“Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclasının keçirilməsi planlaşdırılır

Başlama vaxtı: 28.08.2026 15:00

Bitmə vaxtı: 28.08.2026 16:15

 28 avqust 2026-cı il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclasının keçirilməsi planlaşdırılır.

 Növbəti iclas“Səhiyyə sistemi” işçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının 1-ci yarımilinin yekunlarına həsr olunacaqdır. Həmçinin, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində mövcud problemlərin müzakirəsi və İşçi qrupun 6 aylıq fəaliyyətinin təhlilinin təqdim edilməsi nəzərdə tutulmuşdur.

 Səhiyyə sahəsində rəqəmsallaşma ilə bağlı həllər, İSİM tərəfindən hazırlanmış mobil əlavələr və elektron resurslar barədə məlumatlandırılma da iclasın gündəliyinə salınmışdır.

İCLASIN GÜNDƏLİYİ