Başlama vaxtı: 09.12.2026 15:00
Bitmə vaxtı: 09.12.2026 16:30
9 dekabr 2026-cı il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcəkdir.
İclas çərçivəsində qrupda təmsil olunan qurumlar tərəfindən onların icraçısı olduqları tədbirlər üzrə 2026-cı il üzrə görülmüş işlərə dair hesabatların təqdim edilməsi və aidiyyəti məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Həmçinin, İşçi qrupun 2027-ci il üzrə Fəaliyyət Planının layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılacaqdır.
Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektorun nümayəndələri Komissiyanın www.azranking.az internet portalının onlayn müraciət (www.azranking.az/online-apply) bölməsi və ya hazırkı elan bölməsindəki “Təklif göndər” onlayn xidməti vasitəsilə əsas mövzu ilə bağlı təklif verə və ya məsələ qaldıra, habelə işçi qrupun iclasında iştirak etmək barədə müraciət edə bilərlər.