“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun TÜBITAK-la görüşü baş tutmuşdur

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun TÜBITAK-la 2022-ci il 5 iyul tarixində görüşü baş tutmuşdur.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, eyni zamanda İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu, Dövlət İqtisad Universiteti və eyni zamanda ekspertlər iştirak etmişdir.

Görüş zamanı Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi təqdim olunmuş, Yol Xəritəsinin icrası ilə bağlı görülmüş işlər barədə TÜBİTAK-ın rəhbərliyinə məlumat verilmişdir.

Eyni zamanda, TÜBİTAK-ın ekspertləri tərəfindən elmi nəşrlərin yaxşılaşdırılması istiqamətində Türkiyə Respublikası tərəfindən həyata keçirilən tədbirlərə dair təqdimat nümayiş olunmuşdur. Görüş çərçivəsində elmi nəşrlərə dair elektron arxivin və elektron kitabxananın yaradılması, elmi nəşrlərin stimullaşdırılması istiqamətində dövlət dəstək mexanizmləri və s. müzakirə olunmuşdur.

Görüşün yekununda, Türkiyə Respublikası ilə gələcək əməkdaşların perspektivləri müzakirə olundu və mütəmadi görüşlərin keçirilməsinə dair qərar qəbul olundu.