TDT-nin Ticarətin Asanlaşdırılması üzrə Strategiya sənədi ilə bağlı “Beynəlxalq ticarət” işçi qrupunun əlaqələndirici qurum kimi müəyyən edilməsi barədə

Azərbaycanın üzv olduğu Türk Dövlətləri Təşkilatının (TDT) 2022-ci il 11 noyabr tarixli 9-cu Zirvə Görüşündə Dövlət Başçıları Şurasının qərarı ilə TDT-yə üzv dövlətlərin Ticarətin Asanlaşdırılması üzrə Strategiya Sənədi qəbul edilmişdir. Sözügedən Strategiya sənədi ilə əlaqədar daxildə koordinasiya və icranı təmin etmək məqsədilə hər bir üzv dövlətdə ticarətin asanlaşdırılması üzrə milli komitənin yaradılması və ya mövcud mexanizmin bu məqsədlə istifadə edilməsi qərara alınmışdır.

Qeyd olunanları nəzərə alaraq, İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş nazirinin adına müvafiq məktub ünvanlanmış və Nazirlər Kabinetinin 29.03.2023-cü il tarixli 1-5/1-3814/2023/22577aid/2021 nömrəli dərkənarına əsasən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq ticarət işçi qrupu TDT-nin Ticarətin Asanlaşdırılması Strategiya sənədi ilə bağlı Azərbaycandan aidiyyəti qurum kimi müəyyən edilmişdir.