Başlama vaxtı: 27.11.2026 15:00
Bitmə vaxtı: 27.11.2026 16:30
2026-cı ilin 27 noyabr tarixində saat 15:00-da Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Risklərin təhlili” işçi qrupunun onlayn formatda növbəti iclası keçiriləcəkdir.
İclasda İşçi qrupun 2026-cı il üçün Fəaliyyət Planının 3-cü və 4-cü bəndlərinə əsasən, iqtisadi risklər – malların və xidmətlərin qiymətlərində davamlı artımlarla əlaqədar əhalinin geniş təbəqələrinin alıcılıq qabiliyyətinin azalması nəticəsində mövcud
həyat tərzinin davam etdirilməsinin çətinləşməsi, həmçinin sosioloji risklər - davamlı,
ayrı-seçkilik, təqiblər, iqtisadi tərəqqi imkanlarının olmaması, daxili və ya dövlətlərarası münaqişələr, təbii fəlakətlər və s. kimi səbəblərdən əhalinin daxili və ya sərhədlərarası məcburi yerdəyişməsi ilə bağlı məsələlərin müzakirəsi aparılacaqdır.