“Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclası

Başlama vaxtı: 19.10.2021 15:00

Bitmə vaxtı: 19.10.2021 16:40

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun 2021-ci il 19 oktyabr tarixində saat 15:00-da video-konfrans formatında iclasının keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlər və işçi qrupun 02.09.2021-ci il tarixli iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcəkdir. Bununla yanaşı, Fəaliyyət Planının 9 aylıq yekun qiymətləndirilməsinə hazırlıqla bağlı məsələlər də müzakirə ediləcəkdir.

GÜNDƏLİK - 19.10.2021 - “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun iclası