Başlama vaxtı: 27.11.2026 15:00
Bitmə vaxtı: 27.11.2026 16:30
27 noyabr 2026-cı il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclasının keçirilməsi planlaşdırılır.
Keçirilmiş əvvəlki görüşdə verilmiş tapşırığa əsasən Tibbi Rəqəmsal Əkiz Sistemi və TRƏS-ə dair mövcud vəziyyəti əks etdirən məlumatların təqdim edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, aktuallıq kəsb edən digər məsələlər,Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində maddi-texniki təchizat və tibbi xidmətin təşkilində kadr çatışmazlığı, ölkədə dərman istehsalı sahəsində mövcud istehsalçılar barədə hesabat təqdim edilməsi iclasın gündəliyinə salınmışdır.