01 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun 2022-ci il ərzində fәaliyyәtin tәşkili mövzusunda onlayn iclası keçirildi.
İclasda iştirakçılara elektron sistemdən istifadəyə dair mövcud vəziyyət barədə məlumat verilərək, müvafiq statistik göstəricilər təqdim edildi. “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrup tərəfindən bu il ərzində fәaliyyәtin təşkili mexanizmindən danışıldı və görüləcək işlərin icra vəziyyəti müzakirə edildi. Onlayn toplantıda tikintiyә vә istismara icazәlәrin verilmәsi sahәsindә xidmәtlәrin rәqәmsallaşdırılmasının vacibliyindən, “Bir pәncәrә” e-sisteminin funksionallığının genişləndirilməsi istiqamətində atılmış addımlardan söz açılaraq maarifləndirici seminarların və proqramların təşkili üzrə görüləcək işlər müəyyənləşdirildi..
Bununla yanaşı, iclas çərçivəsində şəhərsalma və tikintidә keyfiyyәtә nәzarәt sahәsindә qanunvericiliyin tәkmillәşdirilmәsi, bu istiqamətdə beynəlxalq təcrübənin tətbiqinin araşdırılmasına dair təqdimat iclas iştirakçılarına nümayiş etdirildi və binaların estetik görünüşünün qorunmasını təmin etmək məqsədi ilə təkliflər səsləndirildi.