Tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi üzrə elektron müraciət sistemi

Cənab Prezident İlham Əliyev tərəfindən “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” ilə bağlı 28 dekabr 2018-ci il tarixində imzalanan Fərmana əsasən əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir. Eyni zamanda, tikintiyə və istismara icazənin əldə olunması üzrə tələb olunan prosedurların sayı 18-dən 7-ə və günlərin sayı isə 116 gündən 38 günə azaldılmaqla, sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.