2019-cu ilin iyul ayının əvvəlində Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri, Baş nazirin birinci müavini cənab Yaqub Eyyubov tərəfindən biznes sahələri üzrə İcra və Kommunikasiya Planları təsdiq edilmişdir.
Planlar Dövlət-Biznes Dialoqu platforması çərçivəsində sahibkarlar və biznes assosiasiyalarının nümayəndələri ilə geniş müzakirə olunmuş, müvafiq istiqamətlər üzrə təkmilləşdirilməli sahələr və məsələlər dəqiqləşdirilmiş və onların həlli yolları müəyyən edilmişdir.
Planların mətnləri Komissiyanın internet Portalında yerləşdirilmişdir (https://azranking.az/az/action-plans).
İcra və Kommunikasiya Planları biznes sahələri üzrə aşağıdakı istiqamətlərdə konkret tədbirlərin aidiyyəti qurumlar tərəfindən icrasını nəzərdə tutur:
İcra və Kommunikasiya Planlarında əsas hədəf 2019-cu ilin əvvəlində istifadəyə verilmiş yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və bu sahədə növbəti inkişaf etdirilməli sahələrin müəyyən olunmasıdır. Eyni zamanda, Planlarda yeni rəqəmsal sistemlərin “Azərbaycanın uğurlu təcrübəsi” kimi müvafiq beynəlxalq təşkilatlara və beynəlxalq tədbirlərdə yayılması işinin sürətləndirilməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulur.
Bu sahədə ictimai birliklər/biznes assosiasiyalarının nümayəndələri, aparıcı hüquq/konsaltinq şirkətkəri ilə intensiv görüşlərin keçirilməsi, islahatların üstünlükləri barədə məlumatın verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri üzrə təkliflərin aidiyyəti üzrə təqdim olunması tədbirləri də həyata keçiriləcəkdir.