“Səhiyyə sistemi” işçi qrupunun iclası keçiriləcək

Başlama vaxtı: 15.12.2025 15:00

Bitmə vaxtı: 15.12.2025 16:30

 15 dekabr 2025-ci il tarixində saat 15.00-da Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi ”işçi qrupunun video-konfrans formatında növbəti iclasının keçirilməsi planlaşdırılır.

Növbəti iclasın təşkilinin məqsədi “Səhiyyə sistemi” işçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planına dair təkliflərin müzakirəsi, həmçinin, əsas icraçı qurumların hesabatlarının dinlənilməsidir.

Görüşdə eyni zamanda  səhiyyə sahəsində ölüm səbəbləri, ölüm səbəbləri üzrə statistik göstəricilərin təhlili, tibb müəssisələrinin  tibbi avadanlıqlarla təminatı, tibbi-reabilitasiya tədbirlərinin peşə xəstəlikləri, yaş və digər meyarlar əsasında statistik məlumatların təqdimatı nəzərdə tutulmuşdur.

İclasın gündəliyi