14 dekabr 2023-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilmişdir.
İclasda müvafiq dövlət qurumlarının, həmçinin özəl sektorun nümayəndələrinin iştirakı ilə işçi qrupun Yol xəritəsində nəzərdə tutulmuş bəndlərin icrası ilə bağlı müzakirələr aparılmışdır. Həmçinin Dünya Bankının “B-Ready” layihəsinin Beynəlxalq ticarəti indikatoru üzrə sorğuya verilmiş cavabların yenilənmiş versiyası və gələcəkdə müvafiq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə əlaqədar fikir mübadiləsi aparılmışdır. Bu istiqamətdə işçi qrupun rəhbəri tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmiş və gələcəkdə atılacaq addımlara dair tövsiyələr verilmişdir.
İclasda həmçinin müvafiq sahədə təkmilləşdirmələrin aparılması məqsədilə ”Beynəlxalq ticarət” işçi qrupunun tərkibində Dövlət Gömrük Komitəsinin rəhbərliyində yaradılmış “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupu barədə məlumat verilmiş və hazırda altqrupun Yol xəritəsinin hazırlanması barədə işlərin görüldüyü bildirilmişdir.
Son olaraq işçi qrupun və Komissiyanın katibliyinin rəhbərləri tərəfindən işçi qrupun gələcək fəaliyyəti, o cümlədən qarşıdakı dövr üzrə Yol xəritəsinin hazırlanması üzrə görülən işlərə dair tövsiyələr verilmiş və müvafiq Yol xəritəsinə salınacaq bir sıra bəndlər üzrə müzakirələr aparılmışdır.