“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun növbəti iclası keçirildi.

19.10.2021-ci il tarixində onlayn “ZOOM” platforması vasitəsilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun növbəti iclası keçirildi.

İclasda 2021-ci ilin 9 ayı ərzində Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər, icrası davam edən bəndlər üzrə cari vəziyyət, qarşıda duran vəzifələr və daha öncəki iclasda alınmış qərarların icra vəziyyəti müzakirə olundu.

Eyni zamanda, “Bir pəncərə” e-sistemi vasitəsilə ekspertizası tələb olunan obyektlər üçün icazələrin verilməsi modulunun istifadəyə verilməsi və sistemin məlumatlandırılma icraatı modulunun ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair vəziyyət haqqında məlumat iclas iştirakçılarının diqqətinə çatdırıldı və ümumilikdə e-sistemin təkmilləşdirilməsi yönündə aparılan işlər və gələcək hədəflər haqqında fikir mübadiləsi aparıldı.

Əlavə olaraq, 2021-ci ilin Fәaliyyәt Planının 9 aylıq yekun qiymәtlәndirilmәsinә hazırlıq və növbəti il üçün Fəaliyyət Planının hazırlanmasına dair təkliflərin təqdim edilməsi ilə bağlı işlərin sürətləndirilməsi və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi qərara alındı.