“Xarici ticarət və ticarət tarifləri” işçi qrupunun növbəti iclası keçirilmişdir.

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın Xarici ticarət və ticarət tarifləri üzrə İşçi qrupunun 29 oktyabr 2021-ci il tarixində video-konfrans formatında növbəti iclası keçirilmişdir. İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası çərçivəsində cari ilin yanvar-oktyabr ayları ərzində görülmüş işlər, ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılması, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər haqqında fikir mübadiləsi aparılmışdır.

2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanması məqsədilə İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən verilmiş təkliflər müzakirə edilmiş, müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra növbəti ilin Fəaliyyət Planının tərtib edilməsi tövsiyə edilmişdir.

İclasda aidiyyəti dövlət orqanlarının, palataların və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak etmişdir.

İclas zamanı həmçinin Azərbaycanda yerli və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti haqqında təqdimatlar edilmiş, görüləcək işlərlə bağlı müzakirələr aparılmışdır.