Başlama vaxtı: 01.10.2026 15:00
Bitmə vaxtı: 01.10.2026 16:00
2026-cı ilin 1 oktyabr tarixində saat 15:00-da Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Risklərin təhlili” işçi qrupunun onlayn formatda növbəti iclası keçiriləcək.
İclasda İşçi Qrupun 2026-cı il üçün Fəaliyyət Planının 2-ci bəndinə əsasən, texnoloji risklərin – uşaq istismarı, onlayn təqib, kiberzorakılıq halları da daxil olmaqla, kütləvi informasiya şəbəkələri vasitəsilə geniş şəkildə yayılan davamlı yalan məlumatların ictimai rəyin formalaşmasına əhəmiyyətli dərəcədə təsiri ilə bağlı məsələlərin müzakirəsi aparılacaqdır.