Başlama vaxtı: 22.10.2026 15:00
Bitmə vaxtı: 22.10.2026 16:30
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” altqrupun 2026-cı il 22 oktyabr tarixində saat 15:00-da videokonfrans formatında növbəti iclasının keçirilməsi planlaşdırılmışdır.
İclas çərçivəsində kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması istiqamətində görülmüş işlərin, mövcud vəziyyətin və qarşıda duran məsələlərin, habelə sistemin yaradılması üzrə Yol Xəritəsinin layihəsinin müzakirəsi nəzərdə tutulmuşdur.