Sərhəddə ticarət üzrə aparılmış islahatlar
5 Aprel, 2019-cu il tarixində “Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" ilə bağlı keçirilən tədbirdə Azərbaycan Respublİkası Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımov, “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanıına əsasən, bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemilə bağlı təqdimat edib.