Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun onlayn formatda iclası keçiriləcək

Başlama vaxtı: 29.10.2026 15:00

Bitmə vaxtı: 29.10.2026 15:45

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupunun 29 oktyabr 2026-cı il tarixində saat 15:00-da onlayn formatda iclasının keçirilməsi nəzərdə tutulur.

İclasda, İşçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planı və Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Maliyyə xidmətləri” indikatoru ilə bağlı 2026-cı il üzrə Yol Xəritəsi çərçivəsində cari ilin 9 ayı ərzində görülmüş işlər, əvvəlki iclasda (29.07.2026) qəbul edilmiş qərarların icra statusu və qarşıda duran vəzifələr müzakirə olunacaqdır.

YER: “Zoom” onlayn platforması üzərindən.

İCLASIN GÜNDƏLİYİ