8 oktyabr 2026-cı il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçiriləcəkdir

Başlama vaxtı: 08.10.2026 00:00

Bitmə vaxtı: 08.10.2026 00:00

İclas çərçivəsində işçi qrupun 2026-ci il üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi, icra prosesində qarşıya çıxan çətinlik və problemlərin həlli yollarının müzakirəsi, “Qlobal İnnovasiyalar İndeksi-2026” nəşrinin nəticələrinin təhlil edilməsi, həmçinin növbəti ilin Fəaliyyət Planının planlaşdırılması nəzərdə tutulur.

Vətəndaşlar, o cümlədən özəl sektorun nümayəndələri Komissiyanın “www.azranking.az” internet portalının onlayn müraciət (www.azranking.az/online-apply) bölməsi və ya hazırkı elan bölməsindəki “Təklif göndər” onlayn xidməti vasitəsilə əsas mövzu ilə bağlı təklif verə və ya məsələ qaldıra, habelə işçi qrupun iclasında iştirak etmək barədə müraciət edə bilərlər.

Təqdim ediləcək təklif və müraciətlər işçi qrupun fəaliyyətinin daha səmərəli təşkili, innovasiya ekosisteminin inkişafı və Azərbaycanın beynəlxalq innovasiya göstəricilərinin yaxşılaşdırılması baxımından nəzərdən keçiriləcəkdir.