keçirilən islahatlar nəticəsində artıq tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələ əvəzinə iki mərhələdən ibarət olmaqla, cəmi 24 gündən azaldılaraq 20 gün ərzində yekunlaşır. Tədbir zamanı elektron müraciət sistemindən istifadə ilə bağlı təqdimat da keçirilib.