23 iyun 2020-ci il tarixində video-konfrans formatında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupuna üzv olan nümayəndələrin iştirakı ilə növbəti iclası keçirilmişdir. İclası İşçi qrupun rəhbəri-İqtisadiyyat nazirinin müavini cənab Rövşən Nəcəf giriş sözü ilə açaraq üzvləri salamlamış və ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırmaqla beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yükəldilməsi məqsədilə yaradılmış Komissiyanın əhəmiyyətini iclas iştirakçılarının diqqətinə çatdırmışdır.
Eyni zamanda, beynəlxalq qurumlar tərəfindən nəşr olunan Qlobal Rəqabətlilik Hesabatı, İqtisadi Azadlıq İndeksi, Qlobal İnnovasiyalar İndeksi və Qlobal İmkanlar İndeksinin son hesabatlarında ölkəmizin yeri, ölkəmizdə aparılmış məqsədyönlü islahatlar nəticəsində baş vermiş dəyişikliklər, eləcə də İşçi qrupun fəaliyyət istiqamətlərinə daxil olan indikatorlarda hazırkı mövqe ilə bağlı məlumat verilmişdir.
Bununla yanaşı, 2020-ci il üzrə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti qurumlar tərəfindən icra vəziyyəti, koronavirus pandemiyası ilə əlaqədar qarşıya çıxan çətinliklər və onların həlli istiqamətində müzakirələr aparılmışdır. Eyni zamanda, İşçi qrupun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmışdır.