"Bir Pəncərə" prinsipi əsasında Bakı şəhəri üzrə ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üçün elektron müraciət sisteminin təqdimatı keçirildi. "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 Dekabr 2018-ci il tarixli Fərmanı çərçivəsində yaradılan, tikinti üçün icazələrin alınmasında vahid yanaşma prinsipini əks etdirən elektron müraciət sistemi haqqında tədbir iştirakçılarına təqdimatlar keçirildi, yeni qayda əsasında formalaşdırılan imkanlar haqqında məlumatı əks etdirən video çarx təqdim edildi.