Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü baş tutmuşdur.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun 2021-ci il 5 noyabr tarixində növbəti görüşü baş tutmuşdur.

Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun üzvləri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi iştirak etmişdir. Eyni zamanda görüşə vətəndaş cəmiyyəti institutlarından şəxslər dəvət olunmuşdur.

Görüşdə Qlobal İnnovasiyalar İndeksi 2021-ci il üzrə hesabatında aşağı balla qiymətləndirilən indikatorların ümumi müzakirəsi aparılmış, həmin indikatorlar üzrə ölkənin mövqeyinin yaxşılaşdırılması istiqamətində təkliflər verilmiş və görüləcək işlər müzakirə olunmuşdur. Bununla yanaşı İşçi qrupu tərəfindən aşağı bal alan indikatorlar üzrə ətraflı təhlilin aparılması və konkret təkliflərin verilməsi haqqında qərar qəbul edilmişdir.

Konkret effektiv təkliflərin hazırlanması üçün xüsusi ekspertin cəlb edilməsi və görülməli işlərə dair kompleks təkliflər paketinin hazırlanması istiqamətində müzakirələr aparılmışdır.

Sonda ölkənin mövqeyinin Qlobal Rəqabətlilik və Qlobal İnnovasiyalar indeksləri üzrə yaxşılaşdırılması istiqamətində müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.