“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.

02.09.2021-ci il tarixində onlayn “ZOOM” platforması vasitəsilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.

Komissiyanın Katibliyinin rəhbəri cənab V. Şıxəliyevin iştirakı ilə keçirilən iclasda işçi qrupun tərkibində olan son dəyişikliklər haqqında qrup üzvlərinə məlumat verilmiş, işçi qrupun 2021-ci il üzrə Fəaliyyət Planının bəndlərinin cari ilin birinci yarımilliyi ərzində icrası və sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılması məqsədilə atılacaq növbəti addımlara dair təkliflər müzakirə edilmişdir.

İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, AMEA” İqtisadiyyat İnstitutu, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyinin aidiyyəti əməkdaşları, “PMD Projects” MMC, “SME Hüquq” MMC və “Ekvita” şirkətlərinin nümayəndələri iştirak etmişlər.